NƏFSƏ UYĞUN DİN PLANLARI

Allah Quranın, insanları "qaranlıqdan nura çıxaran hidayət, rəhmət və müjdə" olduğunu bildirmişdir. Rəbbimiz Quran ayələri ilə insanlara qarşılaşacaqları hər mövzuda qurtuluşun yolunu göstərmişdir. Daima dinclik, xoşbəxtlik və gözəl həyat yaşamağın, nemətə qovuşmağın bilgisini vermişdir.

“İnsanlardan eləsi də var ki, Allaha şəklə ibadət edər. Əgər ona bir xeyir toxunsa, arxayın olar. Yox, əgər ona bir bəla (müsibət) üz versə, çöhrəsi dəyişər. Beləsi dünyanı da əldən verər, axirəti də. Açıq-aşkar ziyan budur, bu!” (Həcc surəsi, 11)

Yer üzündəki bütün varlıqların tək hakimi olan Rəbbimiz, yaratdıqlarını və onlara uyğun olan həyatı ən yaxşı biləndir. Allah insanların fitrətini də ancaq imanı qavradıqları və Quran əxlaqını tam yaşadıqları təqdirdə, xoşbəxt və rahat olacaq şəkildə yaratmışdır. Allah Quranda insanlara özlərini yaratdığı fitrətə yönəlmələrini belə bildirmişdir:

“Batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut...” (Rum surəsi, 30)

Bu həqiqət istisnasız bütün insanlar üçün eynidir. İnsan ancaq yaradan Rəbbimizə yönəlib Quran əxlaqını tam olaraq Onun sevgisini və razılığını qazanacağı təqdirdə gözəl həyat yaşaya bilər. Quranın qurtuluşa yönəldən yol göstərici xüsusiyyəti insanlar üzərində ancaq bu şəkildə reallaşa bilər.

Lakin bəzi insanlar, Allahdan lazımı qədər qorxmadıqarına görə Quranı özünə rəhbər tutmaz və Allahın bildirdiyi əxlaqı tam yaşamazlar. Ayələrdə bu insanların, özlərindən soruşanda Allaha iman etdiklərini söylədikləri, ancaq daha dərin imanı və Allaha lazımi qədər qulluq etməyi qəbul etmədikləri bildirilir:

“De: “Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Hər işi düzüb qoşan kimdir? Onlar: “Allahdır!” - deyəcəklər. De: “Bəs onda Allahdan qorxmursunuz?””(Yunus surəsi, 31)

“And olsun ki, əgər onlardan özlərini kimin yaratdığını soruşsan, mütləq: “Allah!” - deyə cavab verəcəklər! Elə isə (haqdan) necə döndərilirlər?” (Zuxruf surəsi, 87)

Bu insanlar Qurana tam tabe olmaq və bu nemətdən istifadə etməkdənsə, dini öz ağılları, nəfsləri ya da din əxlaqından uzaq yaşayan cəmiyyətlərin müəyyən qaydaları istiqamətində şərh etməyə çalışırlar. Bu yolla haqq dindən uzaqlaşır, fərqli və batil din anlayışını müdafiə edirlər. "Nəfsə uyğun din" olaraq adlandıra biləcəyimiz bu din anlayışının ən əhəmiyyətli xüsusiyyəti, insanların nəfsani istəkləri və dünyadakı mənfəət ilə zidd düşməyən inanc olmasıdır.

Bu saxta inanca sahib insanlar dini vicdanlarını rahatlaşdıracağına inandıqları qədər, yalnız bir qisimini yaşayacaq, ancaq heç vaxt öz dünyəvi istəklərindən güzəştə getməyəcəklər. Bu batil din anlayışı heç vaxt onların mənfəətləriylə zidd düşməyəcək, onları maddi mənəvi heç bir mənada çətinliyə salmayacaq, həyatın heç bir sahəsində fədakarlıq etməyini tələb etməyəcək. İbadətlərin bəzilərini yerinə yetirəcək və asanlıqla da əl çəkə biləcəklər.

Quran əxlaqı, bu səhv anlayışdakı insanların həyatında çox az yer tutacaq və heç bir narahatlıq verməyəcək. Bunun nəticəsində də insanlar yeri gələndə nəfslərinin istəklərini narahat olmadan yerinə yetirəcək, ədalətdən, səmimilikdən, yaxşılıqdan uzaqlaşmaqdan qorxmayacaqlar.

