Sayfa 5/12 İlkİlk ... 34567 ... SonSon
111 sonuçtan 41 ile 50 arası

Günümüzə Haqqı oxuyaraq başlayaq....

  1. #41
    Senior Member
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    195
    1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
    ...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47

    89. əl-Fəcr
    "Dan yeri" surəsi
    15 İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərəndə və ona nemət verəndə: “Rəbbim mənə ehtiram göstərdi!”– deyər.
    16 Amma onu sınamaq üçün ruzisini azaldanda: “Rəbbim məni alçaltdı!”– deyər.
    17 Xeyr! Əslində siz yetimə ehtiram göstərmirsiniz,
    18 kasıbı yedirməyə bir-birinizi təhrik etmirsiniz,
    19 mirası hərisliklə yeyirsiniz,
    20 var-dövləti də hərisliklə sevirsiniz.

    Zəkat verin, sədəqələrinizi unudtmayın........

    56/26
    Mərhəmətli və Rəhmli Allahin adi ilə!
    3:173 “Allah bizə bəs edər. O nə gozəl vəkildir!"
    6:104 Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim gorsə, oz lehinə, kim gorməsə, oz əleyhinədir. Mən sizə nəzarətci deyiləm.
    25:30 Peygəmbər də “Ey Rəbbim! Həqiqətən, qovmum bu Qurani tərk etmisdi!”- deyəcək.
    3:42 Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur.
    I am a MUSLIM. Do not PANIC!


  2. #42
    Senior Member
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    195
    1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
    ...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47
    67əl-Mulk
    "Mülk" surəsi
    1 Mülk Əlində Olan nə qədər xeyirxahdır. O hər şeyə qadirdir.
    2 Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır.
    3 Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli (Allahın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə )diqqət yetir, heç onda bir çat görürsənmi?
    4 Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir.
    5 Biz (sizə) yaxın olan göyü ulduzlarla bəzədik və onları şeytanlara atılan (alovlar) etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı hazırlamışıq.
    6 Rəbbinə qarşı çıxanlar Cəhənnəm əzabına düçar olacaqlar. Ora nə pis dönüş yeridir.
    7 Onlar oraya vasil ediləndə onun dəhşətli uğultuyla qaynadığını eşidəcəklər.
    8 Cəhənnəm, qəzəbindən az qala parçalansın. Hər dəfə bir dəstə oraya atılarkən (Cəhənnəmin) gözətçiləri onlardan soruşacaqlar: “Məgər sizə xəbərdarlıq edən (bir peyğəmbər) gəlməmişdi?”
    9 Onlar deyəcəklər: “Əlbəttə, bizə qorxudan (bir peyğəmbər) gəlmişdi. Amma biz (onu) yalançı sayıb: “Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz”– demişdik.
    10 Onlar deyəcəklər: “Əgər biz dinləsəydik və ya anlasaydıq alov (şölələri saçan) od sakinlərinin içində olmazdıq!”
    11 Onlar öz günahlarını etiraf edəcəklər. Rədd olsun alovlu od sakinləri!
    12 Həqiqətən, öz Rəbbindən (Onu) görmədikləri halda qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır.

    Düşünək... vaxt var... amma hər an bitə bilər.
    Mərhəmətli və Rəhmli Allahin adi ilə!
    3:173 “Allah bizə bəs edər. O nə gozəl vəkildir!"
    6:104 Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim gorsə, oz lehinə, kim gorməsə, oz əleyhinədir. Mən sizə nəzarətci deyiləm.
    25:30 Peygəmbər də “Ey Rəbbim! Həqiqətən, qovmum bu Qurani tərk etmisdi!”- deyəcək.
    3:42 Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur.
    I am a MUSLIM. Do not PANIC!


  3. #43
    Senior Member
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    195
    1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
    ...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47

    32. əs-Səcdə
    "Səcdə" surəsi
    ....
    27 Məgər onlar quru yerə su axıdıb onunla həm heyvanlarının, həm də özlərinin yedikləri nemətlər yetişdirdiyimizi görmürlər? Hələ də bunu görmürlər?
    28 Onlar: “Əgər doğru danışanlardansınızsa, (deyin görək) bu hökm nə vaxt olacaqdır?”– deyirlər.
    29 De: “Hökm günü kafirlərə imanları fayda verməyəcək və onlara möhlət də verilməyəcəkdir”.
    30 Artıq onlardan üz çevir və gözlə. Doğrusu, onlar da gözləyirlər.

