2 sonuçtan 1 ile 2 arası

Sosial baxımdan qeybət

  1. #1
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.430

    Sosial baxımdan qeybət

    Sosial baxımdan qeybət


    İlin ən bərəkətli günləri Ramazan ayında olur. Çünki bu ayda hər kəs oruc tutmağa,

    təravih namazı qılmağa, kasıba yardım etməyə, sədəqə və zəkat verməyə çalışır. Hər halda ramazanın hikmətlərindəndir ki, digər aylarda mənfi xüsusiyyətləri ilə tanınan biri ramazan ayında tamamilə dəyişilir, müsbət keyfiyyətli insana çevrilir, hər kəsə əl tutur, gördüyü bütün pis işləri tərk edir.
    Nə çoxdur Ramazanın bərəkəti ilə siqareti, spirtli içkiləri, mənasız əyləncələri tərk edənlər. Ancaq bir xəstəliyimiz, pis bir vərdişimiz var ki, ondan əsla uzaqlaşa bilmirik: qeybət. Bir çoxları qeybətin yalnız qadınlara xas vərdiş olduğunu iddia edirlər. Ancaq kişilər arasında da qeybət edənlərin sayı kifayət qədərdir. Bütün gözəllikləri ilə bizə qucaq açan bu mübarək Ramazan ayında qeybət kimi pis bir vərdişdən qurtulmağın çarələrini axtarmalıyıq.
    Oruc tutmaq sadəcə olaraq sabahdan axşama qədər ac-susuz qalmaq demək deyil. Mədəmiz və ağzımızla yanaşı, gözümüz, qulağımız, dilimiz, qısacası bütün orqanlarımızla oruc tutmalıyıq.
    Qiybətin pis bir vərdiş olduğunu hamımız bilirik. Bu mövzuda kimi danışdırsaq, qeybətin arzuolunmaz bir vərdiş, sosial bir xəstəlik olduğunu deyəcək. Ancaq nədənsə, bunu bildiyimiz halda, qeybətdən də əl çəkmirik. Bunun başlıca səbəbi qeybətin əslində nə olduğunu, hansı davranışımızın qeybət olduğunu bilməməyimizdən qaynaqlanır. Bəzən bir dostumuzla başqa birisinin arxasınca danışırıq, əslində həmin adamın qəybətini qırırıq, ancaq “biz qəybət yox, söhbət edirik” deyirik. Belə bir səbəbi də əsas olaraq gətiririk ki, danışdıqlarımız hamısı reallıqdır, yəni yalan deyil. Əslində isə özümü aldadırıq.
    Pəyğəmbər Əfəndimiz (s.ə.s) bu məsələ ilə əlaqədar buyurub: “Qeybət bir adam haqqında onun xoşu gəlməyəcəyi bir formada danışmaqdır. Əgər danışdığınız cəhət o adamda varsa, bu, qeybətdir, yoxdursa böhtandır”.
    İslamda ölçü ayələrə və hədislərə görə müəyyənləşdirilir. Demək ki, istənilən halda bir adamın xoş olmayan bir davranışı ilə xatırlanması yaxşı hal deyil: ya qeybətdir, yaxud da böhtan. Ona görə də kimsənin ayıb və nöqsanları barədə danışmamalıyıq. Əgər kiminsə haqqında danışmaq istəyiriksə, o adamın yalnız gözəl cəhətlərindən bəhs etməliyik. Çünki heç kim özü barəsində gözəl şeyləri eşitməkdən narahat olmaz.
    Qurani-Kərimdə qeybət barəsində buyurulub: “Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu, sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!” (Hucurat, 12).
    Hz. Cabir (r.a.) Allah Rəsulunun (s.ə.s.) bir hədisi-şərifini belə rəvayət edir: “Qeybət zinadan daha şiddətlidir. Zina edən tövbə edər, Allah da onun tövbəsini qəbul edər. Ancaq qeybət edən qeybət edilən tərəfindən bağışlanmadıqca Allah tərəfindən də bağışlanmaz”.
    Niyə İslam dini qeybət mövzusuna bu qədər əhəmiyyət verir? Bu suala cavab axtararkən qarşımıza bir neçə önəmli məqam çıxır:
    1- Qeybət haqqında danışılana və danışanlara həç bir faydası olmayan boş laqqırtıdır. Çünki əgər biz haqqında danışdığımız insanın qüsurunu düzəltmək istəyiriksə, onun üzünə deyərik, o da nöqsanını anlayar və düzəldər. Qeybət bu baxımdan xain və qorxaq insanların işidir. Üzünə söyləməyə cəsarət etmədiyi bir nöqsanı arxasınca danışmaq mərdlik deyil. Qeybət edən insan haqqında danışılan insanı alçaltmağa, özünü isə yüksəltməyə çalışır.
    2- Qeybət insanları bir-birinə küsdürür: ana oğuldan, bacı qardaşdan, dost dostdan incik düşür, qohumluq əlaqələrini zəiflədir.
    3- Cəmiyyətdə bir-birinə güvənməmə kimi durum ortaya çıxır. Çünki sən birinin yanında başqasının qeybətini qırsan, o adam da elə düşünəcək ki, onun da qeybətini sən bir başqasının yanında edirsən.
    4- Öz baxışımıza görə, “pis” deyə dəyərləndirdiyimiz insan başqalarının da gözündən düşə bilər. Yəni subyektiv fikrimiz kiminsə etibarını zədələyə bilər. Qurani-Kərimdə buyurulub: “Xeyrə mane olanı, (zülm etməklə, günah törətməklə) həddi aşanı, (Allahın birliyinə) şəkk edəni! O kimsəni ki, Allahla yanaşı özünə başqa bir tanrı qəbul etdi. Atın onu şiddətli əzabın içinə!” (Qaf, 25).
    Qeybət edənin cəzası axirətdə verilir. Bu cəzanı axirətə saxlamamaq üçün qeybəti edilən adamla halallaşmaq lazımdır. Rəsulullah (s.ə.s.) bir gün səhabələrdən soruşub: “Müflis kimdir, bilirsinizmi?” Səhabələr cavab verirlər: “Bizə görə, müflis pulu, malı olmayan kimsədir”. Bunu eşidən Rəsulullah (s.ə.s.) buyurub: “Ümmətimdən əsl müflis bunlardır: qiyamət günündə namaz, oruc və zəkatla gələrlər. Ancaq ona-buna söymüş, iftira və böhtan atmış, onun-bunun haqqını yemiş, qeybət etmişlər. Bu səbəbdən onların savabları haqq sahiblərinə verilir. Əgər qul haqların hamısını ödəmədən savabları tükənərsə, haqq sahiblərinin günahları da o qula yüklənir. Sonra da cəhənnəmə atılır”.
    Qeybətini etdiyimiz insanın üzündən isti günlərdə tutduğumuz orucların, gevə yarısı qıldığımız namazların, həyatımız boyu topladığımız yaxşılıqların savablarını itirməmək üçün bu vərdişimizdən əl çəkək.
    Ramazanın bərəkətindən faydalanaq. Bağışlanmamız üçün Allaha (c.c.) yalvaraq. Tövbə edək.

    Zaman.az
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  2. #2
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163
    Allah dilimizin belasından korusun bizi
    [
    Ya da
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.