Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Peyğəmbər Əfəndimizin (s.ə.s.) möcüzələri

  1. #1
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.431

    Peyğəmbər Əfəndimizin (s.ə.s.) möcüzələri

    Peyğəmbər Əfəndimizin (s.ə.s.) möcüzələri


    Möcüzə Allah-Təalanın ancaq peyğəmbərlərə verdiyi xüsusi bir imkandır. Yəni peyğəmbər Allah-Təalanın əmri ilə insanları Haqqa, Allahın birliyinə inanmağa çağırır, Allah-Təala isə peyğəmbərini insanlar qarşısında aciz qoymur, onların ən qəribə, ən ağlagəlməz istəklərini bir anın içində gerçəkləşdirir.
    Möcüzələrin bir xüsusiyyəti də ondan ibarətdir ki, hamısı demək olar ki, zamanın tələbinə uyğun olaraq verilmişdir. Yəni həmin dövrdə yaşayan insanlar daha çox nəyə meyl edirdilərsə, təbii ki, görmək istədikləri şeyləri də məhz həmin sahə ilə bağlı təsəvvür edirdilər. Allah-Təala məhz onların öz təsəvvürləri ilə özlərini heyrətə salırdı.
    Məsələn, Hz. Musa (ə.s.) zamanında sehr-cadu elmi çox inkişaf etmişdi. Hz. Musanın möcüzəsi də bütün sehrbazların bacarmadığı, hər kəsin heyrət etdiyi bir hadisə olmuşdur. Firon bütün sehrbazları bir meydana toplamış və onları Hz. Musaya qarşı savaşa çağırmışdı. Sehrbazlar iplərini yerə atdılar, iplər insanların gözündə ilan kimi göründü. Hz. Musa isə əsasını yerə atanda əsa böyük bir əjdahaya çevrildi və sehrbazların ilan kimi görünən iplərini uddu. İnsanlar bu hadisəni sehr zənn etdilər. Amma sehrbazlar bu hadisənin sehr olmadığını, daha doğrusu, sehr elminin o səviyyəyə yüksələ bilmədiyini anladılar, bu işin İlahi bir hadisə olduğunu dərk etdilər və Hz. Musanın söylədiklərini qəbul edərək Allaha iman gətirdilər. Onlar bu qənaətlərini firona açıq söylədilər və haqq yoldan dönməyərək şəhidliyi qəbul etdilər.
    Hz. İsanın (ə.s.) dövründə isə tibb elmi yüksəliş dövrünü yaşayırdı. Ona görə də Hz. İsanın möcüzələrinin böyük bir hissəsi məhz bu sahə ilə bağlıdır. O, dövrünün çarəsiz hesab olunan dəri xəstəliyini müalicə etmiş, dəridəki ləkəni təbii rəngə çevirmiş, hətta ölüləri məzardan qaldırmaq kimi möcüzələr göstərmişdir.
    Möcüzə ilə əlaqədar kifayət qədər misal gətirmək mümkündür. Hz. Salehin (ə.s.) qayadan çıxmış və onun peyğəmbərliyini təsdiq etmiş dəvəsini, Hz. Yunusun (ə.s.) balıq qarnında günlərlə qalmasını xatırlatmaq kifayətdir.
    Ancaq bu rubrikada bizim məqsədimiz sevimli peyğəmbərimiz Hz. Məhəmmədin (s.ə.s.) möcüzələrindən bəhs etməkdir. Əvvəlki peyğəmbərlərdən fərqli olaraq Rəsulullah bütün bəşəriyyətə və cinlərə peyğəmbər olaraq göndərildiyi üçün onun möcüzə sahəsi də heç şübhəsiz daha geniş və daha zəngin olmuşdur. Əslində peyğəmbərimizin ilk möcüzəsi onun doğuşu ilə başlayır. Ən böyük möcüzəsi isə qiyamətə qədər insanlara Haqq yolunu göstərən Qurani-Kərimdir.

    Zaman.az
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.