QURANA GÖRƏ İDEAL MÜSƏLMAN QADIN XARAKTERİ

İmanın bir qadını nə qədər xeyirli bir insan halına gətirdiyinə Allah Quranın

"Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə (mömin qadınları) onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar Oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar." (Bəqərə Surəsi, 221)

ayəsiylə diqqət çəkir. Bir insanın xarakterini gözəlləşdirib üstün hala gətirən, xarakterini sağlamlaşdıran, əxlaqını gözəlləşdirən, münasibətini təsirli edən o adamın imanı, Allah qorxusu və təqvasıdır. İnsanın sahib olduğu bütün xüsusiyyətlərə məna qazandıran onun imanıdır. Bu, Allahın, Quran ilə bildirdiyi əhəmiyyətli bir sirri, insanların diqqətlə düşünüb öyüd almalarını tələb edən əhəmiyyətli bir məlumatdır. Quran əxlaqı, bütün insanlara olduğu kimi, qadınlara da ən güclü, ən möhkəm və ən gözəl şəxsiyyəti qazandırır. Allahın,


"... Doğrusu, Biz onlara Zikr gətirdik..." (Mu'minun Surəsi, 71)

ayəsiylə bildirdiyi kimi, Quran əxlaqı insanlara 'şan və şərəf' qazandırır. Buna görə də, bu əxlaqı yaşayan bir qadın, hörmət edilən, şərəfli və təmkinli bir xarakterə sahib olar.

Əvvəlki hissələrdə diqqət çəkildiyi kimi, Allah Quranda qadın və kişi üçün ayrı bir xarakter ifadə etməmiş, bütün insanları tək bir Müsəlman xarakterinə uymağa çağırmışdır. Müsəlman, Allahdan qorxan, hər işində Allahın razılığını axtaran, dünya həyatının keçici, ölümün isə yaxın olduğunu bilib, axirəti hədəfləyən insandır. Qadın ya da kişi olsun, bütün Müsəlmanlar Quran əxlaqını ən gözəl şəkildə yaşamağa cəhd göstərməlidirlər. Bu əxlaqı yaşayan qadınlar isə, cahiliyyə cəmiyyətlərində qadın, ya da kişi xarakterində görülən bütün zəifliklərdən, acizliklərdən və düzgün olmayan davranışlardan xilas olmuş, bunların yerinə imanın gətirdiyi güclü bir xarakteri inkişaf etdirmişlər. İman sahibi insanlar, yaşadıqları cəmiyyətdən, ailələrindən, ya da dost tanışlarından gördükləri təlqinlər hər nə olursa olsun, bunları bir kənara qoyar və Quranda ifadə edilən Müsəlman xarakterini yaşayarlar. Mömin bir qadın da xarakterini, Allahın bəyəndiyi və məmnun olacağı əxlaqı Qurana görə təyin edər.

Hz. Məryəm, bu xarakteri yaşayan qadınların ən gözəl nümunələrindəndir. Hz. Məryəm cahiliyyə əxlaqını yaşayan bir cəmiyyət içərisində bir çox çətin imtahanla qarşı-qarşıya qaldığı və bütün bunlara tək başına etiraz etməli olduğu halda, çox güclü və dözümlü bir xarakter göstərmişdir. İslam əxlaqının, Allaha könüldən iman etməyin, dərin bir təvəkkül və təslimiyyətin özünə verdiyi güc ilə hər işində daim qalib gəlmişdir. Qarşılaşdığı bütün çətinliklərə baxmayaraq qürurunu və təmkinini qorumuş, bu xüsusiyyətləriylə insanlar arasında diqqət çəkən bir xarakterlə fərqlənmişdir.

İman edən bütün qadınlar Hz. Məryəmin bu gözəl əxlaqını və üstün şəxsiyyətini özlərinə nümunə götürməli və Quranda bildirilən ideal Müsəlman xarakterinə çata bilmək üçün səmimi bir səy göstərməlidirlər. İrəliləyən sətirlərdə Allahın Quranda bildirdiyi ideal Müsəlman qadın xarakterinin ən fundamental xüsusiyyətlərinə toxunaraq, bu xarakterin cahiliyyə inanclarının formalaşdırdığı qadın xarakterindən nə qədər fərqli və güclü bir quruluşa sahib olduğunu ortaya qoyacağıq.
(məqalə harun yahya)