5 sonuçtan 1 ile 5 arası

QURBAN BAYRAMI və QURBAN

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Sep 2007
    Mesajlar
    342

    QURBAN BAYRAMI və QURBAN

    Bismilləhir rəhmənir rəhim
    Əs salamu aleykum və rəhmətullahi və bərəkətuh!


    Qurban Bayramın kim necə keçirəcək? inşallah!
    "Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
    Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Sep 2007
    Mesajlar
    342
    Bismilləhir rəhmənir rəhim
    Əs salamu aleykum və rəhmətullahi və bərəkətuh!

    2:196Allah üçün həcc və ümrəni tam yerinə yetirin. Əgər sizin qarşınızı kəssələr, müyəssər olan bir qurbanlıq verin. Qurbanlıq öz yerinə çatana qədər başınızı qırxmayın. Sizlərdən xəstələnən və ya başındakı xəstəlikdən əziyyət çəkən varsa, fidyə olaraq ya oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir. Əmin-amanlıq içində olduğunuz təqdirdə ümrəni bitirib həccə qədər qadağan olunanlardan istifadə edən kəs asan başa gələn bir qurbanlıq verməlidir. Qurbanlıq tapmayanlar isə həcc əsnasında üç gün və vətəninə qayıtdıqda isə yeddi gün oruc tutmalıdır. Bu da tam on gün edir. Bu, ailəsi Məscidulharamda yaşamayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allah şiddətli cəza verəndir.
    3:183Onlar dedilər: "Allah bizdən əhd almışdı ki, heç bir elçiyə, odun yandıracağı bir qurban gətirməyincə inanmayaq". De: "Məndən əvvəl də sizə elçilər açıq-aydın dəlillərlə və dediyiniz qurbanla gəlmişdilər. Əgər doğru danışanlarsınızsa, onda nə üçün onları öldürürdünüz?"
    5:2Ey iman gətirənlər! Allahın nişanələrinə, haram aylara, qurbanlıq heyvana, boynuna nişan taxılmış qurbanlıq heyvanlara, Rəbbinin lütfünü və razılığını diləyərək Beytulharama gələnlərə qarşı hörmətsizlik etməyi halal saymayın. İhramdan çıxdığınız zaman ov edə bilərsiniz. Sizi Məscidulharama daxil olmağa qoymayan camaata qarşı olan kin-küdurət sizi təcavüz etməyə sövq etməsin. Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.
    5:27Onlara Adəmin iki oğlunun gerçək əhvalatını oxu. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. Qurbanı qəbul olmayan oğlu öz qardaşına demişdi: "Səni hökmən öldürəcəyəm!" Qardaşı da ona belə demişdi: "Allah ancaq müttəqilərdən qurban qəbul edər!
    5:95Ey iman gətirənlər! İhramda ikən ovu öldürməyin. Sizlərdən kim onu qəsdən öldürərsə, kəffarəsi öldürdüyünə bənzər bir qurbanlıq heyvanı əvəz ödəməkdir. Buna sizlərdən iki ədalətli kişi qərar verməli, sonra da həmin qurbanlıq heyvan Kəbəyə çatdırılmalıdır. Yaxud kəffarə olaraq kasıbları yedirtməli, yaxud da buna bərabər oruc tutmalıdır ki, öz işinin zərərini dadsın. Allah olub-keçənləri bağışlamışdır. Hər kim yenə bu günaha qayıtsa, Allah ondan intiqam alar. Allah Qüdrətlidir, intiqam almağa qadirdir.
