''Öz ağlını bəyənmə xəstəliyindən” xilas olmağın yolları...



Bir çox insanın hiss etmədən tutulduğu, adı qoyulmamış vacib bir xəstəlik növü var: bu, insanın “öz ağlını həddindən artıq bəyənməsi və dünyada hər şeydən, hər kəsdən çox öz ağlını bəyənən əxlaqa sahib olmasıdır”. Belə insan ətrafındakı hər hadisəni çox yaxşı qavradığını, hər insanı çox yaxşı tanıdığını zənn edir. Hər hadisədə ən doğru analizləri özünün etdiyinə inanır. Beynində hərəyə aid bir fikir var. Bunların ən doğru fikir olduğundan tam əmindir. Kim nə deyirsə desin, baş verən hadisələrə və insanlara başqa fikirlə yanaşmaz. Bu insana istər açıq dəlil gətir, istərəsə də məntiqli açıqlama ver, yenə də bir faydası olmaz. O sadəcə öz bildiyinə inanır, öz bildiyi kimi düşünür və öz bildiyini tətbiq edir.

Bir an belə olsun “hadisələrə, insanlara və yaşadıqlarıma başqa bir nəzərlə baxım” deməz. Özündən əmindir. Hadisələrin fərqli mənaları ola biləcəyindən, qarşısındakı insanın etdiyi hərəkətlərin çox fərqli məqsədi olduğdan heç şübhə etməz. Hadisələrin onun görə bilmədiyi tərəflərinin də ola biləcəyini heç vaxt düşünməz. İlk təəssüratla, hadisələr və insanlar haqqında qəti hökmlər verər.

Bu tip insanların əsasən bir xüsusiyyətləri də diqqəti cəlb edir: onların mənfəətləri zaman keçdikcə daha da güclənir. Hər şeyə öz nəzərləri ilə baxdıqları üçün bu haqda saxta dəlillər tapmaqda heç də çətinlik çəkməzlər. Zaman ötdükcə özlərindən başqa heç kimi dinləməyəcək və mənən heç bir həqiqəti görə bilməyəcək qədər korlaşarlar. Bu mənəvi korluq səbəbindən özlərini necə yalnış bir yola və necə təhlükəli bir sona doğru sürüklədiklərini hiss etməzlər.

Bütün bunların nəticəsində də həqiqi mənada “ağıllı” olma qabiliyyətini itirirlər. Yaxşını pis, pisi yaxşı, gözəli çirkin, çirkini gözəl, doğrunu yalnış, yalnışı doğru qəbul etməyə başlayarlar. Onlara yaxşı məqsədlə edilən bir jestin ardında pis niyyət olduğundan əmin olarlar. Ya da özlərinə göstərilən gözəl bir əxlaqın ardında başqa bir məqsəd olduğu qənaətinə gələrlər. Heç bir qüsur tapa bilmədikləri normal bir münasibəti isə “süni” olaraq qiymətləndirərlər. Bu insanlara kimsə axirətlərinə fayda vərəcək, nəfslərinə doğrunu öyrətmək üçün bir cəhd etdiyində, bunu da öz ağıllarına görə ədalətsiz, mərhəmətsiz, sevgisiz bir münasibət kimi xarakterizə edərlər. Daha gözəl əxlaqa sahib olmalarına vəsilə olacaq digər davranışları isə əleyhlərinə olan bir hərəkət kimi qiymətləndirərlər. İnsanların üzlərinə baxaraq qiymət verərlər. Özləri haqda heç bir söz eşitmədikləri halda sırf baxışlarından insanların onlar haqda mənfi fikirlərə sahib olduqlarına inanarlar. Bunlar kimi bir çox mövzuda da qoyduqları bir çox diaqnoz var. Qarşılarındakı insanlar nə qədərməsləhətlər versələr də, bu insanları razı sala bilməzlər.

İnsanlar yaşadıqları bu vəziyyətin zərərini və təhlükəsini o qədər də yaxşı dərk etməzlər. Halbuki, bunun qarşısı alınmadığı təqdirdə insanı dünyada da, axirətdə də uçuruma sürükləyə biləcək çox təhlükəli bir xəstəlikdir. İnsanı daim narahat edən, boş düşündürən, əsassız qərarlar verdirən, insanlardan uzaqlaşdıran, gözəl olan bütün hər şeyi məhv edən bir dünyagörüşdür.

Artıq belə vəziyyətdə olan adam ağlını, proqnozlarını, analizlərini, mənfəətlərini bir kənara buraxıb hər birini unutmalıdır. Özünü Allaha, Qurana, Allahın yaratdığı qədərə tam təslim etməli, hər yaşadığı hadisədə Allaha güvənməli və təvəkkül etməlidir. Quranı rəhbər etməli, hər qərarını, hər analizini Qurana görə verməlidir. İmanlarına və ağıllarına güvəndiyi möminlərin öyüdlərinə tam tabe olmalı, Quran əxlaqına əsaslanan hər xəbərdarlığa qulaq asmalıdır. Ağlına, məntiqinə uyğun olmasa da, bu öyüdlərə qarşı çıxmamalıdır.

Digər cəhətdən də insanın öz ağlından bu qədər əmin olması, içində duyduğu bu böyüklük hissinə görə Allahdan qorxmalı və dərhal Allaha sığınmalıdır. Çünki insan Allahın verdiyi çox məhdud bir ağıla sahibdir, acizdir. Özündən bu qədər razı olmağı üçün heç bir əsası yoxdur. Özündən razı olmağın və təkəbbürün şeytanın oyunu olduğu çox açıqdır. Buna görə də şeytanın oyununu ən tez və ən qəti şəkildə pozmalı, mütləq Allahın əmrlərinə, möminlərə və Qurana uyğun hərəkət etməlidir.

Quranda olan “Allaha qarşı haqsız şəkildə təkəbbürlənmə” ilə əlaqədar olan ayələri düşünməli, bu əxlaqın gətirə biləcəyi peşmanlıq dolu sondan Allaha sığınmalıdır.

Yer üzündə haqsız yerə təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam. Onlar nə möcüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır. (Əraf surəsi, 146)

Və ayələrimiz ona oxunduğu zaman onları eşitmirmiş, qulaqlarında ağırlıq varmış kimi təkəbbürlə arxasını çevirər. Sən də ona şiddətli bir əzabla müjdə ver! (Loğman surəsi, 7)

Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz! (Loğman surəsi, 18)

Haydı, girin əbədi qalacağınız Cəhənnəmin qapılarına. Təkəbbürlülərin məskəni necə də pisdir!” (Nəhl surəsi, 29)

Bizim ayələrimizə ancaq ayələrimizlə öyüd-nəsihət olunduqları zaman səcdəyə qapananlar və təkəbbür göstərməyərək Rəbbini həmd-səna ilə təqdis edənlər iman gətirərlər. (Səcdə surəsi, 15)
(məqalə harun yahya)