2 sonuçtan 1 ile 2 arası

ŞƏHVƏT/zina/

  1. #1
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485

    ŞƏHVƏT/zina/

    354–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Üç şeydən qorxuram ki, məndən sonra ümmətim arasında vücuda gələ: 1. Hidayət olduqdan sonra yolunu azmaq (yə`ni ata-anaları müsəlman olduğu islam mühitində böyüyüb Qur`an hökmlərini eşidərək din yoluna gəldikləri halda əməldə, əxlaqda və ya əqidəsində haqq yolundan çıxmaları); 2. Azdırıcı fitnələrdən (yə`ni qorxuram ki, müxtəlif vəziyyət və dəyişiklikdə dinə qarşı olan möhkəmliklərini əldən verələr, imtahandan yaxşı çıxmayalar və Allah-pərəstlik zirvəsindən dünyapərəstlik alçaqlıqlarına enələr); 3. Qarın və cinsi şəhvətlərindən.

    Kafi /2/79.

    ***

    355–İmam Baqir əleyhissalam buyurur: Heç bir ibadət qarın və cinsi şəhvət paklığından yaxşı deyil.

    Kafi /2/80.

    ***

    356–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Günah və şəhvət üçün şəraiti olan, lakin Allah qorxusundan ondan imtina edən şəxsə, Allah-taala cəhənnəm odunu haram edər və onu (qiyamət günündə) böyük bəladan qoruyub saxlayar.

    Məkarimul-əxlaq /429.

    ***

    357–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Qarın, dil və ovrətinin şərindən qorunan adam, bütün günahların əlindən canını qurtarmışdır.

    Mühəccətul-beyza.

    ***

    358–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: (Günah edən zaman) ləzzətlərin qurtaracağını, onun pis tə`sirlərinin isə qalacağını yadınıza salın.

    Nəhcül-bəlağə /553.

    ***

    359–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Hər kim şəhvətlə bir oğlanı öpsə, Allah qiyamət günündə onu odlu yüyənlə cilovlayacaqdır.

    Kafi /5/548.

    ***

    360–İmam Baqir əleyhissalam buyurur: Hansı zəhmət qarının və ovrətin (haramdan) qorunmasından üstün ola bilər?

    Kafi /2/79.

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    195
    ...Haqq yolu tutub gedənlərə salam olsun ! 20:47

    Rəhimli olan Allahın adı ilə !

    17:31 Yoxsulluqdan qorxub övladlarınızı öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır!
    17:32 Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!

    16:90 Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara verməyi buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir

    56/26
    Mərhəmətli və Rəhmli Allahin adi ilə!
    3:173 “Allah bizə bəs edər. O nə gozəl vəkildir!"
    6:104 Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim gorsə, oz lehinə, kim gorməsə, oz əleyhinədir. Mən sizə nəzarətci deyiləm.
    25:30 Peygəmbər də “Ey Rəbbim! Həqiqətən, qovmum bu Qurani tərk etmisdi!”- deyəcək.
    3:42 Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur.
    I am a MUSLIM. Do not PANIC!


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.