    5:97Allah Kəbəni – müqəddəs evi, haram ayı, qurbanı və boynuna nişan taxılmış qurbanlıq heyvanları insanların işlərini yoluna qoymaq üçün bir vasitə kimi müəyyən etdi. Bu ona görədir ki, siz göylərdə və yerdə olanların Allaha bəlli olmasını və Allahın hər şeyi Bilən olduğunu anlayasınız.
    6:162De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!
    22:28Qoy onlar öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara verdiyi heyvanları qurban kəsərkən Allahın adını çəksinlər. Onlardan özünüz də yeyin, sıxıntı içinti olan yoxsullara da yedirdin!
    22:33Onlarda (qurbanlıq heyvanlarda) sizin üçün müəyyən bir vaxta qədər mənfəət vardır. Sonra onların kəsiləcəyi yer qədim evin (Kəbənin) yaxınlığındadır.
    22:34Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları qurban kəsərkən Allahın adını çəksinlər. Sizin məbudunuz Tək olan İlahdır. Yalnız Ona itaət edin. Sən müti olanlara müjdə ver;
    22:36Biz qurbanlıq dəvələri də sizin üçün Allahın dininin ayinlərindən etdik. Onlarda sizin üçün xeyir vardır. Onları səf-səf düzülmüş halda kəsərkən Allahın adını çəkin. Böyrü üstə yıxıldıqları zaman onlardan özünüz də yeyin, aza qane olan kasıba və dilənçiyə də yedirdin. Beləcə, onları (qurbanlıq heyvanları) sizə tabe etdik ki, bəlkə şükür edəsiniz.
    37:102O, böyüyüb atası ilə bərabər çalışmaq həddinə çatdıqda İbrahim dedi: "Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə düşünürsən!" O dedi: "Atacan! Sənə buyurulanı yerinə yetir. Allah qoysa mənim səbirlilərdən olduğumu görəcəksən".
    37:107Biz onun əvəzinə böyük bir qurbanlığı fidyə verdik.
    48:25Onlar kafirlər, sizi Məscidul-Hərama buraxmayan və qurbanlıq heyvanlarını qurbangaha gedib çatmağa qoymayan kimsələrdir. Əgər Məkkədə tanımadığınız mömin kişi və mömin qadınları bilmədən tapdalayıb əzmək və onların ucbatından günaha batmaq təhlükəsi ilə qarşılaşmasaydınız, Allah ora zorla girməyinizə izin verərdi. Lakin Allah istədiyini Öz mərhəmətinə qovuşdursun deyə buna izin vermədi. Əgər onlar bir-birindən seçilsəydilər, Biz onlardan kafir olanlara ağrılı-acılı bir əzab verərdik.
    52:42Yoxsa bir hiylə qurmaq istəyirlər? Amma kafirlər özləri o hiylənin qurbanı olacaqlar.
    108:2Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!
    "Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
    Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Sep 2007
    Mesajlar
    342
    Bismilləhir rəhmənir rəhim
    Əs salamu aleykum və rəhmətullahi və bərəkətuh!


