Mərhəmətli, rəhmli Allahın adı ilə!
1.5 - Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!
1.6 - Bizi doğru (düz) yola yönəlt!
1.7 - Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!
56/26
Günümüzə Haqqı oxuyaraq başlayaq....
Printable View
-
03-09-2008, 10:17 PMChaosCastleGünümüzə Haqqı oxuyaraq başlayaq....
-
03-10-2008, 12:55 PMChaosCastle
....Haqq yolu tutub gedenlere salam olsun ! 20:47
Mərhəmətli, rəhmli Allahın adı ilə! 1.1
6:18 - O Öz qulları üzərində hakimi-mütləqdir. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır!
6:19 - De: “Şahidlik baxımından nə daha böyükdür? Mənimlə sizin aranızda Allah şahiddir. Bu Quran mənə sizi və ona yetişəcək kimsələri (qiyamətə qədər) xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu. Məgər siz Allahla yanaşı başqa tanrılar olduğuna şahidlik edirsiniz?” De “O, tək bir Tanrıdır. Mən sizin Ona şərik qoşduqlarınızdan tamamilə kənaram!”
56/26
-
03-11-2008, 12:22 AMChaosCastle
....Haqq yolu tutub gedenlere salam olsun ! 20:47
Mərhəmətli, rəhmli Allahın adı ilə! 1.1
83:9 O, yazılı bir kitabdır!
83:10 O gün vay halına yalan sayanların!
83:11 O kəslər ki, haqq-hesab gününü yalan sayarlar.
83:12 Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar.
83:13 Ayələrimiz ona oxunduğu zaman: “(Bunlar) qədimlərin əfsanələridir ” deyər.
83:14 Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır.
83:15 Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar!
83:16 Sonra Cəhənnəmə varid qalacaqlar.
56/26
-
03-12-2008, 01:39 AMChaosCastle
Nuh suresi
Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 - Həqiqətən, Biz Nuhu: “Qövmünə şiddətli bir əzab gəlməmişdən əvəl onları qorxut!” – deyə öz tayfasına peyğəmbər göndərdik.
2 - O dedi: “Ey qövmüm! Həqiqətən, mən sizi açıq-aşkar qorxudan bir peyğəmbərəm!
3 - Allaha ibadət edin, Ondan qorxun və mənə də itaət edin!
4 -O sizin günahlarınızdan keçər, sizə müəyyən vaxtadək möhlət verər . Allahın müəyyən etdiyi əcəl gəlib çatdıqda isə, o əsla təxirə salınmaz. Kaş biləydiniz!”
5 - O dedi: “Ey Rəbbim! Mən qövmümü gecə-gündüz dəvət etdim!
6 - Lakin dəvətim onların qaçmalarını daha da artırmaqdan başqa bir şeyə yaramadı.
7 - Sənin onları bağışlamağın üçün mən nə zaman onları dəvət etdimsə, onlar barmaqlarını qularlarına tıxadılar, libaslarına büründülər, israr edib durdular və təkəbbür göstərdilər.
8 - Sonra mən onları uca səslə dəvət etdim.
9 - Daha sonra onlara aşkar söylədim və gizli bildirdim”.
10 - Və dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, çox bağışlayandır!
11 - O sizə göydən bol yağış göndərər;
12 - O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradır və çaylar axıdar!
13 - Sizə nə olub ki, Allahın əzəmətindən çəkinmirsiniz?
-
03-12-2008, 03:38 PMOthmanGozel
Eline saglik , Allah razi olsun :alqis:
-
03-12-2008, 10:34 PMChaosCastleRe: GozelSalam aleykum ..Alıntı:
Othman Nickli Üyeden Alıntı
Men yazdigin movzuyu okuyan ve mene cavab yazan varsa ne mutlu...
Allah cumlemizden razi olsun inshallah..
56/26 -
03-13-2008, 12:19 AMChaosCastle
..Haqq yolu tutub gedenlere salam olsun! 20:47
1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
30:40 Sizi yaradan, sonra sizə ruzi verən, sizi öldürən və daha sonra dirildəcək məhz Allahdır. Şərikləriniz içərisində bunlardan heç olmasa birini edə biləni varmı? (Allah) pakdır, müqəddəsdir. (Allah müşriklərin) Ona şərik qoşduqlarından (bütlərdən) ucadır!
56/26
-
03-13-2008, 11:53 PMChaosCastle
...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47
1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
62:9 - Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!
62:10 - Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın! (Yenə öz işinizə qayıdın!) Və Allahı çox zikr edin ki, nicat tapıb səadətə qovuşasınız!
56/26 -
03-16-2008, 12:09 AMChaosCastle
...Haqq yolu tutub gedenlere salam olsun !20:47
1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
31:14 Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu bətnində gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir.
31:15 Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm.
56/26 -
03-17-2008, 12:12 AMChaosCastle
...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47
1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
3:145 Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. O, vaxtı müəyyən edilmiş bir yazıdır. Dünya mənfəəti istəyən şəxsə dünya mənfəətindən, axirət savabı istəyən şəxsə isə axirət savabından verəcək. Şükür edənləri də, əlbəttə, mükafatlandıracağıq!
3:146 Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə birlikdə vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də boyun əymişlər. Allah səbr edənləri sevər!
