İnsanın həyatındakı ani dəyişikliklər, sürprizlər, gözlənilməmiş eniş-yoxuşlar insan üçün xüsusi yaradılmış böyük gözəlliklərdir.



Bəzi insanlar çox sakit və rahat bir həyat tərzləri olmasını istəyərlər. Ani və surpriz hadisələrlə qarşılaşmadan, böyük eniş yoxuşlar yaşamadan, həyatlarının sonuna qədər alışdıqları kimi bir həyat yaşamağı xəyal edirlər. Bəhsi keçən insanların bu seçimlərinin səbəbi isə, əlbəttə ki, bunun özləri üçün ən xeyirlisi olduğunu zənn etmələridir. Həyatları nə qədər stabil, rahat olarsa, alışdıqları davranışları nə qədər az pozularsa, o qədər xoşbəxt olacaqlarını düşünürlər.


Halbuki bu davranış insana hər zaman fayda gətirməyəcəkdir. Bəzən insanın həyatındakı hadisələrin eyniliyi, həyat tərzindəki sabitliklər insana əldə etmək istədiyi faydanı verməz. Əksinə bu insanlar üçün hayatlarındakı ani dəyişikliklər, sürpriz hadisələr, böyük eniş-yoxuşlar əsl qazancdır.

İnsan ağlı məhdud olduğu üçün ona fayda verəcək əsl şeyin nə olduğunu bilməz. Amma Allah sonsuz ağıl sahibidir. Allah dünya həyatındakı eniş yoxuşları, bəzən çətinlik, sıxıntı, yoxsulluq və ya xəstəlik kimi əskiklikləri, bəzən də nemət artışlarını böyük hikmətlərlə yaratmaqdadır.

İnsan sakitliyi, alışdığı kimi yaşamağı, böyük surprizlərlə qarşılaşmadan gözlədiyi kimi yaşamağı səvir. Əlbəttə bu şərtların insana yaratdığı müəyyən bir konfort, dinclik və rahatlıq vardır. Ancaq sakitliyin, stabilliyin və təkrarlanan bir hayat tərzınin zərərlərı də vardır.

İnsanın öyrəşdiyi həyat tərzini dəyişmək istəməməsinin ən başlıca səbəblərindən biri də odur ki, bu vəziyyətdə insan zəkasından, ağlından, vicdanından, iradəsindən daha çox istifadə ətməlidir. Bələ bir həyat tərzında insan, düşünmədən, risk almadan, sınayıb yanılmadan, əzbərlədiyi və dəfələrlə təst ədərək qəbul ətdiyi bir şəraitdə ən az yalnış ədə biləcək şəkildə bir həyat tərzi imkanı əldə etmiş olacaq.

İnsanın həyatında meydana gələn ani dəyişikliklər, sürpriz hadisələr, gözlənilməmiş eniş yoxuşlar isə insanın maksimum dərəcədə düşünməsini tələb edən vəziyyətlərdir. Belə vəziyyətlərdə o an düşünmək, anidən və ağıllı qərarlar vermək, şərtlərin dəyişməsi üçün lazımlı tədbirləri almaq, risk alaraq cəsur və qərarlı davranmaq zəruri ehtiyyaca çevrilir.Normal ağıla sahib bir insanın çətinlik və sıxıntılar qarşısında sakit və maraqlanmayan bir davranış sərgiləməsi ümumiyyətlə mümkün olmaz. İnsan istər-istəməz düşdüyü şəraitdən, qarşılaşdığı maddi və ya mənəvi sıxıntılardan qurtulmağın yollarını axtarmağa başlayır.

O an bir çox insan bəlkə də çox vacib olan bir həqiqətin fərqinə varmaz. Halbuki düşdüyü çətin şəraitlər, alışdığı həyat tərzini pozan, onu yaşadığı sakit həyatdan uzaqlaşdıran anidən baş vermiş hadisələr, əslində onun üçün xüsusi yaradılmış çox böyük nemətlərdir.

Çünkü insan öz öhdəsinə buraxılarsa mənən inkişaf edə bilməyəcək. Yalnız səbirlə, iradə ilə əmək sərf edərsə bir irəliləmə əldə edə biləcək.