    1 anlıq düşünək....Bu qədər yetişdirilən nemətləri kim yetişdirir əslində??
    Insan isə düşünür ki özü yetişdirir....
    Mərhəmətli və Rəhmli Allahin adi ilə!
    3:173 “Allah bizə bəs edər. O nə gozəl vəkildir!"
    6:104 Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim gorsə, oz lehinə, kim gorməsə, oz əleyhinədir. Mən sizə nəzarətci deyiləm.
    25:30 Peygəmbər də “Ey Rəbbim! Həqiqətən, qovmum bu Qurani tərk etmisdi!”- deyəcək.
    3:42 Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur.
    I am a MUSLIM. Do not PANIC!


  4. #44
    Senior Member
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    195
    1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
    ...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47

    68. əl-Qaləm
    "Qələm" surəsi,
    1 Nun. And olsun qələmə və qələmə alınanlara!
    2 Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
    3 Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
    4 Həqiqətən də, sən böyük əxlaq sahibisən!
    5 Sən də görəcəksən, onlar da –
    6 hansınızın dəli olduğunu.
    7 Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
    8 Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə.
    9 (Müşriklər) istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
    10 İtaət etmə hər tez-tez and içənə, alçağa,
    11 qeybət edənə, dedi-qodu yayana,
    12 xeyrə mane olana, həddi aşana, günahkara,
    13 daş ürəkliyə, bunlardan sonra da (başqasının adını mənimsəyən) fırıldaqçıya –
    14 o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə.
    15 Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əsatirlərindəndir!”– deyər.
    16 Biz onun burnuna damğa vuracağıq.
    17 Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi onları da sınağa çəkdik. O zaman (bağ sahibləri) səhər açılanda (bağda olan meyvələri) mütləq dərəcəklərinə and içmişdilər
    18 və heç bir istisna da etməmişdilər.
    19 Onlar yuxuda ikən Rəbbininəzabı (o bağı) bürüdü.
    20 (Bağ) (yanıb) zülmət gecə kimi (qapqara) oldu.
    21 Onlar səhər qalxdıqda bir-birlərini çağırdılar:
    22 “Əgər (meyvə) dərəcəksinizsə, bağınıza erkən gedin!”
    23 Onlar (bağa) yollandılar, (yol boyu da) bir-birlərinə (belə )pıçıldayırdılar:
    24 “Bu gün oraya – yanınıza heç bir kasıb girməsin!”
    25 Onlar bu məqsədlə (kasıbları bağa buraxmamağa) qadir olacaqlarını zənn edib erkən getdilər.
    26 (Bağı) görəndə isə (belə) dedilər: “Deyəsən, biz düz gəlməmişik!
    27 Xeyr! Biz (bu bağın xeyrindən) məhrum olmuşuq!”
    28 Onların ən insaflısı dedi: “Məgər mən sizə (Allahın şəninə) təriflər söyləyin deməmişdimmi?”
    29 Onlar dedilər: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən də, biz özümüzə zülm etmişik!”
    30 Onlar dönüb bir-birlərini qınamağa başladılar
    31 (və) dedilər: “Vay halımıza! Biz həddi aşanlarıq!
    32 Ola bilsin ki, Rəbbimiz bizə (bu bağın) əvəzinə ondan daha yaxşısını versin. Əlbəttə, biz Rəbbimizə yönəlirik”.
    33 (Dünyadakı )əzab belədir. Axirət əzabı isə daha böyükdür! Kaş biləydilər!
    34 Şübhəsiz ki, müttəqilər üçün Rəbbin dərgahında Nəim bağları hazırlanmışdır.
    35 Biz heç müsəlmanları günahkarlara tay tutarıqmı?
    36 Sizə nə olub, necə hökm verirsiniz?
    37 Yoxsa sizin elə bir kitabınız vardır ki, (üsyankarla itaətkarın eyni olduğunu) ondan oxuyursunuz?

    Kitaba sahib cıxaq..... Həqiqətən doğru yola yönəldər.....
    20:47
    Mərhəmətli və Rəhmli Allahin adi ilə!
    3:173 “Allah bizə bəs edər. O nə gozəl vəkildir!"
    6:104 Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim gorsə, oz lehinə, kim gorməsə, oz əleyhinədir. Mən sizə nəzarətci deyiləm.
    25:30 Peygəmbər də “Ey Rəbbim! Həqiqətən, qovmum bu Qurani tərk etmisdi!”- deyəcək.
    3:42 Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur.
    I am a MUSLIM. Do not PANIC!


  5. #45
    Senior Member
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    195
    1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
    ...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47

    13. ər-Rad
    "Göy gurultusu" surəsi

    1 Əlif. Ləm. Mim. Ra. Bunlar Kitabın ayələridir. Rəbbindən sənə nazil edilən həqiqətdir, lakin insanların çoxu (buna) inanmır.