3:147 Onların: “Ya Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! Qədəmlərimizi möhkəmləndir və kafirlərə qələbə çalmaqda bizə kömək et!” – deməkdən başqa sözləri olmamışdır.
3:148 Nəhayət, Allah onlara həm dünya nemətlərini, həm də ən gözəl axirət nemətini (Cənnəti) verdi. Allah yaxşı iş görənləri sevər!
3:149 Ey iman gətirənlər! Əgər kafirlərə itaət edəcək olsanız, onlar sizi geri döndərər və siz də zərər çəkmiş halda geri dönərsiniz.
3:150 - Xeyr, Allah sizin ixtiyar sahibinizdir. O, yardım edənlərin ən yaxşısıdır.
56/26 -
03-20-2008, 12:15 AMChaosCastle
...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47
1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
30:23 Gecə və gündüz yatıb dincəlməyiniz , nemətindən ruzi (qismətinizi) axtarmanız da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, eşidənlər üçün bunda ibrətlər vardır!
30:24 Sizə həm qorxu, həm də ümid verən ildırımı göstərməsi, göydən yağmur endirib öləndən sonra (onunla) torpağı diriltməsi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda ağılla düşünən bir qövm üçün ibrətlər vardır.
30:25 Göyün və yerin Onun əmrində durması, sonra sizi bircə dəfə çağıran kimi dərhal yerdən (qəbirlərinizdən dirilib) çıxmağınız da Onun qüdrət əlamətlərindəndir.
30:26 Göylərdə və yerdə kim (nə) varsa, Onundur. Hamısı Ona boyun əyər!
56/26 -
03-22-2008, 12:11 AMChaosCastle
...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47
1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
25:69Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar.
25:70Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!
25:71Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Allaha tərəf qayıtmış olar.
25:72Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə oradan ləyaqətlə ötüb keçərlər.
25:73Onlara Rəbbinin ayələri xatırlandığı zaman o ayələrə qarşı kar və kor kimi davranmazlar.
25:74Onlar deyərlər: "Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!"
25:75Onlar səbir etdiklərinə görə Cənnətdə olan yüksək məqamla mükafatlandırılacaq, orada xeyir-dua ilə, salamla qarşılanacaqlar.
25:76Onlar orada əbədi qalacaqlar. O, nə gözəl məskən, necə də gözəl iqamətgahdır!
25:77De: "Əgər yalvarmağınız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi. Siz haqqı yalan saydınız. Ona görə də əzab sizi rahat buraxmayacaqdır!"
56/26 -
03-23-2008, 01:02 AMChaosCastle
...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47
1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
55:1 Rəhman!
55:2Quranı öyrətdi.
55:3 İnsanı yaratdı.
55:4Ona danışmağı öyrətdi.
55:5 Günəş və ay müəyyən bir ölçü ilə .
55:6 Otlar da, ağaclar da səcdə edər!
55:7 Göyü. O ucaltdı, tərəzini O qoydu!
55:8 Ona görə ki, çəkidə hədi aşmayasınız .
55:9 Tərəzini düz tutun, çəkini əskiltməyin!
55:10 - Yeri də məxluqat üçün O döşədi.
-
03-27-2008, 01:21 AMChaosCastle
...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47
1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
10:24 Həqiqətən, dünya həyatı göydən endirdiyimiz yağmura bənzər ki, onunla yer üzündə insanların və heyvanların yeyəcəyi bitkilər yetişib bir-birinə qatışar. Nəhayət, yer üzü bəzəklənib süsləndiyi və sakinləri də yığmağa qadır olduqlarını zənn etdikləri vaxt gecə, yaxud gündüz əmrimiz gələr və Biz onu, dünən üzərində bol məhsul olmamış kimi, biçilmiş bir hala gətirərik. Biz ayələrimizi düşünən bir ümmət üçün belə ətraflı izah edirik!
10:25 Allah əmin-amanlıq yurduna (Cənnətə) çağırır və istədiyini doğru yola salır!
10:26 Yaxşı işlər görənləri Cənnət və daha artıq mükafat (Allah rizası) gözləyir. Onların üzünə nə bir toz (ləkə), nə də bir zillət qonar. Onlar cənnətlikdirlər və orada əbədi qalacaqlar!
10:27 Günah qazananlara günahları qədər cəza verilər. Onları zillət basar. Onları Allahdan (Allahın əzabından) heç kəs qurtara bilməz. Onların üzü, sanki gecənin zülmət parçaları ilə örtülmüşdür. Onlar cəhənnəmlikdirlər, özləri də orada əbədi qalacaqlar!
56/26
-
03-28-2008, 12:33 AMChaosCastle
...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47
1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
3:33 - Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər üzərində seçilmiş (üstün) etdi.
3:34 - Onlar biri digərindən törəmiş bir nəsil idilər. Allah eşidəndir, biləndir!
56/26
-
03-30-2008, 02:04 AMChaosCastle
...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47
1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
23:1 Həqiqətən, möminlər nicat tapmışlar!
23:2 O kəslər ki, namazlarında müti olub boyun əyərlər!
23:3 O kəslər ki, lağlağıdan üz döndərərlər;
23:4 O kəslər ki, zakat verərlər;
23:5 O kəslər ki, ayıb yerlərini qoruyub saxlayarlar;
23:6 Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar qınanmazlar.