Bu anlayış, o insanların yaşadıqları cəmiyyətdə heç kimin fikirləri ilə uyğunlaşmadan, axirəti düşünmədən, istək və əyləncələrə maneə olmadan və heç bir mövzuda narahat olmadan rahat yaşamalarını təmin edəcək. Cəmiyyətdəki insanların iman edib Allaha qulluq etməməyi və Quran əxlaqını yaşamamağı onları maraqlandırmayacaq. Quran əxlaqına zidd olan bu dinin müdafiəçilərinə görə, ilk növbədə ətraflarındakı insanların dünya görüşləri ilə zidd düşməmək üçün lazım olan hər məsələdə güzəşt edə biləcək.

Nəfsə uyğun bu dinin müdafiəçiləri, insanları Allahın bəyəndiyi həyatı və Quran əxlaqını yaşamağa dəvət etmək yerinə, ətraflarında da bu saxta dinin təbliğini edirlər. Həm özlərini, həm də ətraflarındakı insanları bu yalnış din anlayışına inandırmağa çalışırlar.
Halbuki, nəfsə uyğun belə bir din anlayışının heç bir etibarlılığı yoxdur. Allah bir ayədə "De: “Siz dininizi Allahamı öyrədirsiniz?” Halbuki Allah göylərdə və yerdə nə varsa, bilir. Allah hər şeyi biləndir!" (Hucurat surəsi, 16) şəkildə bildirmişdir. İnsan üçün hər şeyin ən doğrusunu bilən yalnız sonsuz elm sahibi olan Rəbbimizdir.

Allah Quranın "Mən özümü təmizə çıxartmıram, çünkü həqiqətən nəfs Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, pis işlər görməyi əmr edər...” (Yusif surəsi, 53) ayəsiylə nəfsin insanları pisliyə yönəldən xüsusiyyətini bildirmişdir. Allah "De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! (Ənam surəsi, 162) ayəsiylə, iman edənlərin həyatlarının hər anının, etdikləri hər işin ancaq Allahın əmr etdiyi şəkildə olduğunu bildirmişdir.

Allahın razılığını qazanmaq bəzən insanın nəfsinə qarşı çıxmağı tələb edə bilər. Allah Quranda dünya həyatının, insanların sınanmaları üçün yaradıldığını, buna görə də bir çox hadisələrlə sınanacaqlarını bildirmişdir:

Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, bağışlayandir. (Mülk surəsi, 2)

İnsan, dünyada qarşılaşdığı nemətlər və çətinliklər qarşısında Quran əxlaqına uyğun şəkildə davranmaqla və Allahın razılığını qazanmaqla məsuliyyət daşıyır. Allah başqa ayələrdə "İnsanlar yalnız: “İman gətirdik!” - deməklə imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik..." (Ənkəbut surəsi, 2-3) şəklində bildirmişdir. Belə ki, həqiqi iman, Allahın sevgisini, razılığını, dostluğunu qazana bilmək üçün hər şeyi gözə almağı tələb edir. Allahın razılığı lazım olduqda nəfsin istəklərini məğlub etməyi, səbir göstərməyi, bəzi şeylərdə güzəştə getməyi və çətinliklərə sinə gərməyi tələb edə bilər.

Allah Quran ilə bütün insanları “bir-birini yaxşılığa çağırıb pislikdən çəkindirməyi” bildirmişdir. İmanlı biri, sırf insanlar “narahat olmasın” deyə, bu məsuliyyətini yerinə yetirməkdən çəkinməz. İnsanların özlərinə, ya da ətrafındakılara zərər verdiklərini, gözəl əxlaqdan, ədalətdən, düzgünlükdən uzaqlaşdıqlarını və ya pis bir iş etdiklərini gördüyü halda “narahat etməmək üçün” buna laqeyid qalmaz. Quranda möminlərin bu mövzuda göstərilməli olan əxlaq belə bildirilir:

İçərinizdə yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar, həqiqətən nicat tapmış şəxslərdir. (Ali-İmran surəsi, 104)

Müsəlmanların bu məsuliyyətlərini yerinə yetirməməyi, başqalarından çəkinməyi, özlərinin də dini lazımı qədər yaşamamağı Quran əxlaqına uyğun deyil. Quranda iman edənlərin Allahın razılığına uyğun həyat yaşarkən qınanmaqdan çəkinmədikləri bildirilir:
Bir insanın səmimi dindar olması, həyatını Allahın razılığına uyğun şəkildə keçirməsi cəmiyyətdəki bəzi insanlar tərəfindən qəbul olunmaya bilər. Lakin unudulmamalıdır ki, səmimi din anlayışında əsas “insanların razılığı” deyil. Həqiqi iman edənlər, ətrafdakı insanların razılığını qazanmağı Allahın razılığından üstün görməzlər. Hər insan axirətdə Allahın qarşısına tək çıxacaq, dünya həyatında etdiklərinə görə tək hesab verəcək. Nə yaşadığı cəmiyyətin insanları, nə də onların razılığı, axirətdə insana heç bir şey qazandırmayacaq. İnsan, ancaq Allahın razılığı üçün etdiyi saleh əməllərlə Rəbbimizin razılığını, rəhmətini və cənnətini qazana bilər.

Bunu da unutmamaq lazımdır ki, insanların belə batil din anlayışı ilə çatmaq istədikləri hədəf “rahat həyat yaşamaqdırsa” bunu, bu yolla əldə etmək mümkün deyil. Allah, əksinə olaraq bu insanlar üçün dünyada “çətin həyat” olduğunu bildirir. Əsl dinclik, xoşbəxtlik və rahatlıq ancaq Allahın insanlar üçün seçib bəyəndiyi din əxlaqını yaşamaqla əldə edilə bilər. Allah Quranda bu həqiqəti insanlara belə bildiririr:

"Hər kəs Mənim öyüd-nəsihətimdən (Qurandan) üz döndərsə, güzəranı daralar və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!" (Taha surəsi, 124)

Belə batil din anlayışı cəmiyyətə rahatlıq, dinclik və xoşbəxtlik qazandırmaz. İnsanların nəfsani hislərlə hərəkət etdiyi, nəfsinin bütün istəklərini sərhədsiz yerinə yetirdiyi cəmiyyət modeli ancaq dağıdıcı xüsusiyyətlər daşıyır. Bu məntiqə sahib olan insanlar, nəfslərində sərhəd tanımadan hər cür pisliyi və ya əxlaqsızlığı normal qəbul edirlər. Mənfəətləri üçün hər cür saxtakarlıq, oğruluq, yalançı şahidlik edir, sözündə dayanmır və başqa insanları əzirlər. Nəticədə cəmiyyətə ədalətsizlik, bərabərsizlik, haqsızlıq, əxlaqsızlıq, döyüş, çəkişmə, kin, intiqam, üsyan və zülm kimi mənfi xüsusiyyətlər hakim olur. Cinayətlərin, soyğunçuluqların, sui-qəsdlərin, zorakılığın, narkotika, qumar, fahişəlik kimi əxlaqsızlıqların qanuni görüldüyü və bütün bunlara heç kimin “dur” deyə bilmədiyi mühit meydana gəlir. Quran əxlaqını yaşamadıqları üçün ən yaxın insanlar belə bir-birinə düşmən olur. İnsanlar kədər, pissimizim, çətinlik, təklik, qorxu, stress, etibarsızlıq, vicdansızlıq, narahatlıq, hirs, qısqanclıq, aclıq, yoxsulluq, düşmənçilik, cinayət, ölüm qorxusu kimi çətinliklərlə iç-içə yaşamaqdan xilas ola bilmirlər. Cəmiyyət ciddi xaosa və degenerasiyaya məruz qalır və bunların nəticəsində də dünya heç vaxt müharibələrdən, qarşıdurmalardan və zülmdən xilas ola bilmir.
Bu səbəbdən bütün müsəlmanlar bu cür “nəfsə uyğun din anlayış”ına qarşı diqqətli olmalı, bunun, insanları haqq dini özündən uzaqlaşdıraraq dünyada və axirətdə ciddi təhlükə olduğunu unutmamalıdırlar.
Nəfsin istəkləri, rahatlığı və məmnuniyyəti üzərinə qurulan həyat, insanları dünyada və axirətdə ancaq uçuruma aparar. Həqiqi din əxlaqı nəfsin deyil, Allahın məmnuniyyətini və razılığını qazanmaq üzərində qurulmalıdır. Bu əxlaq isə ancaq, insanın bütün həyatını Allahın təyin etdiyi və Quranda bildirdiyi şəkildə yaşamasıyla mümkün ola bilər.

Hər nəfs ölümü dadıcıdır. Biz sizi, şərlə də, xeyrlə də sınayırıq və siz Bizə çeviriləcəksiniz. (Ənbiya surəsi, 35)

And olsun, Biz sizdən mücahid olanlarla (cəhd göstərənlər) səbr edənləri bilənə qədər, sınayacağıq və xəbərlərinizi sınayacağıq. (Məhəmməd surəsi, 31)

Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, Allah elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir! (Maidə surəsi, 54)

Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Nəhl Surəsi, 97)

Həqiqi din, Rəbbimizin Quran ilə bizə bildirdiyi Quran əxlaqının tam olaraq tətbiq olunmasıyla yaşana bilər. İnsanları dünyada və axirətdə qurtuluşa çatdıran da yalnız Allahın bildirdiyi bu doğru yoldur. Allah Quranda belə buyurmaqdadır: (Ya Rəsulum!) Haqq sənin Rəbbindədir, buna heç vaxt şübhə edənlərdən olma! (Bəqərə surəsi, 147)
(məqalə harun yahya)