Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

MüsƏlman qadın romantik bır xarakterƏ sahib olmaz

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jul 2011
    Mesajlar
    1.499

    MüsƏlman qadın romantik bır xarakterƏ sahib olmaz

    MÜSƏLMAN QADIN ROMANTİK BIR XARAKTERƏ SAHİB OLMAZ

    Romantizm, din əxlaqının yaşanmadığı cəmiyyətlərdə mənfi bir xüsusiyyət hesab edilmir. Hətta romantizmin əslində hər insanın xarakterində az-çox olması lazım olan əhəmiyyətli bir xüsusiyyət olduğuna inanılır. Bu düşüncəyə görə romantizmin səbəb olduğu hərəkətlər, yaşanması lazım olan insani duyğulardır. Bu səbəblə romantizmdən qaynaqlanan 'incimə, şikayət etmə, xətrinə dəymə, ağlama, içinə qapanma, durğunluq, qısqanclıq, əsəbilik' kimi yanlış xüsusiyyətlərin, 'insanın içindən gələn duyğular' olduğunu iddia edərək daima buna təşviq edirlər.

    Halbuki bu düşüncə tamamilə səhvdir. Xüsusilə də cahiliyyə cəmiyyətlərində yaşanılan qadın xarakterində görünən romantizm, insanın zəif bir xarakter göstərməsinə səbəb olur. İnsan hadisələr qarşısında duyğularının özünü istiqamətləndirdiyi şəkildə hərəkət etdiyi üçün ağıldan çox uzaqlaşacaq. Məntiqli və doğru düşünə bilməyəcək, məqsədəuyğun qərarlar qəbul edə bilməyəcək vəziyyətə düşəcək.

    Müsəlman qadın, bütün həyatını və xarakterini Qurana görə təyin etdiyi üçün, nəfsin bu xüsusiyyəti və ona qarşı necə mübarizə aparmalı olduğu haqqında ən doğru məlumatlara malikdir. Romantizmin, insanın ağlını örtdüyünü, doğru düşünə bilməsini əngəllədiyini, həqiqətləri olduğu kimi görə bilməsinə maneə törətdiyini, insanı zəif, müqavimətsiz və gücsüz hala gətirdiyini bilir. Bundan başqa cahiliyyə əxlaqının səbəb olduğu qadın xarakterinə uyğun olan duyğulanmaq, kədərə qapılmaq, ağlamaq, deyinmək, hirslənmək, qısqanclıq etmək, içinə qapanmaq kimi davranışların, iman sahibi bir insanın xarakteriylə uyğun olmayan xüsusiyyətlər olduğunun da şüurundadır. Çünki bütün bu davranışlar, Allahın bəyənmədiyi və uzaqlaşmalı olduğu davranışlardır. Bu mənfi davranışların hər biri, insanın təməldəki bəzi inanc pozuqluqlarından və bəzi gerçəklərin kifayət qədər şüuruna varmamış olmasından qaynaqlanır. Asanlıqla hüznə qapılan, ağlayan, nəfsinə məğlub olan, qısqanclığa qapılan, durğunlaşıb səssizləşən, içlərinə qapanan insanlar, Allahın gücünün, hər şeyi xeyir, hikmət və ədalətlə yaratdığının, istədiyi an istədiyi hər şeyi reallaşdıra biləcəyinin, insanların dualarına cavab verəcəyinin şüurunda deyillər. Hadisələr qarşısındakı bütün kədərləri, hirsləri, qısqanclıqları həmişə bu dünyagörüşündəki səhvlərdən və inanc pozuqluqlarından qaynaqlanır.

    Allaha könüldən bağlılıq, səmimi təslimiyyət, hər hadisənin Allahın idarəsində olduğunu bilərək, hər şeyi xeyir gözüylə qiymətləndirmək, insanın duyğularına qapılıb mənfi münasibət göstərməsinə mane olur. Müsəlman qadın Allaha olan güclü sevgisi və dərin Allah qorxusundan romantikliyin səbəb olduğu bütün yanlış davranışlardan çox çəkinər. Müsəlman qadın Allahın

    “Onlar deyərlər: “Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!” (Furqan Surəsi, 74)

    ayəsiylə bildirdiyi şəkildə, bütün hərəkətləriylə, xarakterləriylə, yüksək əxlaqıyla insanlara nümunə olmağı hədəfləyən insandır. Bu da ona heç bir hadisə qarşısında aciz qalmayan güclü şəxsiyyət qazandırır.

    Mömin qadınlar, xüsusilə qadın əxlaqında geniş şəkildə görünən bu davranışlardan çəkinib güclü xarakter göstərməyin, bu xarakteri mənimsəyən qadınlar üçün gözəl bir nümunə olacağını bilər, bu şüur və məsuliyyətlə hərəkət edərlər. Allahın

    “...Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.” (Həşr Surəsi, 9)

    ayəsiylə bildirdiyi kimi, nəfslərini pisliklərdən təmizlədikləri üçün dünyada və axirətdə nemətə, rahatlığa qovuşar və xoşbəxtliyi ən gözəl şəkildə yaşayarlar. Romantizmin insanlara yaşatdığı bütün çətinliklərdən, kədərlərdən uzaq olarlar.
    (məqalə harun yahya)

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.