23:7 Bundan artığını isyəyənlər həddi aşanlardır .
23:8 O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar;
23:9 Namazlarına riayət edərlər (həmişə vaxtlı-vaxtında namaz qılarlar);
23:10 Onlardır varis olanlar
23:11 Firdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar!
56/26
-
04-03-2008, 07:49 PMChaosCastle
...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47
1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
57:1 Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şəninə təriflər deməkdədir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
57:2 Göylərin və yerin hökmü Onun əlindədir. Dirildən də, öldürən də Odur. O, hər şeyə qadirdir!
57:3 Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir!
57:4 Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Odur. O, yerə girəni də, (yerdən) çıxanı da, göydən enəni də, (göyə) qalxanı da bilir. Siz harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir!
57:5 Göylərin və yerin hökmü Onun əlindədir. (Bütün) işlər (axırda) ancaq Allaha tərəf qaytarılacaqdır!
57:6 Gecəni gündüzə, gündüzü də gecəyə qatan Odur. O, ürəklərdə olanları biləndir!
57:7 Allaha və Peyğəmbərinə iman gətirin. Sizi varis etdiyi maldan xərcləyin. Sizdən iman gətirib (mal-dövlətini Allah yolunda) sərf edənləri böyük bir mükafat gözləyir!
57:8 Peyğəmbər sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda, sizə nə olub ki, Allaha iman gətirmirsiniz? Hələ bundan da əvvəl sizdən əhd almışdı. Əgər iman gətirəcəksinizsə,
57:9 Sizi zülmətlərdən nura (küfrdən imana) çıxartmaq üçün Öz bəndəsinə açıq-aşkar ayələr nazil edən Odur. Allah sizə şəfqətlidir, mərhəmətlidir!
57:10 Sizə nə olub ki, (mal-dövlətinizi) Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası ancaq Allahındır. Sizlərdən (mal-dövlətini) fəthdən (Məkkənin fəthindən) əvvəl (Allah yolunda) sərf edənlər və (müşriklərə qarşı) vuruşanlar (başqaları ilə) eyni deyillər. Onlar (mallarını Allah yolunda) fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə etibarilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına (həm birincilərə, həm də ikincilərə) ən gözəl mükafat (Cənnət) vəd buyurmuşdur. Allah sizin nə etdiklərinizdən xəbərdardır!
57:11 Kimdir o kəs ki, Allah yolunda könül xoşluğu ilə borc versin, O da onun əvəzini qat-qat artırsın?! Onu həm də çox qiymətli bir mükafat gözləyir!
57:12 O gün mömin kişilərin və qadınların nurunun onların önlərindən və sağ tərəflərindən axıb şölə saçdığını görəcəksən. “Bu gün sizin müjdəniz (ağacları) altından çaylar axan cənnətlərdir. Siz orada əbədi qalacaqsınız!” Bu, böyük qurtuluşdur !
57:13 O gün münafiq kişi və qadınlar iman gətirənlərə: “gözləyin ki, nurunuzdan bir qədər işıq alaq!” – deyəcəklər. belə cavab veriləcəkdir: “Geriyə dönüb işıq axtarın!” Onların arasına qapısının içəri tərəfində mərhəmət və bayır tərəfində əzab olan bir sədd çəkiləcəkdir.
57:14 Səsləyib deyəcəklər: “Məgər biz sizinlə birlikdə deyildikmi?!” belə cavab verəcəklər: “Bəli . Lakin siz özünüzü (nifaqla, ikiüzlülüklə) fitnəyə saldınız, siz gözləyirdiniz və şəkk edirdiniz. Allahın əmri (ölümünüz) gəlib çatanadək sizi xam xəyallar (tamah) aldatdı. Sizi Allah barəsində (Allah rəhmlidir, bütün günahlarınızdan keçər, sizə heç bir cəza verməz deyə) o tovlayan (Şeytan) tovladı!
57:15 Bu gün artıq nə sizdən, nə də kafirlərdən heç bir fidyə qəbul olunmaz. Məskəniniz Cəhənnəmdir. Sizə yaraşan odur. Ora necə də pis sığınacaqdır!”
57:16 İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?! Onlar özlərindən əvvəl kitab verilən kimsələr (yəhudilər və xaçpərəstlər) kimi olmasınlar. Onlarla (öz peyğəmbərləri arasında) uzun bir müddət keçmiş və (öyüd-nəsihəti unutduqları üçün) qəlbləri sərtləşmişdir. Onların çoxu (Allaha asi olan) fasiqlərdir!
57:17 Bilin ki, Allah torpağa öldükdən sonra təzədən can verir. Biz ayələri sizə belə müfəssəl izah etdik ki, bəlkə, ağlınız başınıza gəlsin!
57:18 Şübhəsiz ki, sədəqə verən kişi və qadınlar, Allah yolunda gözəl (könül xoşluğu ilə) borc verənlər üçün (əməllərinin savabı) qat-qat artırılacaqdır. Onları həm də cox qiymətli bir mükafat (Cənnət) gözləyir!
56/26
-
04-12-2008, 11:31 PMChaosCastle
Salam aleykum
...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47
1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
55:1 Rəhman!
55:2 Quranı öyrətdi.