    2 Gördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da Ərşə ucalan, müəyyən vaxta qədər (göydə) hərəkət edən günəşi və ayı (əmrinə) tabe edən Allahdır. O, işləri yoluna qoyur və ayələrini (belə) izah edir ki, bəlkə Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız.

    3 Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur. O, gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də, bunda dərin düşünən adamlar üçün dəlillər vardır.

    4 Yer üzündə bir-birinə yaxın (müxtəlif iqlimli) torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. (Lakin) Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da, bunda başa düşən adamlar üçün dəlillər vardır.

    Düşünək...dəlillər qarışımızda... hər tərəf dəlil...

    Mərhəmətli və Rəhmli Allahin adi ilə!
    3:173 “Allah bizə bəs edər. O nə gozəl vəkildir!"
    6:104 Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim gorsə, oz lehinə, kim gorməsə, oz əleyhinədir. Mən sizə nəzarətci deyiləm.
    25:30 Peygəmbər də “Ey Rəbbim! Həqiqətən, qovmum bu Qurani tərk etmisdi!”- deyəcək.
    3:42 Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur.
    I am a MUSLIM. Do not PANIC!


  6. #46
    Senior Member
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    195
    1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
    ...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47

    4:163 Biz Nuha və ondan son-rakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik.
    17:55 Rəbbiniz göylərdə və yerdə olanları çox yaxşı tanıyır. Biz peyğəmbərlərin bəzisini digərlərindən üstün etdik və Davuda Zəbur verdik.

    3:19 Həqiqətən, Allah dərgahında din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, (bilsin ki,) Allah tez haqq-hesab çəkəndir.

    Mərhəmətli və Rəhmli Allahin adi ilə!
    3:173 “Allah bizə bəs edər. O nə gozəl vəkildir!"
    6:104 Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim gorsə, oz lehinə, kim gorməsə, oz əleyhinədir. Mən sizə nəzarətci deyiləm.
    25:30 Peygəmbər də “Ey Rəbbim! Həqiqətən, qovmum bu Qurani tərk etmisdi!”- deyəcək.
    3:42 Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur.
    I am a MUSLIM. Do not PANIC!


  7. #47
    Senior Member
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    195
    1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
    ...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47

    38. Sad
    "Sad" surəsi
    45 Qüdrət və bəsirət sahibi olan qullarımız İbrahimi, İshaqı və Yəqubu da yada sal!
    46 Biz onları Axirət yurdunu sadiq ürəklə andıqlarına görə seçdik.
    47 Həqiqətən, onlar Bizim yanımızda seçilmiş ən yaxşı kimsələrdəndirlər.
    48 İsmaili, əl-Yəsə'i və Zül-Kifli də yada sal! Onların hamısı ən yaxşı kimsələrdəndir.
    49 Bu, bir xatırlatmadır. Allahdan qorxanları gözəl bir qayıdış yeri gözləyir –
    50 qapıları onlar üçün açılmış Ədn bağları.
    Mərhəmətli və Rəhmli Allahin adi ilə!
    3:173 “Allah bizə bəs edər. O nə gozəl vəkildir!"
    6:104 Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim gorsə, oz lehinə, kim gorməsə, oz əleyhinədir. Mən sizə nəzarətci deyiləm.
    25:30 Peygəmbər də “Ey Rəbbim! Həqiqətən, qovmum bu Qurani tərk etmisdi!”- deyəcək.
    3:42 Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur.
    I am a MUSLIM. Do not PANIC!


  8. #48
    Senior Member
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    195
    1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
    ...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47

    37. əs-Saffat
    "Səf-səf duranlar"
    14 Bir möcüzə gördükdə isə ona istehza edərlər.
    15 Və belə deyərlər: “Bu ancaq açıq-aşkar bir sehrdir.
    16 Məgər biz öldükdən, torpaq və sürsümük olduqdan sonra dirildiləcəyikmi?!
    17 Eləcə də (bizdən) əvvəlki atalarımız (dirildiləcəklərmi)?!”
    18 (Ya Peyğəmbər!) De: “Bəli, özü də zəlil olaraq (dirildiləcəksiniz).
    19 O yalnız dəhşətli bir səsdən (İsrafilin suru ikinci dəfə üfürməsindən) ibarətdir. Onlar dərhal (dirilib başlarına gətirilən müsibətlərə) baxacaqlar.
    20 Və deyəcəklər: “Vay halımıza! Bu, haqq-hesab (cəza) günüdür!”
    21 (Mələklər isə onlara belə deyəcəklər): “Bu (dünyada) yalan hesab etdiyiniz (haqq ilə batili, möminlə kafiri) ayırd etmə günüdür!”
    22 (Allah mələklərə belə buyuracaqdır: ) “Yığın bir yerə zülm (küfr) edənləri, onların həmtaylarını və ibadət etdiklərini -
    23 Allahdan qeyri! Onlara Cəhənnəm yolunu göstərin!
    24 Onları tutub saxlayın, çünki sorğu-sual olunacaqlar!”
    25 “Sizə nə olub ki, (bu gün dünyadakı kimi) bir-birinizə kömək edə bilmirsiniz?”
    26 Bəli, onlar bu gün (Allahın əmrinə) təslim olmuşlar!


