3 sonuçtan 1 ile 3 arası

İsraf nemətə də, nemət sahibinə də hörmətsizlikdir

  1. #1
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163

    İsraf nemətə də, nemət sahibinə də hörmətsizlikdir

    Min dəfə deyilib, yazılıb bu mövzuda. Amma bir halda ki, ehtiyac var, demək təkrarlamaq lazımdır, lap min birinci dəfə olsa da.

    Demək köhnə mövzuda yeni söhbət eləmək istəyirik bu dəfə dəyərli oxucularımızla. Əslində mövzu kimi elə söhbətin özü də köhnədir. Sadəcə sözlərin, kəlmələrin yeri dəyişib.
    Ağı qara ilə, gecəni gündüz ilə müqayisə edirlər. Qənaətin bir tərəfində israf var, bir tərəfində xəsislik, yəni sağı da, solu da uçurumdur. Doğru olan ortadakı qızıl xətti tuta bilməkdir. Bu məsələ bir növ Yer kürəsi ilə Günəş arasındakı məsafə kimidir: bir az yaxınlaşsa, yavar, uzaqlaşsa, donar. İlahi kitabda belə buyurulur: Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan.

    Xəsislik

    Heç sevilməyən keyfiyyətdir. Ürəksizlikdir, verilən nemətdən başqalarına pay ayırmamaqdır. Korluqdur, pərdənin o üzünü görə bilməməkdir. Özünü düşünmək, başqalarını unutmaqdır. Naşükürlüyün bir şəklidir. Beləsinin həmişə nəyi isə çatmır. Üzü-gözü büzüşük olar, canından bir şey çıxanda sızıltısı illərlə davam edər. Nəyin haradan gəldiyini düşünməz, bərəkətin hansı qapıdan girdiyini anlamaz. Allah-təalanın vədlərinə şübhə edər, şeytanın vəsvəsələrinə inanar. Xəsislik mənəvi xəstəlikdir. Bu xəstəlikdən qurtarmaq üçün sədəqə, zəkat vermək, qurban kəsmək, dara düşənlərə yardım etmək tövsiyə olunur.
    Dövrünün ən zəngin insanalarından biri dəvənin belində yol gedə-gedə çörək yemək istəyirmiş, baxır ki, torbadan çıxardığı çörəyi ağzına aparana qədər külək sovuracaq. Ona görə də başını torbanın içinə salır və çörək qırıntılarını o vəziyyətdə yeyir ki, külək dağıtmasın. Bu, xəsislik deyil, qənaətdir. Quru çörayin qədrini bilməkdir. Allah-Təalanın verdiyi neməti uca tutmaqdır, şükr etməkdir. Beləsinin evinin bərəkəti əskik olmaz, olsa da işin içində bir hikmət olduğunu anlar və yenə şükründən qalmaz.

    İsrafçılıq

    Xəsis bir cür bədbəxtdir, israfçı başqa cür. Ölçüsüzlükdür, nemətin, sərvətin dəyərini bilməməkdir, Nankorluqdur. Beləsinin bərəkəti olmaz. Amma bəzən eləsini görürsən ki, elə hey saçıb-sovurur, dağıdır, nemət də ki tükənmir. Belələri çox olmur. Bir qism insanlar var ki, belələrinə klassik ədəbiyyatda istidrac deyirlər. Bu adamlar dünya nemətlərindən korluq görmürlər, istədikləri məqama çıxırlar, istədikləri qədər sərvətləri olur, hara istəsələr gedirlər... Elə bil ki, xüsusi imriyaz sahibidirlər. Və bəzən belələrinə baxan zəif ruhlu insanlar sarsılar, hər şeyin bir cəzasızlıq prinsipinə bağlandığını düşünər. Ömrünün sonuna qədər kef-damağ içində yaşayar istidrac, bir gündə bir resrotanda dağıtdığı pullarla yüz acı doyurmaq olar. Bu dünyada möhləti uzundur beləsinin, sərvət sahibi gözlər, gözlər və nəhayat bir gün ölüm adlı bir həqiqətlə qəflət yuxusundan oyadar eləsini.

    Səxavət

    Səxavət sahibinə comərd də deyilir. Çox sevilən keyfiyyətdir. Comərd adam təkcə özünü düşünməz, başqalarının halına acıyar. Öz acizliyini dərk edər, malın-mülkün, külli sərvətin sahibini tanıyar, Ona şükr edər. Qudurmaz, “mənəm-mənəmlik” xəstəliyinə tutulmaz. Kimsədən təşəkkür gözləmədən başını aşağı salıb işini görər. Reklam olunmağı istəməz. Danışanda da geyar ki, mən olsa-olsa əlin tutduğu çömçəyəm. Verən əlin sahibinə təşəkkür etmək lazımdır. Səxavətlə təvazö qardaş kimidir. Bir könüldə biri varsa, demək o biri də var. Həzrəti Muhamməd (s.ə.s.) belə buyurur: Səxavətli adam Allah-Təalaya yaxındır, xalqa yaxındır, Cənnətə yaxındır, Cəhənnəmdən uzaqdır; Xəsis isə Allah-Təaladan uzaqdır, xalqdan uzaqdır, Cənnətdən uzaqdır, Cəhənnəmə yaxındır.
    Başqa bir yerdə də Allah Rəsulu, “Səxavətli adam cahil də olsa, Allah qatında ibadət edən xəsisdən daha sevimlidir”- buyurmuşdur.