55:3 İnsanı yaratdı.
55:4 Ona danışmağı öyrətdi.
55:5 Günəş və ay müəyyən bir ölçü ilə .
55:6 Otlar da, ağaclar da (Allaha) səcdə edər!
55:7 Göyü. O ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu!
55:8 Ona görə ki, çəkidə hədi aşmayasınız .
55:9 Tərəzini düz tutun, çəkini əskiltməyin!
55:10 Yeri də (bütün) məxluqat üçün O döşədi.
55:11 Orada növbənöv meyvələr və tumurcuqlu (salxımlı) xurma ağacları;
55:12 Saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər vardır.
55:13 Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
55:14 İnsanı (Adəmi) saxsı kimi quru palçıqdan O yaratdı.
55:15 (Cinlərin əcdadı) cannı da tüstüsüz oddan O xəlq etdi.
55:16 Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
55:17 İki məşriqin və iki məğribin Rəbbi Odur.
55:18 Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
55:19 Iki dənizi O qovuşdurdu.
55:20 Amma onların arasında maneə vardır, bir-birinə qatışmazlar .
55:21 Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
55:22 Onlardan inci və mərcan çıxar.
55:23 Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
55:24 Dənizdə uca dağlar kimi üzən gəmilər də Onundur.
55:25 Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
55:26 Üzündə olan hər kəs fanidir .
55:27 Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir.
55:28 Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
Yaradanı unutmayaq.......
56/26
-
04-13-2008, 11:21 PMChaosCastle
Salam aleykum
...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47
1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
23:1 Həqiqətən, möminlər nicat tapmışlar!
23:2 O kəslər ki, namazlarında müti olub boyun əyərlər!
23:3 O kəslər ki, lağlağıdan üz döndərərlər;
23:4 O kəslər ki, zakat verərlər;
23:5 O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar;
23:6 Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar qınanmazlar.
23:7 Bundan artığını isyəyənlər həddi aşanlardır .
23:8 O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar;
23:9 Namazlarına riayət edərlər;
23:10 Onlardır varis olanlar –
23:11 Firdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar!
Cənnəti qazanmağın yolları........
56/26
-
04-15-2008, 10:50 AMChaosCastle
[b]1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47
82 əl İnfitar
əl-İnfitar (Parçalanma) surəsi
(Məkkədə nazil olmuşdur, 19 ayədir)
1 Göy parçalanacağı zaman;
2 Ulduzlar dağılıb səpələnəcəyi zaman;
3 Dənizlər qarışacağı zaman;
4 Qəbirlər çevriləcəyi zaman;
5 Hər kəs nə etdiyini və nə qoyub getdiyini biləcəkdir!
6 Ey insan! Səni kərim olan Rəbbinə qarşı aldadan nədir?
7 O Rəbbin ki, səni yaratdı, düzəldib qaydaya saldı.
8 Sənə Özü istədiyi surətdə biçim verdi.
9 Xeyr, daha doğrusu, siz haqq-hesab gününü yalan sayırsınız!
10 Sizin üstünüzdə gözətçi mələklər -
11Yazan və çox hörmətli olan mələklər vardır.
12Onlar sizin nə etdiklərinizi bilirlər.
13 Həqiqətən, yaxşı əməl və itaət sahibləri Cənnətdə qərar tutacaqlar.
14 Pis əməl sahibləri isə Cəhənnəmdə olacaqlar.
15 Onlar ora haqq-hesab günü daxil olacaqlar.
16 Onlar əsla oradan çıxan deyillər!
17 Sən nə bilirsən ki, haqq-hesab günü nədir?!
18 Bəli, sən nə bilirsən ki, haqq-hesab günü nədir?!
19 O gün heç kəs heç kəsin karına gələ bilməz. O gün hökm ancaq Allahındır!
56/26
-
04-15-2008, 11:57 PMSecde
əs Salamu aleyukm
Bağışlayan və rəhimli alllahın adıyla!
"İnsanın ən yaxın dostu Allahı ona daha çox xatırladandır".
Allah səndən razı olsun!
Sənin bu mövzuda yazdıqlarını izləməkdəyik! Sadəcə arada mesajlarımız olmaya bilir ki, QURAN ayələrinin arasına girməyək
Əs salamu aleykum -
04-16-2008, 11:33 PMChaosCastle1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!Alıntı:
sahhat25 Nickli Üyeden Alıntı
...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47
Allah razı olsun qardaş. Bu ayələri kimsə oxuyursa ne gözəl....
Əziz qardaş 1 ayədə Allah
Bismillah
35:32 Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə (Muhəmməd ümmətinə) miras verdik. Onlardan kimisi özünə zülm edər , kimisi mötədil olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə irəli keçər . Bu (Kitaba varis olmaq) böyük lütfdür!
InşAllah məndə buna calışıram. Amma az calışıram :(
35:33 Onlar Ədn cənnətlərinə daxil olacaq, orada altun bilərziklər və incilərlə bəzənəcəklər. Libasları da ipəkdən olacaqdır.
35:34 Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən, Rəbbimiz bağışlayandır, qədirbiləndir!
35:35 Elə bir Rəbb ki, Öz lütfü (kərəmi) ilə bizi (əbədi qalacağımız) iqamətgahda yerləşdirdi. Orada bizə nə bir yorğunluq üz verəcək, nə bir məşəqqət (əziyyət) toxunacaqdır!”
