Əsas məzmuna keç
2 sonuçtan 1 ile 2 arası

“Qədr” surəsi və onun qısa təfsiri

  1. #1
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163

    “Qədr” surəsi və onun qısa təfsiri

    Ramazan ayının 26-dan 27-nə, keçən gecə mübarək Qədr gecəsidir.

    Bu gecənin hər birimiz üçün nə qədər böyük imkan və fürsət qapıları açdığını söyləməyə ehtiyac yoxdur. Mö’minlər bu gecə səhərə qədər ibadət edər, Allahı çağırar, özünə, ailəsinə, xalqına, İslam dünyasına xoş diləklər diləyərlər. Allah-Təala bağışlamağı sevəndir, bu gecə daha çox bağışlayar. Bu gecə mələklər möminlərə salam verərlər. Allah-Təalaya onlardan xoş xəbərlər aparar, onlar üçün duaçı olarlar. Bu fürsəti layiqincə dəyərləndirməyə çalışın. Xalqımıza dua edin, düşmən tapdağında qalmış torpaqlarımızın azad olunması, didərginlərin öz yurdlarına qayıtması, apardığımız mübarizədə Allah-Təalanın bizə kömək olması üçün dua edin. Siz dua edin, siz istəyin, siz ümidli olun, əl açın, yalvarın, amma inanaraq istəyin, inanaraq dua edin.
    Qədr gecəsinin bir anı da var ki, o ana düşən dua, istək mütləq qəbul olunar. Allah (c.c.) dualarınızı qəbul eləsin! Qədr gecəniz mübarək olsun!
    Bu gecənin mahiyyəti Quranın Qədr surəsində izah edilir. Bu surəni daha dərindən başa düşmək üçün onun təfsirini diqqətinizə çatdırırıq.
    Təfsirçilər bu surənin nazil olma səbəbini iki amillə izah edirlər:
    1. Hz. Peyğəmbər (s.ə.s.) öz səhabələrinə İsrail oğullarından bir nəfərin Allah yolunda min ay döyüşdüyünü anlatmışdı. Səhabələr bu hadisəni qəribə qarşılamış və əməlləri özlərinə çox kiçik görünmüşdü. Allah-Təala (c.c.) da bu surəni nazil etdi.
    2. Rəsulullaha (s.ə.s.) ümmətinin ömürləri göstərildi. Rəsulullah (s.ə.s.) onların ömürlərinin qısa olduğundan və bu qısa ömürdə çox savab qazana bilməmələrindən qorxdu. Allah-Təala (c.c.) Ona (s.ə.s.) Qədr gecəsini verdi və həmin gecəni min aydan daha xeyirli qıldı. \


    1. Həqiqətən, Biz Quranı Qədr gecəsi dünya səmasına nazil etdik.
    Təfsirçilər bu ayəni iki mənada yozurlar. Birincisi, onların fikrincə, Quranın bu gecə nazil edilməsi dedikdə, onun Lövhi-Məhfuzdan (Kainatda olmuş və olacaq hər şeyin aləm yaradılmazdan əvvəl Allah tərəfindən yazıldığı lövhə) dünya səmasına endirilməsi nəzərdə tutulur. Daha sonra Hz. Cəbrayıl onu 23 ildə yer üzünə endirmişdir. Bir qism təfsirçilərə görə isə, ilk vəhy Qədr gecəsində nazil olduğuna görə, Quran da həmin gecə yer üzünə enməyə başlamışdır.
    Ayədə “Mən” deyil, “Biz” əvəzliyindən istifadə edilməsi onu endirənin böyüklüyünə və əzəmətinə işarədir. Endirənin adının açıqlanmaması isə buna ehtiyac olmamasından irəli gəlir. Çünki hər kəs ayəni nazil edənin Allah (c.c.) olduğunu bilir və bu da Onun (c.c.) şanını bir az da yüksəldir.
    Bəzi təfsirçilərə görə, Qədr gecəsi təqdir gecəsi deməkdir. Bəzilərinə görə isə, şərəf və əzəmət mənasına da gəlir. Bəzi təfsirçilər isə təzyiq, sıxışdırma və daraltma kimi yozurlar. Çünki həmin gecə yer üzünə mələklər çox endiyinə görə yer onlara dar gəlir. İlk vəhy gələndə, Hz. Cəbrayılın Peyğəmbər Əfəndimizi (s.ə.s.) öz bağrına sıxması da buna işarədir. Surədə “Qədr” kəlməsinin üç dəfə təkrarlanması hər üç mənanın (təqdir, şərəf və təzyiq) da mövcudluğuna əsas verir.
    2. (Ya Peyğəmbər!) Qədr gecəsinin nə olduğunu bilirsənmi?
    Qədr gecəsi elə bir gecədir ki, insanlar öz ağılları ilə onun mahiyyətini dərk edə bilməzlər.
    Ayənin sual şəklində qoyuluşunun da səbəbi budur. Sonrakı ayələrdə bu gecənin mahiyyəti Allah (c.c.) tərəfindən açıqlanır.
    3. Qədr gecəsi min aydan daha
    xeyirlidir.
    Həmin gecə edilən ibadətlər nəticəsində əldə olunan savablar (içində Qədr gecəsi olmayan) min aydan daha xeyirlidir. Yəni həmin gecənin ibadəti min ayın ibadətinə bərabərdir, hətta daha çoxdur. Min ay təqribən 83-84 ildir. Deməli, Qədr gecəsinin ibadəti bir insanın normal ömründə edə biləcəyi ibadətlərdən daha çoxdur.
    4. O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən ötrü yerə enərlər.
    Qur’an təfsirçilərinin çoxunun fikrincə, bu ayədə ruh deyildikdə Hz. Cəbrayıl nəzərdə tutulur. Bəziləri isə bu ruhun çox böyük bir mələk olduğunu söyləyirlər. “Rəbbinin izni ilə” ifadəsinin xüsusilə vurğulanması isə bu işin əhəmiyyət və böyüklüyünə işarədir.
    5. O gecə dan yeri sökülənə kimi salamatlıq, əmin-amanlıqdır.
    Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütövlüklə xeyir-bərəkətdən ibarətdir. Çünki mələklər gecədən səhərədək qrup-qrup yer üzünə enirlər. Hər enən qrup insanlara salam verdiyi üçün dan yeri ağarana qədər bu salamlama davam edir. Ayədə də “Salam” əvəzinə “Salamatlıq, əmin-amanlıq” keçir. Deməli, Qədr gecəsi ən təhlükəsiz, mənəvi cəhətdən ən rahat gecədir. Mələklər həmin gecə əzab endirmirlər.
    “O gecə dan yeri sökülənə kimi...” ifadəsində də hikmət var. Belə ki, Quran enməyə başladıqdan sonra insanlıq zülmətdən nura, zəlalətdən hidayətə, düşmənlikdən qardaşlığa doğru inkişaf etdi. Dan yerinin sökülməsi də buna işarədir.
    [
    Ya da
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Aug 2007
    Mesajlar
    1.565
    Allahümme afüvvün kerimün tühibbül af ve fafü anni
    değilmi kadir gecesi duası?
    İKİNCİ BAHAR YAŞIYOR ÖMRÜM
    GEL BENİM YARİM OLUVER ŞİMDİ
    SENİ GÜL GİBİ ÖPE KOKLAYA
    GÖZÜMDEN DİLİMDEN SAKINIR SAKLAR
    BUGÜN Kİ AKLIMLA SEVERİM ŞİMDİ

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.