    Qurban və onun hökmləri


    1. Qurban kəsmənin ibadət olduğuna dair dəlillər:
    "Rəbbin üçün namaz qıl və qurban kəs!"
    ("əl-Kövsər" surəsi, 2-ci ayə)
    "De ki: "Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür".
    ("əl-Ən'am" surəsi, 162-ci ayə)
    "Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər ("bismilləh" desinlər) "
    ( "əl-Həcc" surəsi, 34-cü ayə)
    Ənəs ibn Malikdən (Allah ondan razı olsun!) rəvayət olunan hədisdə Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-bərəkəti və salamı olsun!) demişdir: "Bayram namazından sonra qurban kəsən ibadətini tamamlamış və müsəlmanların sünnəsinə (yoluna) əməl etmişdir".
    (əl-Buxari, 5546-cı hədis).

    2. Qurbanın tərifi:
    Qurban bayramı münasibətilə qurban günlərində (zi-l-hiccə ayının 10-u, 11-i, 12-si və 13-ü) ibadət məqsədilə kəsilən heyvan.

    3. Qurbanın hökmü:
    Təkid olunmuş (vacibə yaxın olan) sünnədir.

    4. Qurban kəsilməsinin icra vaxtı:
    Ay təqvimi ilə zi-l-hiccə ayının 10-u bayram namazından sonra başlayıb zi-l-hiccənin 13-ü gün batana qədərdir.
    Qeyd: Qurbanı bu günlər əsnasında gecə vaxtı da kəsmək olar.

    5. Qurbanlıq mal-qara:
    Dəvə, öküz, keçi, qoç və ya qoyun.
    Qeyd: 7 nəfər və bundan az pul qoyub 1 dəvə və ya 1 öküz kəsə bilər. Bu halda həmin qurbanlığın alınması üçün pul qoyan şəxslərin 7-si də qurban kəsmiş sayılır. Keçi, qoç və qoyun isə yalnız bir nəfərin pulu ilə kəsilməlidir.

    6. Qurbanın qəbul olunmasının iki şərti:
    a) İxlas: yəni, bu ibadət yalnız Allah üçün olmalı; b) Mutəbəa: yəni, Peyğəmbərin (Ona və ailəsinə Allahın xeyir-bərəkəti və salamı olsun!) etdiyi kimi olmalıdır.

    7. Kəsilən qurbanlıq üçün qoyulan şərtlər:
    a) qurbanlıq heyvan halal pul ilə alınmalıdır; b) şəriətin göstərdiyi heyvan cinsindən olmalıdır. Xoruz, dovşan və s.olmamalıdır; v) kəsilən heyvanın yaşı nəzərə alınmalıdır, yəni:
    - dəvə: 5 illik; - öküz: 2 illik; - keçi: 1 ilik; - qoç və ya qoyun: 6 aylıq.
    Qeyd etmək lazımdır ki, yuxarıda göstərilənlərdən də, çox yaşı olan heyvanı qurban kəsmək olar.
    q) kəsilən heyvanlarda təkgözlük, axsaqlıq, xəstəlik, zəiflik və arıqlıq kimi eyiblər olmamalıdır.

    8. Qurban kəsilərkən riayət olunan şərtlər:
    - qurban həddi-büluğa çatmış, ağlı başında olan şəxs tərəfindən kəsilməlidir;
    - qurban kəsən şəxs müsəlman və ya kitab əhlindən (yəhudi və ya xristian) olmalıdır;
    - qurbanı kəsmək üçün niyyət olmalıdır;
    - qurban yalnız Allah üçün kəsilməlidir;
    - qurban kəsdikdə Allahın adı çəkilməli, yəni "bismilləh" deyilməlidir;
    - qurban Allahdan qeyrisinin adı ilə kəsilməməlidir;
    - qurban, kəsici iti alətlə kəsilməlidir;
    - qurban şəriətin buyurduğu yerdən kəsilib qanı axıdılmalıdır;
    - qurbanlıq heyvan şəriətin icazə verdiyi heyvanlardan olmalıdır;
    Qeyd: Bu şərtlərdən birinə riayət olunmazsa qurban qəbul olunmur.

    9. Qurban kəsildikdə müstəhəb (bəyənilən) əməllər:
    - qurbanı qibləyə tərəf döndərmək;
    - qurbanı səliqəli və rahat şəkildə kəsmək;
    - dəvəni ayaq üstə, öküz və qoçu isə uzanan yerdə kəsmək;
    - bıçağı kəsilən heyvana göstərməmək;
    - "bismilləh" dedikdən sonra "Allahu Əkbər" demək;
    - qurbanın qəbul olunması üçün dua etmək;
    - qurbanın kim tərəfindən kəsildiyini dillə tələffüz etmək;
    Qeyd: Bu əməllərdən hər hansı birini tərk etmək qurbanı batil etmir.