56/26
-
04-17-2008, 11:07 PMChaosCastle
1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47
68 Nun
Nun və ya əl-Qələm (Qələm) surəsi
Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 Nun! And olsun qələmə və yazdıqlarına ki,
2 Sən Rəbbinin neməti sayəsində divanə deyisən!
3 Və həqiqətən, səni minnətsiz mükafat gözləyir!
4 Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!
5 Sən də görəcəksən, onlar da görəcəklər,
6 Hansınızın divanə olduğunu!
7 Həqiqətən, sənin Rəbbin öz yolundan çıxanları da, doğru yoldan olanları da ən gözəl tanıyandır!
8 Elə isə (Allahın ayələrini) yalan sayanlara itaət etmə!
9 (Müşriklər) istərdilər ki, sən onlara yumşaqlıq göstərəsən, onlar da sənə yumşaqlıq göstərsinlər!
10 İtaət etmə hər and içənə, alçağa;
11 Qeybət edənə, söz gəzdirənə;
12 Xeyrə mane olana, həddi aşana, günaha batana;
13 Daş ürəkliyə, əsli-nəsəbi bilinməyən haramzadaya -
14 O, mal-dövlət, oğul-uşaq sahibi olsa belə!
15 Ayələrimiz ona oxunduğu zaman o: “(Bunlar) qədimlərin əfsanələridir!” – dedi.
16 Biz (tezliklə) onun burnuna damğa basacağıq!
17 Biz vaxtilə o bağ sahiblərini imtahana çəkdiyim kimi, bunları da imtahana çəkdik. O vaxt səhər açılanda mütləq dərəcəklərinə and içmişdilər.
18 Və heç bir istisna yeri də qoymamışdılar (inşallah deməmişdilər).
19 Onlar yuxuda ikən sənin Rəbbindən o bağa bir bəla gəldi.
20 Və o (yanıb) qapqara qaraldı .
21 Onlar səhər qalxıb bir-birini belə səslədilər:
22 Əgər (məhsul) yığacaqsınızsa, bağınıza tez gedin!”
23 Nəhayət, yola düşdülər, bir-birinə xəlvətcə belə deyirdilər:
24 “(Elə edin ki) bu gün orada yanınıza heç bir yoxsul soxulmasın!”
25 Onlar (yoxsulları) bağa buraxmağa qadir olacaqlarını güman edərək erkən getdilər.
26 (Bağı) bu vəziyyətdə gördükdə dedilər: “Yəqin ki, azmışıq!
27 Xeyr, biz (bağımızın bərəkətindən) məhrum olmuşuq!”
28 Onların ən ağıllısı dedi: “Məgər mən sizə (Allahı) həmd-səna ilə təqdis etməli olduğunuzu demədimmi?!”
29 Onlar: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən, biz zalım idik!” – dedilər.
30 Onlar bir-birini danlamağa başladılar.
31 Və dedilər: “Vay halımıza! Biz azğınlıq (tüğyan) edirdik.
32 Ola bilsin ki, Rəbbimiz onun əvəzinə bizə daha yaxşısını versin. Biz Rəbbimizdən diləyirik!”
33 Əzab belədir. Şübhəsiz ki, axirət əzabı daha şiddətlidir. Kaş biləydilər!
34 Həqiqətən, Allahdan qorxub pis əməllərdən çəkinənləri Rəbbi yanında Nəim cənnətləti gözləyir!
35 Məgər Biz müsəlmanları kafirlərlə eynimi tutacağıq?!
Allaha təslim olun Nəim cənnətləri sahiblərini gözləyir. Hec olmasa 1 addım atın o bağı qazanmaq üçün..............
56/26 -
04-20-2008, 10:48 PMChaosCastle
1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47
92 əl Leyl
əl-Leyl (Gecə) surəsi
(Məkkədə nazil olmuşdur, 21 ayədir)
Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 And olsun bürüməkdə olan gecəyə;
2 And olsun işıqlanmaqda olan gündüzə;
3 And olsun kişini və qadını yaradana ki,
4 Sizin zəhmətiniz cürbəcürdür! .
5 Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa,
6 Və ən gözəl sözü təsdiq etsə,
7 Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik!
8 Amma kim xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa,
9 Və ən gözəl sözü yalan saysa,
10Biz ona ən çətin olanı müyəssər edəcəyik
11Düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz.
12 Bizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir! .
13 Axirət də Bizim, dünya da Bizimdir!
14 Mən sizi alovlanan bir atəşlə qorxutdum.
15 Ora ancaq azğın (kafir) daxil olar.
16 O kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər!
17 Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan uzaqlaşdırılar .
18 O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər,
19 O şəxsin boynunda heç kəsin bir minnəti (neməti) yoxdur ki, onun əvəzi verilsin .
20 O ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər.
21 And olsun ki, o razı olacaqdır!
56/26
-
04-23-2008, 10:59 PMChaosCastle
1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47
91. əş-Şəms
"Günəş" surəsi, 15 ayə,
Məkkədə nazil olub.