Allahın bir insanın həyatında yaratdığı surprizlər, ani eniş yoxuşlar, zəruri dəyişikliklər, insanın çox surətlə inkişaf ədə bilməsinin çox təsirli bir yoludur. İnsan özünü nə qədər dəyişdirmək və inkişaf etdirmək istəsə də, öz-özünə həyatında belə gözlənilməmiş dəyişikliklər edə bilməz. Amma bu cür şartlər altında yaranan çətinliklər insana bütün gücünü istifadə etməyi bir növ məcbur edir.Dolayısıyla o an insanın nəfsinin o qədər də xoşuna getməsə və ya həqiqətən də çox çətinlik çəksə belə qarşısına çıxan bu hadisələr onun üçün böyük bir nemətə çevrilər.

İnsanın şəxsiyyəti güclü daxili və ya xarici təzyiqlərə məruz qalmadıqca çox çətin dəyişir. Bir insanın belə bir dəyişiklik edə bilməsi üçün çox ciddi bir iradə göstərməsi lazımdır. Ciddi şəkildə düşünməli, vicdanın səsini dinləməli, çox qətiyyətli və səbirli olması lazımdır. Allahın imtahanın bir gərəyi olaraq həyatımız boyunca yaratdığı dəyişikliklər, insana bu mövzuda böyük bir asantlıq verir. İnsanın xarakterində dəyişikliklərin və inkişafların olmasına vəsilə olur.

Bu səbəblə insanın, həyatında hər zaman alışdığı şeyləri axtarmaq və əskikliklər olduğunda bundan narahat olmaq yerinə, Allah'ın yaratdığı dəyişikliklərdə xeyir və hikmət görməsi, bunlardaki gözəllikləri görməyə çalışması lazımdır.

Məsələn, bir insan işinə, qohumlarına, dostlarına və ya məktəbinə çox yaxın bir səmtdə yaşayır və qurduğu bu mükəmməl şəraitdən və bunun gətirdiyi asantlıq və konfortlardan dolayı da çox xoşbəxtdir. Ancaq qəfil oradan köçmək məcburiyyətində qaldığında bir çox yöndən alışdığı rahatlığı itirəcəyi və müxtəlif çətinliklərlə rastlaşacağı üçün narahat olur. Halbuki yeni köçəcəyi yer onun üçün xüsusi yaradılmışdır. Orada onu gözləyən xüsusi hadisələr, yeni dostluqlar vardır. Allah orada onu, “heç gözləmədiyi bir yerdən ruziləndirəcək, bərəkətləndirəcək, inkişaf etdirəcək və nemətləndirəcək ola bilər”. Yaxud bunun tam tərsi olacaq və adam daha əvvəl həç qarşılaşmadığı çətinlik və sıxıntılarla üzləşmək məcburiyyətində qala da bilər. Amma bu çətinliklər nəticəsində şəxsiyyəti formalaşacaq, çatışmayan bir çox cəhətləri aradan qalxacaq və yəni xüsusiyyətlər, yeni bacarıqlar qazana biləcək.

İçinə qapalı və söhbətcil olmayan, insanlarla rahat əlaqə qura bilməyən, rahat davrana bilməyən bir insan həlli öz aləmində yaşamaqda və məcbur qalmadıqca heç kimlə dialoq qurmamaqda görə bilər. Qurduğu belə həyat tərzində həm rahatdır həm də risk etməyəcəkdir. Belə bir insana məktəbində və ya iş yerində insanlarla tək-tək əlaqə qurması lazım olan bir vəzifə tapşırılsa, o insan başına sanki böyük bir fəlakət gəldiyini düşünər. Bu həqiqətən də onun kimi bir insan üçün problem və çətinlikdir. Amma bu insan ancaq belə məcburiyyətlər nəticəsində şəxsiyyətini dəyişdirə biləcəkdir. Bu insan alışdığı sakit həyat tərzinə davam edəcək olsa, həyatının sonuna qədər özünü dəyişdirməyəcək, söhbətcil olmayan və içinə qapalı bir insan olmağa davam edəcəkdir.

Bütün bunların həç birini insan bilə bilməz. Amma Allah hərşeyi bilir. İnsan üçün ən gözəlini yaradır. İnsanın Allah'a çox güvənməsi və hər nə olursa olsun dünyanın ən böyük əskikliyi, ən böyük çətinliyi də olsa, hər birində minlərlə xeyir və hikmət gizləndiyini bilməsi lazımdır. Bu həqiqətin şüurunda olduğunda Allah ona dünyadaki və axirətdəki hər şəyin ən gözəlini yaşadacağını vəd etmişdir:

Müttəqilərə: “Allah nə nazil etmişdir?”– dəyildikdə, onlar: “Xeyir (nazil etmişdir)!”– deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazır**lanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir. (Nəhl Surəsi, 30)

... Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xəyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz. (Bəqərə Surəsi, 216)
(məqalə harun yahya)