MÜSƏLMAN QADIN GÜCLÜ VƏ İRADƏLİ BİR XARAKTERƏ SAHİBDİR

Cahiliyyə əxlaqında güc dedikdə pul, şan şöhrət, etibar sahibi olmaq, nəzərdə tutulur. Bunlardan ən az biri əldə edildikdə güc sahibi olunacağına inanırlar. Bəzən də bu xüsusiyyətlərə sahib olan kəslərin himayələri altına girildiyində insanların özlərini güclü hiss edə biləcəkləri düşünülür. Halbuki dünya həyatının hər an əldən gedə biləcək ötəri dəyərləriylə əldə edilən bir güc, əlbəttə eyni şəkildə asanlıqla itirilə bilən xüsusiyyətdədir.

Möminlər isə güclərini imanlarından alarlar. Buna görə hansı şərtdə olursa-olsun, güclərində bir dəyişiklik olmaz. Bu, mömin qadının da xarakterini təyin edən əhəmiyyətli bir xüsusiyyətdir. Allah Quranda güclü, heç zaman sarsılmayan şərəfli şəxsiyyətlərinə belə diqqət çəkir:

Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah (onun əvəzinə) Özünün sev-diyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (hər şeyi) Əhatə edəndir, Biləndir. (Maidə Surəsi, 54)

Allahın bu ayədə bildirdiyi başqa bir əhəmiyyətli mömin xüsusiyyəti də, iman edənlərin, insanların qınamasından təsirlənməyən güclü bir şəxsiyyətə sahib olmasıdır. Möminlər, tarix boyu bir çox peyğəmbərin, yaşadıqları cəmiyyətlər tərəfindən müxtəlif şəkillərdə günahlandırılıb qınandıqlarını, əziyyətlərə məruz qaldıqlarını, yurdlarından sürgün edildiklərini və hətta bu səbəblə öldürüldüklərini bilirlər. Peyğəmbərlərin bütün bu çətinliklər qarşısında göstərdikləri güclü, dayanıqlı və möhkəm şəxsiyyəti, səbri, dayanıqlılığı və təvəkkülü özlərinə nümunə götürürlər. Allahın

“Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilən-lərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbir edib (Allahdan) qorxsanız, (bilin ki,) bu, əzmkarlıq (tələb edən) əməllərdəndir.” (Ali İmran Surəsi, 186)

ayəsiylə bildirdiyi kimi, dünya həyatındakı imtahanın bir tələbi olaraq, möminlərin çətinlik və sıxıntılarla sınanacaqlarını, inkar edənlərdən 'əziyyət verən' sözlər eşidərək qınana biləcəklərini bilirlər. Bütün bunları, Allaha qarşı olan səmimi imanlarını, təslimiyyətlərini və sədaqətlərinin gücünü göstərə biləcəkləri hadisələr olaraq görüb şövqlə qarşılayar və güclü bir iradə göstərərlər.

Həqiqətən, iman gətirib saleh əməllər edən, namaz qılan və zəkat verənləri Rəbbinin yanında mükafatlar gözləyir. (Bəqərə Surəsi, 277)

Heç vaxt cahiliyyə əxlaqını yaşayan qadınlarda görünən zəifliklərə qapılmazlar. Kiminsə sözü, rəftarı, ya da tənqidi, zəiflik edib gücsüzləşməklərinə, cəsarətlərinin qırılmasına səbəb olmaz. Küsəyənlik, kövrəklik kimi romantik reaksiyalar verməyi heç zaman üçün özlərinə yaraşdırmazlar. Hər nə olursa olsun Allaha təvəkkül edərlər. Başlarına hər nə gəlirsə gəlsin, Allahın sonsuz ədalətli olduğunu, hər şeyi görüb bildiyini, kimsənin 'xurma dənəsindəki bir ip” qədər belə haqsızlığa uğradılmayacağını bilməyin rahatlığını yaşayarlar. (Nisa Surəsi, 49) Allaha təslim olarlar. Özlərini qınayan adam, bu dünyagörüşündə haqsız isə, bu haqsızlığını Allahın mütləq ortaya çıxaracağını bilər, bundan ötəri təlaşa qapılmazlar