1 And olsun günəşə və onun saçdığı şəfəqə!
2 And olsun ondan sonra zühur edən aya!
3 And olsun günəşi açıqlığa çıxardan gündüzə!
4 And olsun günəşi bürüyən gecəyə!
5 And olsun göyə və onu qurana!
6 And olsun yerə və onu döşəyənə!
7 And olsun nəfsə və onu yaradıb kamilləşdirənə,
8 ona günahları və Allahdan qorxmağı təlqin edənə!
9 Nəfsini günahdan təmizləyən uğur qazanmışdır.
10 Onu günaha batıran isə ziyana uğramışdır.
11 Səmud qövmü öz azğınlığı üzündən Allahın elçisini təkzib etdi.
12 Onların ən bədbəxti dəvəni kəsməyə qalxdıqda
13 Allahın elçisi onlara dedi: "Allahın bu dişi dəvəsinə toxunmayın və onun su içməsinə mane olmayın!"
14 Onlar isə peyğəmbəri yalançı sayıb, dəvənin diz vətərini kəsdilər. Onların Rəbbi də bu günahlarına görə onların hamısını qırıb yerlə-yeksan etdi.
15 Allah günahkarlara etdiyinin nəticəsindən çəkinməz! -
04-24-2008, 11:42 PMChaosCastle
1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47
114. ən-Nəs
"İnsanlar" surəsi, 6 ayə,
Mədinədə nazil olub.
1 De: "Sığınıram insanların Rəbbinə,
2 Insanların Hökmdarına,
3 Insanların məbuduna!
4 Vəsvəsə verənin, Allahın adı çəkiləndə isə hövlündən geri çəkilən şeytanın şərindən.
5 O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,
6 cinlərdən də olur, insanlardan da!"
56/26 -
04-27-2008, 11:42 PMChaosCastle
1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47
71. Nuh
"Nuh" surəsi, 28 ayə,
Məkkədə nazil olub.
1 Həqiqətən, Biz Nuhu öz qövmünə göndərdik və dedik: "Sən öz qövmünü, onlara ağrılı-acılı bir əzab gəlməmişdən əvvəl xəbərdar et!"
2 O dedi: "Ey qövmüm! Şübhəsiz ki, mən sizi aydın bir tərzdə xəbərdar edənəm!
3 Allaha ibadət edin, Ondan qorxun və mənə itaət edin!
4 Belə etsəniz, O sizin günahlarınızdan keçər və sizə müəyyən vaxtadək möhlət verər. Həqiqətən, Allahın müəyyən etdiyi vaxt gəlib çatdıqda əsla təxirə salınmaz. Kaş biləydiniz!"
5 O dedi: "Ey Rəbbim, mən xalqımı gecə də, gündüz də dəvət etdim.
6 Amma dəvətim onların haqdan qaçmalarını daha da artırdı.
7 Sən onları bağışlayasan deyə mən hər dəfə onları imana dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, küfrlərində israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər.
8 Sonra mən onları aşkarcasına dəvət etdim.
9 Sonra mən onlara həm uca səslə, həm də gizlicə bildirib
10 dedim: "Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır!
11 O, sizin üzərinizə bol-bol yağış göndərər,
12 var-dövlət və oğul-uşaqla sizin imdadınıza çatar, sizin üçün bağlar salar və çaylar yaradar.
13 Necə olub ki, siz Allahın böyüklüyünü layiqincə uca tutmursunuz?
14 Axı O sizi mərhələlərlə yaratdı.
15 Məgər Allahın yeddi göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüz?
16 Ayı bir nur, günəşi də çıraq etmişdir.
17 Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir.
18 Sonra O sizi ora qaytaracaq və yenidən çıxardacaqdır.
19 Allah yeri sizin üçün xalı təki döşədi.
20 Belə etdi ki, orada geniş yollarla hərəkət edəsiniz".
21 Nuh dedi: "Ey Rəbbim! Onlar mənə asi oldular və var-dövləti, övladı özünə zərərdən başqa bir şey artırmayan bir adama tabe oldular.
22 Onlar mənə qarşı böyük bir hiylə işlətdilər
23 və özlərinə tabe olanlara dedilər: "Öz məbudlarınızı tərk etməyin; Vəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri tərk etməyin!"
24 Artıq onlar çoxlarını azdırmışlar. Sən də zalımlara azğınlıqdan başqa bir şey artırma".
25 Onlar öz günahlarına görə suya qərq edildilər və oda atıldılar. Onlar özlərinə Allahdan savayı köməkçilər tapmadılar.
26 Nuh dedi: "Ey Rəbbim, kafirlərdən yer üzündə bir nəfəri belə sağ qoyma!
27 Əgər Sən onları sağ qoysan, onlar qullarını azdıracaq və yalnız günahkar, kafir övladlar doğub-törədəcəklər.
28 Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və bütün mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır".
56/26 -
05-05-2008, 11:31 PMChaosCastle
1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47
87. əl-Əla
"Ən Uca" surəsi, 19 ayə,
Məkkədə nazil olub.
1 Ən Uca Rəbbinin adına təriflər de!
2 O Rəbbin ki, hər şeyi yaradıb kamilləşdirdi;
3 O Rəbbin ki, hər şeyin müqəddəratını əzəldən müəyyən edərək yol göstərdi,
4 O Rəbbin ki, otlağı cücərdib,
5 sonra da qaralmış samana çevirdi.