    10. Qurban kəsildikdə məkruh (bəyənilməyən) əməllər:
    - bıçağı heyvana göstərmək və ya onun gözünün qabağında itiləmək;
    - bir heyvanın gözünün qabağında o birisini kəsmək;
    - kəsilmiş heyvanın canı çıxmamaış hər hansı bir əzasını sındırmaq və s. bu kimi əməllərlə heyvana əziyyət vermək;
    Qeyd: bu əməllərdən hər hansı birini etmək qurbanı batil etmir.

    11. Qurban ilə əlaqəli digər məsələlər:
    - Bayram namazının günü və vaxtı: miladi təqvimlə 11 fevral 2003-cü il, yerli vaxtla səhər saat 9:00 ;
    - Qurban kəsilən sonuncu gün: 14 fevral 2003-cü il (günbatana qədər);
    - Sübh namazından bayram namazına qədər təkrarlanan dua: "Allahu əkbər, Allahu əkbər, Allahu əkbər, lə iləhə illəllah, Allahu əkbər, Allahu əkbər və lilləhil-həmd". Bu duanı hər kəs, camaatla (xorla) deməmək şərtilə, özlüyündə təkrarlamalıdır;
    - Bayram namazı üçün azan və iqamə oxunmur;
    - Bayram xütbəsi namazdan sonra olur;
    Allahdan Onun üçün etdiyimiz ibadətləri bizdən qəbul etməsini istəyir və Peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə, səhabələrinə və yaxşı işlərdə onların yolunu tutanlara Allahın xeyir-bərəkətini və salamını diləyirik!

    Mənbə: [
    "Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
    Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"

  4. #4
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772
    İnşallah her kes üçün yaxşı keçer qurban bayramı

  5. #5
    Junior Member
    Üyelik tarihi
    Jan 2013
    Mesajlar
    18
    Salam əziz fiziki qüsurlu insanlar. Sizin hamınızı “ samir-imanov.sayt.ws “ saytının ətrafında birləşməyə dəvət edirəm. Həyatınızın hər bir anında qarşılaşdığınız problemlərlə, məhdudiyyətlərlə və çətinliklərlə bağlı səsinizi heç kimə eşitdirə bilmirsiniz ? istedadınızı, bilik və bacarığınızı heç bir yerdə və heç bir şəkildə göstərmək imkanınız yoxdur ? “ samir-imanov.sayt.ws “ saytı məhz sizlər üçündür. Sayt hal-hazırda boşdur və saytın bütün bölmələrindəki məlumat və faylları sizlərin, məhs sizlərin məktublarınız əsasında yerləşdirəcəyik. Bir daha qeyd edirəm sayt bütünlüklə [email protected] mail ünvanına göndərilən məktublar əsasında qurulacaq və mən SAMİR İMANOV buna 100 faiz təminat verirəm. Buna görə də bu saytın yaradıcısı mən olsam da bu tək mənim deyil, bütün fiziki qüsurlu insanların ortaq saytı olacaq. Sizlərdən tək istəyim 3 dəqiqə vaxtınızı sərf edərək cəmi bircə dəfə “ samir-imanov.sayt.ws “ saytına daxil olub “samir” və “mənimlə əlaqə” bölmələrinə girərək ordakı məlumatları oxumanızdır. əgər xoşunuza gəlməsə bir daha həmin sayta girməyə bilərsiniz. Fikir və düşüncələrinizi, bilik və bacarıqlarınızı, problem və çətinliklərinizi, sual və təkliflərinizi gözləyirəm. [email protected] ünvanına yazdığınız məktubların nəticəsini və xeyrini ən qısa zamanda görəcəksinz. Sağlam insanların da biz əlillər haqfa olan fikir və düşüncələrini bilmək bizlər üçün maraqlı olardı, buna görə də fiziki vəziyyətindən asılı olmayaraq hər bir insanın sayt barəsində olan fikir və təkliflərini məmnuniyyətlə qəbul etməyə hazırıq. Uğurlar. Hörmətlə: “ samir-imanov.sayt.ws “ saytının rəhbəri SAMİR İMANOV.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.