Əsas məzmuna keç
2 sonuçtan 1 ile 2 arası

Bir stəkan süd

  1. #1
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163

    Bir stəkan süd

    Bir stəkan süd

    Yoxsul bir ailənin övladı idi. Yaşlı atasına və anasına kömək etmək üçün həyətdə, binaların qarşısında xırdavat əşyaları satırdı.

    O gün heç nə sata bilməmişdi. Cibində bir qəpik də pul yox idi, aclıq da onu qüvvədən salmışdı. Nəhayət, qərara aldı. Döydüyü ilk qapıdan yemək üçün nə isə istəyəcəkdi. Qapını döydü. Gənc bir qadın qapını açdı. O isə utandığından yeməyə heç nə istəyə bilmədi. Yalnız: “Bir stəkan su verə bilərsinizmi?” - deyə bildi. Gənc qadın sir-sifətindən onun acdığını anlamışdı, ona görə də böyük bir stəkanda süd gətirdi. Doya-doya içdikdən sonra: “Borcum nə qədərdir?” - deyə soruşdu. Gənc qadın gülümsəyərək: “Borcunuz yoxdur. Anam həmişə bizə deyərdi ki, etdiyimiz yaxşılığa görə heç kimdən pul almayaq”. O da təşəkkür edərək oradan uzaqlaşdı...
    Bu hadisədən neçə illər keçmişdi. O, artıq adlı-sanlı bir həkim idi. Bir gün xəstəxanaya vəziyyəti ağır olan bir xəstə gətirdilər. Bir azdan onu çağırdılar. Xəstənin haradan gəldiyini öyrənəndə birdən-birə həyəcanlandı. İllər əvvəl içdiyi bir stəkan südü xatırladı. Xəstənin yanına getdi. Bəli, o qadın idi, huşsuz vəziyyətdə yatırdı. Onu sağaltmaq üçün əlindən gələni etdi. Çox keçmədi ki, qadın sağaldı.
    Həkim imza qoymaq üçün qarşısına qoyulan hesaba baxdı. Qələmini çıxarıb, hesab kağızının üzərinə nə isə yazdı. Zərfi qadına verdilər. Qadın qorxa-qorxa zərfi açmağa başladı. Hesabı ödəyə bilməyəcəyini bilirdi. Ancaq yenə də qiymətə baxmalı idi. Zərfi açdı. Kağızda çox yüksək bir qiymət var idi. Bu vaxt kağızın kənarına yazılan qeydi gördü: “Xəstəxana xərcləriniz bir stəkan süd əvəzində ödənmişdir”...
    [
    Ya da
    [

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Sep 2007
    Mesajlar
    342
    Salam aleykum.
    Bilsən ki bu mənim hüzurlu vaxtıma düşdüyündən göz yaşımı saxlaya bilmədim inanmarsan Elif...
    Allah senden razi olsun!!! Çox çox razi olsun! Çox gözəlki bunu bizimlə bölüşdün!
    "Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
    Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.