6 Biz sənə Quranı elə oxumaq imkanı verəcəyik ki, o, yadından çıxmayacaq.
7 Əlbəttə, Allahın istədiyindən başqa. Həqiqətən, O, aşkardakından da, gizli qalandan da xəbərdardır.
8 Səni ən asan olana müvəffəq edərik.
9 Xatırlatmanın fayda verdiyini görsən, onlara xatırlat!
10 Allahdan qorxanlar öyüd-nəsihət götürərlər.
11 Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar.
12 O kimsə ki, Cəhənnəmə atılacaq,
13 O orada nə ölə, nə də yaşaya bilməyəcəkdir.
14 Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır.
15 O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır.
16 Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz;
17 Axirət isə daha xeyirli və daha sürəklidir.
18 Həqiqətən də bu, əvvəlki səhifələrdə bildirilmişdir –
19 İbrahimin və Musanın səhifələrində. -
05-08-2008, 01:20 AMChaosCastle
1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47
21 Bizimlə qarşılaşacaqlarını güman etməyənlər dedilər: "Nə üçün bizə mələklər göndərilmədi? Niyə biz Rəbbimizi görmürük?" Onlar özləri haqqında yüksək fikirdə oldular və böyük üsyankarlıq etdilər.
22 Məhz mələkləri görəcəkləri gün günahkarlara heç bir müjdə olmayacaqdır. Mələklər deyəcəklər: "Cənnətə girməyiniz qadağandır, qadağan!"
23 Biz onların etdikləri əməllərə baxdıqdan sonra onları sovrulmuş toz dənəciklərinə çevirərik.
24 Həmin gün Cənnət sakinlərinin qalacağı yer daha lətafətli və istirahət edəcəyi yer daha gözəl olacaqdır.
25 Həmin gün göy buludla parçalanacaq və mələklər yerə endiriləcəkdir.
26 Həmin gün gerçək hökm vermək ancaq ər-Rəhmana məxsusdur. O, kafirlər üçün çətin bir gün olacaqdır.
27 Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: "Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim!
28 Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım!
29 Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o məni ondan uzaqlaşdırdı". Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır.
30 Peyğəmbər: "Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!"– deyəcək.
31 Beləcə, Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən etdik. Doğru yolu göstəricisi və yardımçı kimi Rəbbin sənə yetər.
-
05-08-2008, 11:07 PMChaosCastle
1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47
62:9 Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!
62:10 Namaz başa çatdıqdan sonra yer üzünə dağılıb Allahın lütfünü axtarın və Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız.
56/26 -
05-10-2008, 07:57 PMbolatDiline sağlık
Selamünaleyküm Kardeşim.Diline sağlık çok güzel yazılar yazmışsın.Allah sendan Razi olsun.Allaha emanet ol.Selamlar ::aze::
-
05-11-2008, 01:55 AMChaosCastleRe: Diline sağlıkVə aleykum salam Bolat abi. Allah razı olsun. Kendine iyi bak abi...Alıntı:
bolat Nickli Üyeden Alıntı
18. əl-Kəhf
"Mağara" surəsi
1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47
103 De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?
104 O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər.
105 Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, Qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik”.
106 Kafir olduqlarına, ayələrimi və elçilərimi lağlağıya qoyduqlarının əvəzi – Cəhənnəmdir.
107 İman gətirib xeyirxah əməllər işləyənlərin məskəni isə Firdovs bağları olacaqdır.
108 Onlar orada əbədi qalacaq, oranı (başqa bir yerə) dəyişmək istəməyəcəklər.
109 De: “Əgər Rəbbimin Sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik belə, Rəbbimin Sözləri qurtarmadan öncə dənizin (suyu) qurtarardı”.
110 De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin ilahınız Tək olan İlahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!”
-
05-12-2008, 11:35 PMChaosCastle
1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47
18. əl-Kəhf Surəsi
103 De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?
104 O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər.
105 Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, Qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik”.
106 Kafir olduqlarına, ayələrimi və elçilərimi lağlağıya qoyduqlarının əvəzi – Cəhənnəmdir.
107 İman gətirib xeyirxah əməllər işləyənlərin məskəni isə Firdovs bağları olacaqdır.
108 Onlar orada əbədi qalacaq, oranı (başqa bir yerə) dəyişmək istəməyəcəklər.
109 De: “Əgər Rəbbimin Sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik belə, Rəbbimin Sözləri qurtarmadan öncə dənizin (suyu) qurtarardı”.
110 De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin ilahınız Tək olan İlahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!” -
05-13-2008, 02:25 PMChaosCastle
1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47
3. Ali-İmran
189 Göylərin və yerin hökm-ranlığı Allaha məxsusdur. Allah hər şeyə qadirdir.
190 Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır.
191 O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haq-qında düşünür(və deyirlər) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!
192 Ey Rəbbimiz! Sən Oda saldığın kəsi rüsvay edərsən. Zalımların köməkçiləri olmaz.
193 Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə iman gətirin!”– deyə imana çağıran bir kimsənin çağırışını eşidib iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı itaətkarlarla bir yerdə al!
194 Ey Rəbbimiz! Öz elçilərinin vasitəsi ilə bizə vəd etdiklərini ver və Qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədindən dönməzsən!”
