1 sonuçtan 1 ile 1 arası
-
05-16-2008, 02:30 AM #1Moderator
- Üyelik tarihi
- Feb 2007
- Mesajlar
- 6.163
Az çoxdan çox ola bilər
Sən Allah-Təalaya qəlbində nə qədər yer ayırırsansa, sən Allah-Təalanı qəlbinin harasına yerləşdirirsənsə, Allah qatında da o nisbətdə məqamın olur.
Osmanlı dövlətinin ehtişamlı bir mərhələsində zəngin adamlar arasında belə bir adət yayılmışdı: məktəb, mədrəsə, məscid, körpü kimi insanlara xeyir verən bir tikili inşa edib sonra ölmək. Çünki onlar inanırdılar ki, Allah rizası üçün tikdikləri bu tikilidən insanlar faydalandıqca onun əməl dəftərinə savab yazılacaq. O tikili bir sədəqə kimi qiyamətə qədər onlara xeyir gətirəcək.
Osmanlının ən böyük padşahlarından sayılan Qanuni Sultan Süleyman da məşhur Süleymaniyyə məscidini bu niyyətlə tikdirdi. Ancaq o, çox arzu edirdi ki, bu məscidin bütün savabı təkcə onun əməl dəftərinə yazılsın. Onun üçün də ustaları dönə-dönə tənbeh edirdi ki, bir başqa kimsədən bir çöp belə, almasınlar.
İş sürətlə davam edir, divarlar günbəgün yüksəlirdi.
Sizə kimdən deyək, məsciddən bir qədər aralıda yaşayan yaşlı bir nənədən. Bu nənə tənha yaşayırdı, kasıb idi, olan-qalan bircə inəyi vardı. Amma o qədər fədakar, imanlı bir şəxs idi ki, əlində-ovcunda olan hər şeyi verib savab qazanmaq istəyirdi. Məscidin ucalan divarlarına baxıb ürəyində belə dedi:
- Ey Allahım, Sən Qanuni Sultan Süleymana sərvət verdin, mal-mülk verdin, o da sənin rizanı qazanmaq üçün belə möhtəşəm bir məscid tikdirir. Bu kasıb quluna da onunla müqayisədə bir şey vermədin. Görəsən, nə edim ki, mən də Sənin rizanı qazana bilim. Mənim əlimdən bu cür böyük işlər gəlməz, gəlsə-gəlsə, orada işləyən ustalara bir qazan qatıq çalıb verə bilərəm.
Qarı nənə düşündüyü kimi də eləyir. Bir qazan qatıq çalır və səhər o qatığı da götürüb ustaların yanına gəlir. Onlara xeyli alqış eləyəndən sonra deyir:
- Mən bir kasıb nənəyəm. Bu cür böyük işlərə imkanım çatmaz. Amma mən də Allahın mənə verdiyindən Allah rizası üçün sərf etmək istəyirəm ki, sabah axirətdə əliboş, gözüyaşlı olmayım. Çox düşünüb-daşınandan sonra fikirləşdim ki, bir qazan qatıq çalıb siz balalarıma gətirim. Siz də bu qatığı yeyəsiniz və mən də o cür savab qazanım.
Ustalar əvvəlcə etiraz eləsələr də, nənənin israrı qarşısında təslim olurlar və onun gətirdiyi qatığı alıb yeyirlər.
O gecə Qanuni Sultan Süleyman qəribə bir yuxu görür. Görür ki, böyük bir tərəzi var və bu tərəzinin bir gözünə Süleymaniyyə məscidini qoyublar, o biri gözünə bir qazan qatıq. Qatıq məsciddən ağır gəlir. Sultan həyəcanla yuxudan ayılır və səhərə qədər gözünü yuma bilmir. Günəş doğar-doğmaz özünü məscidin tikildiyi yerə çatdırır və baş ustanın yaxasından yapışıb deyir:
- Siz nə etdiniz axı? Kimin əlindən nə aldınız?
Ustalar təşviş içində cavab verirlər:
- Dünən yaşlı bir nənə gəldi. Bir qazan qatıq gətirmişdi. Qəbul etmək istəmədik, amma çox israr elədi, yalvarıb-yaxardı. Bizim də ürəyimiz dözmədi, onun payını geri qaytara bilmədik. O qatığı alıb yedik. Sultan Süleyman yerə çökür və gecə gördüyü yuxunu ustalara danışır. Hamının heyrətdən əli üzündə qalır.
İndi əziz oxucu, Sultan Süleyman olmaq da var, bir inəkli yaşlı nənə olmaq da. Allah qatında sərvətin azlığı-çoxluğu önəmli deyil, səmimiyyət önəmlidir. Kimin imkanından nə qədərini verməsi önəmlidir.
Yəni bir məscid də sədəqədir, bir təbəssüm də. Bu hadisədə bir qazan qatıq bir məsciddən ağır gəlmişdi. Heç kim ümidsiz olmasın, bir təbəssüm də bəzən bir dünya sərvətdən ağır gələ bilər. Sərvətin azlığı-çoxluğu önəmli deyil, önəmin harada olduğunu axtarmaq istəyirsənsə, qəlbinə və niyyətinə bax. Sən Allah-Təalaya qəlbində nə qədər yer ayırırsansa, sən Allah-Təalanı qəlbinin harasına yerləşdirirsənsə, Allah qatında da o nisbətdə məqamın olur.[
Ya da
[


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri