QADINLIQ VƏZİFƏSİ MƏNTİQİ

Quranı əsas götürməyərək yaşayan cahiliyyə qadınlarının sevgi anlayışında “qadınlıq vəzifəsi” məntiqi vardır. Bu məntiqdə qadının yoldaşına olan sevgisi təqvasından qaynaqlanan dərin sevgiyə görə olmaz. Sevgi adı altında gündəlik, həftəlik məsuliyyətlər yerinə yetirilir. İman etməyən bir qadın insanların razılığını və ya öz mənfəətlərini güdərək yaşadığı üçün əsl sevgini həyatında yaratmamışdır. Bu səbəbdən süni yaşayar.

Bu həyatın müəyyən olunmuş qaydaları vardır. Bu qaydalar qadının paltar ütüləməsini, paltar yumasını, yemək bişirməsini, uşaqlara baxmasını sanki zəruri edir. Qadın bunları edə bilmədiyində özünü əskik hiss edir. Halbuki iman edən üçün sevgi yalnız təqvaya (Allah qorxusuna) bağlı olandır. Sevginin meydana gəlməsi üçün yerinə yetirilməli qaydalar yoxdur. Əksinə, Müsəlman bunların heç birini edə bilmədiyi zaman, xəstə və baxıma möhtac vəziyyətdə olsa da, yenə sevilər. Çünki Müsəlmanlar bir-birlərini Allahın təcəllisi və sonsuz axirət yoldaşı olaraq görərlər.

Sevilmək üçün gözəl, güclü və ya zəngin olmaq lazım deyil. Müsəlman təbii halı ilə sevilər. İman etməyən bir insan bu əhəmiyyətli həqiqəti qavraya bilməz və yaşaya bilməz. Bu səbəbdən, ətrafında cəmiyyətin əksəriyyətinin qəbul etdiyi qaydalara tabe olduğunu düşünərək xoşbəxt olmaz və həyatı boyu da Allah sevgisindən qaynaqlanan əsl sevgini heç yaşaya bilmədən süni həyat sürər.
(məqalə harun yahya)