Quranı oxumaq və Allahı anmağın faydası sübut olundu

İslamnyus saytı xəbər verir ki, Hollandiya psixoloqu, professor Van der Hoven qeyri-adi bir kəşf etdiyini bildirib. O deyib ki, Qurani-Kərimi oxumaq və tanrını “Allah” deyə tez-tez adını çəkmək insanın sağlamlığına müsbət təsir göstərir. O, bunu təcrübi yolla sübuta yetirmişdir. Bu tədqiqatda ən təəccüblü fakt odur ki, Van der Hoven müsəlman deyil. Professor öz kəşfini üç il ərzində bir çox xəstələr üzərində apardığı dərin tədqiqatlarla təsdiqləyir. Onların bəziləri müsəlman deyildi, çoxu isə ərəbcə bir kəlmə də bilmirdi. Xəstələrin hamısına “Allah” sözünü



düzgün tələffüz etməyi öyrədiblər. Nəticələr, xüsusilə ruh düşgünlüyünə məruz qalan, ümidsizliyə qapılan və psixoloji gərginlikdən əziyyət çəkən insanlarda son dərəcə heyrətləndirici olub. Psixoloq deyir: “Quranı ərəbcə oxuya bilən və bu müqəddəs kitaba daim müraicət edən müsəlmanlar psixoloji xəstəliklərdən müdafiə olunublar. “Allah” sözünü ərəbcə təkrar etmək də yaxşı nəticə verir”.
O izah edib ki, “Allah” sözündə hər bir hərf psixoloji xəstəliklərin müalicəsində öz rolunu oynayır. “A” hərfinin tələffüzü nəfəsalmaya nəzarət edərək, respirator (tənəffüs) siteminin işini qaydaya salır. “L” hərfinin ərəb tərzində tələffüzü nəfəsalmanı (aspirasiyanı) asanlaşdırır. “H” hərfinin tələffüzü ağciyərlə ürək arasında əlaqə yaradır ki, bu da, öz növbəsində, ürək döyüntülərini stimullaşdırır.