195 Rəbbi onlara belə cavab verdi: “Mən, sizlərdən (yaxşı) işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kə-sin əməyini puç etmərəm. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin, əlbəttə, təqsirlərindən keçəcək və onları (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edə-cəyəm. (Bu, )Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat məhz Allahın dərgahındadır”.
196 Qoy kafirlərin diyarbədiyar gəzib dolaşması səni aldatmasın!
197 Bu, az bir mənfəətdir. Sonra isə onların yeri Cəhənnəmdir. Ora nə pis yataqdır!
198 Öz Rəbbindən qorxanları (ağacları) altından çaylar axan Cənnət bağları gözləyir ki, onlar orada əbədi qalacaqlar. (Bu, )Allahdan bir ziyafətdir. Allahın dərgahında olan (nemət-lər) möminlər üçün daha xeyirlidir. -
05-13-2008, 11:28 PMChaosCastle
1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47
43:69 Siz ayələrimizə iman gətirib müsəlman olmusunuz.
3:102 Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!
41:33 (İnsanları) Allaha tərəf çağıran, yaxşı iş görən və: “Həqiqətən, mən müsəlmanlardanam!”– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?
Müsəlman olaq... laiqli...
-
05-15-2008, 03:43 PMChaosCastle
Salam aleykum
İnsanları ağladan surə
Şeyx Muhammad Al-Luhaidan. Ciddə məscidiin imanmı.
Ali-Imran surəsinnin 189-195 ayələrini oxuyur və arxasında namaz qılan müsəlmanlar ağlayır.
İmran ailəsi surəsi
190 Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır.
191 O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haq-qında düşünür(və deyirlər) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!
192 Ey Rəbbimiz! Sən Oda saldığın kəsi rüsvay edərsən. Zalımların köməkçiləri olmaz.
193 Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə iman gətirin!”– deyə imana çağıran bir kimsənin çağırışını eşidib iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı itaətkarlarla bir yerdə al!
194 Ey Rəbbimiz! Öz elçilərinin vasitəsi ilə bizə vəd etdiklərini ver və Qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədindən dönməzsən!”
195 Rəbbi onlara belə cavab verdi: “Mən, sizlərdən (yaxşı) işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kə-sin əməyini puç etmərəm. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin, əlbəttə, təqsirlərindən keçəcək və onları (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edə-cəyəm. (Bu, )Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat məhz Allahın dərgahındadır”.
[youtube]http://youtube.com/watch?v=Cdk5_3xcJH0[/youtube] -
05-17-2008, 01:38 PMChaosCastle
1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47
59. əl-Həşr
"Toplanma" surəsi
21Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr.
22 O, Özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı Bilən Allahdır. O Mərhəmətlidir, Rəhmlidir.
23 O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pak, (haqqı )təsdiq edən, (hər şeyi) müşahidə edən, Qüdrətli, Qadir, Məğrur Allahdır. Allah onların Ona şərik qoşduqlarından ucadır.
24 O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. -
05-18-2008, 07:37 PMChaosCastle
1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47
79. ən-Nəziət
"Can alanlar" surəsi
1 And olsun (kafirlərin canını) zorla alanlara!
2 And olsun (möminlərin canını) rahatlıqla alanlara!
3 And olsun (göydə) üzdükcə üzənlərə!
4 And olsun ötdükcə ötənlərə!
5 And olsun buyruqları yerinə yetirənlərə!
6 O gün lərzəyə gələn lərzələnəcək,
7 onun ardınca təkrar lərzələnəcək.
8 Həmən gün qəlblər (qorxudan) tir-tir əsəcək.
9 Bu qəlb (sahiblərinin) gözləri məzlum görkəm alacaq.
10 Onlar deyirlər: “Yəni biz (yenidən) bundan qabaqkı halımıza döndəriləcəyik?
11 Sümüklərimiz çürüdükdən sonra?”
12 Onlar dedilər: “Belə olduğu halda bu, zərərli bir qayıdışdır”.
13 O (surun üfürülməsi) təkcə qorxunc bir səsdir.
14 (O vaxt) onlar ləngimədən (qəbirlərindən )yerin səthinə çıxacaqlar.
56/26 -
05-21-2008, 01:03 AMChaosCastle
1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47
3:102 Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!
5:111 Bir zaman Mən həvarilərə: “Mənə və elçimə iman gətirin!”(– deyə) təlqin etmişdim. Onlar da: “İman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq!”– demişdilər.
51:32 Onlar dedilər: “Biz günahkar bir qövmə göndərilmişik ki,
51:33onların üstünə gildən daşlar yağdıraq –
51:34həddi aşanlar üçün sənin Rəbbinin yanında nişan qoyulmuş (daşlar!)”
51:35Biz orada olan möminləri (o kənddən) çıxartdıq.
51:36Amma orada bir evdən başqa müsəlman tapmadıq.
:(
56/26 -
05-22-2008, 11:55 PMChaosCastle
1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47
8:67 Peyğəmbərə yer üzündə (çoxlu kafir) qırmayınca əsir götürmək yaraşmaz. Siz dünya mənfəətlərini istəyirsiniz, Allah isə axirəti (qazanmağınızı) istəyir. Allah Qüdrətlidir, Müdrikdir.
