Quran əhli, əmirəlmöminin(ə) kəlamında

allahın ən əziz qulları

nəhc‏ülbəlağədə çox mühum və fövquladə xütəbələrin biridir ki ayri kitablarda da nəql olub 86-ci xütəbəsidir ki o xütbədə o kəslərin əlamətləri və nişanələrinə işarə olub ki qurana iman gətirmək, təqva, saleh əməl və həsənə əxlaqa sahib olmaqla heyrətamiz mərtəbələrə çatıblar.

Həzrəti əmirəlmöminin (ə) mədəniyyətində bu xütbədən başqa ayrı bir şey olmasaydı yenədə bu xütbə cəmatın bütün dünya və axirət işlərini islah etəməyə kifayət edərdi.

Bu xütbənin şərhi özündə olduğu kimi və tamam kamal olsa, hətmən onlarca həcmli elmi, əxlaqi, ictimai, irfani və mənəvi kitabdan çox olar. Bu hesabla biz cümlələrin tərcüməsi və ya sadə şərhinə qənaət edirik, olsun ki bu xütəbənin təriqi ilə qurana iman gətirmək və ona əməl etmək əsərlərinə agah olaq.

عِبادَ اللّهِ، اِنَّ مِنْ اَحَبِّ عِبادِ اللّهِ اِلَيْهِ عَبْداً أعانَهُ اللّهُ عَلى نَفْسِهِ،

allah huzurunda ən yaxşı qul odur ki allah ona, nəfsinə qalib gəlməkdə yardım edə,

ey allahin qulları, o həzrtin huzurunda ən əziz qullardan o quldur ki allah onun nəfsinə (pisliklərə qarşı) kömək edə.



«أعانَهُ اللّهُ عَلى نَفْسِهِ» dən mənzur nədir?

Həzrət moləlmüvəhhidinin(ə) kəlməlrinə agah olan bəzi şarihlər «أعانَهُ اللّهُ عَلى نَفْسِهِ» in izahında yazıblar: allahın, quluna yardım etməsi bu mənayadır ki onun istedadında güc yaralda ki o gücün kölgəsində ağlını əmmarə nəfəsinə qalib etsin. Ta edə bilə qüdərtli ağlilə ki allahin yardımı və hidaytilə bəslənir olub, təzkiyə mərhələsinə nail ola.

«أعانَهُ اللّهُ عَلى نَفْسِهِ» necə icra olar?

Bu sahədə ki ağıll və ondaki güc və fəaliyyəti mətrəhdır, demək olar ki məsələnin təhlili bundadır ki həqq tərəfindən insana gələn yardımın təcəllisi, nəfsini və öz özünü tanımaqdır və onu, həqqin təşrii hidayətilə islah etməkdir.

ağılı qurana bağlamaq , nəfsi tanımağın ən mühum amili

ağılı qurana bağlamaq. Həqiqətləri onun mələkuti ayələrindən almaq, buna səbəb olar ki insan varlıqdakı öz yerin tanısın və özünü bu kitabın ayələrilə islah etsin. Bəllidir ki təzkirə (ki ovlüyaollahın və xas qullarin ən yuxarı və əsas məqsədidir) öz özünü tanımamış imkansızdır.

Özü tanımaqda, özü, olduğu kimi tanımağa lazim olan elmi, ələ gətirməmiş, mümkün deyil. Quran, insanın nəfsi və onun xaricindəki dünyası ilə bütün rabitələrini tanımağa ən dərin və dəqiq tanımalar sunub.

Quranın ağıl, nəfs, cəvabdehlıq, təkliflər, mərifət, düşüncə, öz tanıma, təzəkiyə və . . . Ayələri, elə ayəlrdilər ki insanın xaliqi tərəfindən, qaranlıq dünyada işıq qaynağı kimi həqiqətləri ona göstərir və yolu, qaranlıqların içındən onun üçün işıqlandırır.

Həqiqətdə bu tanrıdır ki quranla insanı bütün boyutları ilə tanıtdırır və onu varlıqdakı yerinə tanış edir. Sonra təzkiyə yolunu və insani və mənəvi kamallara çatmaq yolunu onun önünə qoyur. Özü tanımaq bu deyil ki insan bir peşəkar psixolq və ya filəsuf ola və sonra insan olmağa başlaya.

Mühum budur ki gərək təlim və tərbiyət və təzkiyə ilə ruhun əzəmətinə vaqif ola və tədricən ruhun ali fəaliyyətlərilə tanış ola və bu inama yetişə ki tanrının ruha verdiyi estedadlar və güclər qanun və intizam üzü ilədir. Bu inamın zərürəti burdan qaynaqlanır ki bəsirtli insan, görəndə ki saman və ya yarpaq kimi bir kiçik varlıq ağacdan tüşəməsində qanun və inatizamdan kənar deyil, necə ola bilər ki ruh, bu göz qamaşdıran əzmti ilə qanunsuz və intizamsız olsun?

Bu ibtidai məarifin dalısı tutulsa və iqtiza etdiyi əməl xalisliklə yerinə gətirilsə, bu zamanda, irfan yolunun yolçusu yola tuşubdur.