    6:55 Günahkarların tutduğu yolun aydınlaşdırılması üçün Biz ayələrimizi beləcə bir-bir izah edirik.

    Ey ayələri oxan insan bir az düşün...........
    20:47
    Mərhəmətli və Rəhmli Allahin adi ilə!
    3:173 “Allah bizə bəs edər. O nə gozəl vəkildir!"
    6:104 Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim gorsə, oz lehinə, kim gorməsə, oz əleyhinədir. Mən sizə nəzarətci deyiləm.
    25:30 Peygəmbər də “Ey Rəbbim! Həqiqətən, qovmum bu Qurani tərk etmisdi!”- deyəcək.
    3:42 Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur.
    I am a MUSLIM. Do not PANIC!


  9. #49
    Senior Member
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    195
    1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
    ...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47
    "Nuh" surəsi

    26 Nuh dedi: “Ey Rəbbim, kafirlərdən yer üzündə bir nəfəri belə sağ qoyma!
    27 Əgər Sən onları (sağ) qoysan, onlar qullarını azdıracaq və yalnız günahkar, kafir (övladlar) doğub-törədəcəklər.
    28 Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və (bütün) mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır”.
    Mərhəmətli və Rəhmli Allahin adi ilə!
    3:173 “Allah bizə bəs edər. O nə gozəl vəkildir!"
    6:104 Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim gorsə, oz lehinə, kim gorməsə, oz əleyhinədir. Mən sizə nəzarətci deyiləm.
    25:30 Peygəmbər də “Ey Rəbbim! Həqiqətən, qovmum bu Qurani tərk etmisdi!”- deyəcək.
    3:42 Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur.
    I am a MUSLIM. Do not PANIC!


  10. #50
    Senior Member
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    195
    1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
    ...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47

    5:46 Onların ardınca Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən, müttəqilər üçün doğru yol göstəricisi və öyüd-nəsihət olan İncili verdik.

    2:91 Onlara: “Allahın nazil etdiyinə inanın!”– deyildikdə, onlar: “Biz özümüzə nazil edilənə inanırıq”– deyib onun ardınca gələni inkar edirlər. Halbuki (Quran) onların yanında olanı təsdiqləyən bir həqiqətdir. De: “Əgər siz inanan idinizsə, bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?”

    10:37 Bu Quran Allahdandır, Ondan başqası tərəfindən uydurula bilməz. Lakin o, özündən əvvəlkiləri təsdiqləyən və aləmlərin Rəbbi tərəfindən, içində də heç bir şəkk-şübhə olmayan kitabları müfəssəl izah edəndir.

    46:29 Bir zaman bir dəstə cini Quranı dinləmək üçün sənin yanına yolladıq. Onlar gəldikdə : “Susun, !”– dedilər. (Quran oxunub) qurtardıqdan sonra isə xəbərdar etmək məqsədilə öz tayfalarının yanına qayıtdılar.
    46:30 Onlar dedilər: “Ey qövmümüz! Biz, həqiqətən də, Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri təsdiqləyən, haqqa və düz yola yönəldən bir Kitab dinlədik!

    7:36 Ayələrimizi yalan sayıb onlara təkəbbürlüklə yanaşanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar.
    Mərhəmətli və Rəhmli Allahin adi ilə!
    3:173 “Allah bizə bəs edər. O nə gozəl vəkildir!"
    6:104 Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim gorsə, oz lehinə, kim gorməsə, oz əleyhinədir. Mən sizə nəzarətci deyiləm.
    25:30 Peygəmbər də “Ey Rəbbim! Həqiqətən, qovmum bu Qurani tərk etmisdi!”- deyəcək.
    3:42 Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur.
    I am a MUSLIM. Do not PANIC!


Sayfa 5/12 İlkİlk ... 34567 ... SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.