Mömin gözəl əxlaqlı olduğu üçün dua edəndə özü üçün istədiyi
Mömin gözəl əxlaqlı olduğu üçün dua edəndə özü üçün istədiyi hər şeyi digər mömin bacı-qardaşları üçün də istəyər
Mömin dualarında Allahdan həm dünyada, həm də axirətdə gözəllik istəyər. Allahın ən sevdiyi, ən razı olduğu bəndəsi ola bilmək üçün Allaha dua edər. Bütün insanlar arasında Allahın ən yaxın dostu ola bilməyi, Allahı bir insanın sevə biləcəyi ən üstün sevgi ilə sevməyi istəyər. Bütün insanlar arasında Allahı haqqı ilə təqdir edərək ucaldan bəndə olmaq istəyər. Allah Qatında ən məqbul olan Allahın ən sevəcəyi davranışları etmək, Allahın ən çox bəyənəcəyi əxlaqa sahib olmaq istəyər. Allaha ən çok şükür edən, Allahın nemətlərini ən yaxşı dəyərləndirən bir bəndə olmaq istəyər. Allahın əxlaqına ən çox yiyələnmiş və Allahın sifətlərinin ən çox təcəlli etdiyi bir insan olmaq istəyər. Quran ayələrini ən yaxşı başa düşən və ən yaxşı tətbiq edə bilən insan olmaq istəyər. Allahın Quranda bildirdiyi əmr və qadağalarını ən qüsursuz və dəqiq şəkildə yerinə yetirən insan olmaq istəyər. Allahın dinini ən gözəl, ən təsirli, ən səmimi şəkildə təbliğ edən olmaq istəyər. Malı ilə, canı ilə Allah yolunda ən üstün cəhdi etməyin ona nəsib olmağını istəyər. Allahın onu ruhən və bədənən dünyanın ən sağlam, ən güclü, ən dözümlü insanı etməsini və beləliklə də Allaha gücünün çatdığı qədər xidmət etmək istəyər. Etdiyi işləri ən ixlaslı şəkildə edə bilmək üçün dua edər. Allaha bütün ruhu və bədəni ilə mümkün olan ən dərin təslimiyyətlə təslim olmaq istəyər. Allahın yaratdığı əskikliklərə qarşı ən çox şükür edən, ən təvəkküllü, ən səbirli, ən gözəl əxlaqı göstərən insan olmaq üçün dua edər. Allahdan mümkün olan ən dərin hörmətlə qorxub, çəkinən insan olmaq istəyər. Ən çətin anlarda belə Allaha ən çox ümid edən, Allaha ən çox güvənən, Allahın yardımından əsla şübhəyə düşməyən, ən inanılası insan olmaq istəyər. Şirkdən ən çox qorunan, Allahdan başqa bir İlah olmadığını ən dərin şəkildə qavrayan insan olmaq istəyər. Gözəl əxlaqda ən öndə olan, insanlara qarşı sevgi dolu, ən hörmətcil, ən şəfqətli və mərhəmətli, ən çox bağışlayan, ən fədakar, ən qənaətkar, ən səbirli, ən anlayışlı, ən yardımsevər, ən güvənilən, ən çox sevinc, xoşbəxtlik, hüzur və rahatlıq verən, ən gözəl danışan, ən gözəl məsləhət verən, ən təslimiyyətli öyüd alan, ən gözəl söz dinləyən insan olmaq istəyər. Dünyadaki bütün Müsəlmanların ən çox sevdiyi, ən çox hörmət etdiyi, ən çox güvəndiyi, ən çox yanında olmaq istədiyi, söhbəti ən çox sevilən, sözünə ən çox etimad edilən, dünyada, axirətdə sonsuzadək birlikdə olmağı ən çox arzuladıqları insan olmaq istəyər. Axirətdə isə Allahın ən yüksək dərəcələrlə dərəcələndirdiyi ən gözəl əvəzi almaq istəyər. Allahın ən razı olduğu bəndəsi olmağı, Allaha ən yaxın olan, Allahın ən böyük nemətlərlə, ən gözəl cənnətlərlə mükafatlandırdığı bəndəsi olmağı istəyər.
Möminlər bütün bu gözəlliklərin hər birində “mümkün olan ən yüksək dərəcəni” əldə etmək istəyərlər. Ancaq Quran əxlaqından öyrəndikləri sevgi anlayışı və ixlaslarına əsasən bütün bu nemət və gözəllikləri bacı və qardaşları üçün də istəyərlər. Özlərinin Allaha ən yaxın insan olmalarını istədikləri kimi, digər möminlərin də Allahın ən sevdiyi, Allaha yaxınlıqda ən önə keçən insanlar olmalarını istəyərlər. Buna görə də hər dualarında Allaha “mən” deyə deyil, “biz” deyərək dua edərlər. “Bütün bu nemətləri mənə ver Allahım” deyə deyil, “bütün bunları bizə ver Allahım” deyə dua edərlər. Möminlərin özlərinə gözəl dua edəndə verdikləri əvəz yenə də bu üslubla olar. Məsələn, özlərinə “Allah yaxşı günlər nəsib etsin” deyiləndə belə bir möminin cavabı “Allah hər birimizə yaxşı günlər versin” şəklində olar. Eynı şəkildə “Allah razı olsun” deyiləndə, “Allah cümləmizdən razı olsun” deyərək cavab verər.
Bu imanda ən öndə olmaq, təqva sahiblərinə nümunə olmaq istəyən, Allahı ən çox sevən insanın göstərməli olduğu əxlaqdır. Buna görə də duada göstərilən bu əxlaq forması o insanın imanının, Allah sevgisinin, Allah qorxusunun, ixlasının və dərinliyinin çox mühüm bir əlamətidir.
Quranda möminlərin bu əxlaqını göstərən dualarına çox sayda misal verilmişdir. Bunlardan bəziləri belədir:
Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik! Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox! (Fatihə surəsi, 5-7)
Bəziləri isə: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!” deyirlər. (Bəqərə surəsi, 201)
Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər). Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. (Möminlər deyirlər: ) “Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə çalmaqda bizə kömək et!” (Bəqərə surəsi, 286)
Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, (bəndələrinə mərhəmət, nemət) bəxş edənsən! (Ali-İmran surəsi,8)
O bəndələr ki: “Ey Rəbbimiz, biz həqiqətən (Sənə) iman gətirmişik, günahlarımızı bağışlayıb bizi cəhənnəm əzabından qoru!” – deyirlər. (Ali-İmran surəsi,16)
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru! (Ali- İmran surəsi, 191)
(məqalə harun yahya)
Yer imleri