    Hər şeydə ölçü, hər işdə müvazinət

    Ədalət prinsipi pozulan yerdə nəyin xəsislik, nəyin fədakarlıq olduğunu anlamaq da çətin olur. Bu gün dünyada baş verənlərə diqqət yetirdikcə heyrətdən gözün böyüyür. Hansısa prezidentin və ya artistin sovxa ayaqqabısını bizim bir ömür boyunca qazana bilmədiyimiz məbləğə satırlar. Meydanda top qovan birisinin qazancı ilə bir kəndi, bir rayonun dolandırmaq olar. Səhərdən axşama qədər alnının təri, əlinin qabarı ilə çalışan isə iki uşaqlı ailəsini güc-bəla ilə dolandırır. Çünki müvazinət pozulub, həm də qlobal ölçüdə. İslam müvazinət dinidir, ölçü təlimidir, hər şeyin qəlibini, yerini-yatağını göstərir. Ədalət də özlüyündə ölçüdür. Ölçülər pozulanda çox şey qarışıq düşür. Həm də bu ölçülər bir məhəllədə, bir kənddə, bir ölkədə deyil, dünya miqyasında pozulanda bilmirsən nə deyəsən. Görünür dünyanın bugünkü ağaları nəsə başqa şey istəyirlər, halallıq onların işinə yaramır.

    Qlobal cinayət

    Bu yer üzünün sərvəti, var-dövləti 6 milyard nədir, 16 milyarda da yetər. Amma yetər ki, bəşər oğlu bir qədər öncə dediyimiz o ölçüyə, müvazinətə əməl eləsin, ədaləti unutmasın. Amma hardadır dediklərin? Yüz illər boyunca sərvəti talan olan, insanı qul kimi bazarlarda satılan Afrikanın övladları bu gün də aclıq, xəstəlik içində çırpınır. Çünki kiminsə iştah dişi çox böyüyüb, hər şeyin rahatını, asanını istəyir, qapısında kölə saxlayır, minlərlə insanı bir anda külə çevirdiyi halda, insan haqlarından danışır. Cinayət məhəlli deyil, qlobal ölçülərdədir. Tank düzəldirlər, top düzəldirlər, qiyməti milyonlarla dollara başa gələn bomba düzəldirlər, radara görünməyən qırıcı təyyarə düzəldirlər, mina düzəldirlər, avtomat düzəldirlər... Hamısı da insanı öldürmək üçün. Hamısı da o ölçü dediyimiz, müvazinət dediyimiz prinsipləri ayaq altına alıb tapdamaq üçündür, hamısı da ədalətsizlik üçün. Böyüklər kiçikləri udurlar.

    Xəsis kimi görünsə də...

    Adam var ki, qəpiyinin davasını çəkməyə hazırdır. Hər gün nə aldığını, nə verdiyini yazır, hər axşam gündəlik məsrəfinin hesabını aparır. Bəzilərinin “xəsis” deyib ağız büzdüyü beləsi bir də görürsən ki, əlində-ovcunda olan hər şeyi fəda elədi. Əslində verməkdə də bir ölçü olmalıdır. Toyuğa diqqət yetirmisinizmi? - Həmişə falın üstünə yumurtayır. Sən təzə yumurtanı götürürsən, fal yenə yerində qalır. Əgər falı da götürsən, toyuq o yerdən perikər və özünə başqa yer axtarar. O fal o yuvanın bərəkəti kimidir, verəndə də gərək ən azı o fal söhbətini unutmayasan. Amma təbii ki, söhbət çox ciddidirsə, kiminsə həyatı, ölüm-qalım məsələsi ortadadırsa, onda təbii ki, yumurtadan da keçərlər, faldan da.

    Hər yol bir mənzilə varar

    Əslində hər xarakter özü bir yoldur. Hər yolun da sonunda o yolun məntiqini tamamlayan bir mənzil var. Elə o yolun özündən varacağı mənzil bəlli olur. Min yol deyilmiş, amma deyildikcə də köhnəlməyən bir həqiqət var ki, hər kəs hər şeyini burda qoyub gedəcək. Bizimlə yoldaşlıq edən isə əməllərimiz olacaq. Ağıllı adam gedəcəyi yeri irəlicədən abad edər. Yəni ora irəlicədən sərvət, mal-dövlət göndərər. “Bu, necə olur?” düşünəcəksiniz. - Allah-Təalanın verdiklərini, Allah-Təalanın xatiri üçün, rizasını qazanmaq üçün sərf etməklə. Sərvətin əsl Sahibini tanımaqla, Ona qarşı şükr vəzifəsini layiqincə yerinə yetirməklə.


    Mərdan Kərəm
    [
    Ya da
    [

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2007
    Yer
    Frankfurt /D
    Mesajlar
    200

    ISRAF ETMEYELIM LÜTFEN

    ISRAAAAAAAAAAF Ülkemizde bunca ihtiyac sahibi varken israf edenleri görmek beni bunaltiyor .
    Hayat üc bucuk ile dört arasindadir; Ya ücbucuk atarsin, Ya da dört dörtlük yasarsin!!
    " Inandigin gibi yasamazsan; yasadigin gibi inanmaya baslarsin ! "
    *Kurtul tesirinden sahte sözlerin,
    Cag idrakinize hasret sizlerin,
    HAQQA kafa tutan beyinsizlerin,
    Ákibeti neymis görme vaktidir !...*

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Sep 2007
    Mesajlar
    342
    Bismilləhir rəhmənir rəhim!
    Əs salamu aleykum və rəhmətullahi və bərəkətuh!

    dogru dostlar...
    sag olun maarifləndirmələriniz üçün
    "Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
    Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.