Bəzi cahiliyyə qadınları isə, güc və iradənin kişilərə aid olan xüsusiyyətlər olduğuna inanırlar. Kişilərin, çətinliklər və sıxıntılar qarşısında, həm özləri, həm də yanlarındakı qadınlar üçün güc və iradə göstərməklə məsul olduqlarını düşünürlər. Qadınların edə biləcəkləri ən yaxşı işi isə, onlara sığınmaq və onların ağıllarına, iradələrinə və güclərinə təslim olmaq olduğunu sanırlar. Bu səbəblə, daim kişilər tərəfindən qorunmağı gözləyirlər. Xüsusilə də çətinlik və sıxıntılı mühitlərlə qarşı-qarşıya qaldıqlarında, bütün güclərini və iradələrini də itirir, təlaşa qapılırlar. Bu da ağıllarının yaxşıca qarışmasına və məntiqli düşünmə qabiliyyətlərini itirmələrinə səbəb olur.

Bunun kimi, cahiliyyə əxlaqını mənimsəyən bəzi qadınlar, göstərdikləri bu zəif şəxsiyyət səbəbiylə, insanların özləri haqqında nə düşündüyünə də gərəyindən çox əhəmiyyət verərlər. Çox vaxt sırf insanların gözünə girə bilmək, onlar üzərində müsbət bir təəssürat buraxıb aralarında yaxşı bir yer əldə edə bilmək üçün, səhv olduğunu bilə-bilə bəzi hərəkətlər edə bilərlər. Eyni şəkildə, bu insanlar tərəfindən bəyənilmədiklərinə, qınandıqlarına ya da təhqir olunduqlarına dair hər hansı bir reaksiyayla qarşılaşacaq, bu istiqamətdə hər hansı bir söz eşidəcək olsalar da, böyük bir depressiyaya düşə bilərlər. Əhəmiyyətli olanın Allah Qatındakı dəyərləri olduğunu düşünmədikləri, bunun yerinə yalnız insanların razılığını hədəflədikləri üçün, bütün edib etdiklərinin boşa getdiyinə inanar və böyük bir kədərə qapılarlar. Əhvallarının pozulmasıyla birlikdə də bütün güclərini, iradələrini və cəsarətlərini itirərlər.

Müsəlman bir qadın isə, doğru olduğunu bildiyi bir mövzuda heç bir zaman bir insanın qınamasından ötrü geri addım atmaz. Allah Quran ayələri ilə insana doğrunu və səhvi əhatəli bildirmişdir. Müsəlman qadının ölçüsü Qurandır. Əgər Allahın Quranda bildirdiyi əxlaqı göstərdiyi üçün ətrafındakı insanlar tərəfindən qınanırsa, bu tam əksinə onun bu istiqamətdəki şövqünü, iradəsini və istəyini daha da gücləndirər. Allahın razılığını qazana bilməsi onun üçün, insanların məmnuniyyətinin və düşüncələrinin çox üzərindədir. Çünki insanı əsl olaraq qiymətli edən Allah Qatındakı mövqeyidir. Bunu təyin edən də onun Quran əxlaqına uyğun hərəkət edib etmədiyidir. Bu səbəblə insanların nə dediyinə, ya da əksəriyyətin qənaətinə görə deyil, Quran əxlaqına görə bir əxlaq göstərərlər. Tək başına qalsalar belə çoxluğa tabe olmaz, müstəqil davranarlar. Bədiüzzaman Səid Nursi də sözlərində bu mövzuya diqqət çəkmiş, Allahın razılığına uyğun hərəkət etdikdən sonra insanların razılığının heç bir əhəmiyyəti olmayacağını belə ifadə etmişdir:

Razılığı İlahi kafidir. Əgər O yar isə, hər şey yardır. Əgər O yar deyilsə, bütün dünya alqışlasa beş pula dəyməz.

Əməlinizdə Allah rizası olmalı. Əgər O razı olsa, bütün dünya küssə əhəmiyyəti yox. Əgər O qəbul etsə, bütün xalq rədd etsə təsiri yox. O razı olduqdan və qəbul etdikdən sonra, istəsə və hikməti lazım gəlsə, sizlər istəmək tələbində olmadığınız halda, xalqlara da qəbul etdirər, onları da razı edər. Onun üçün, bu xidmətdə birbaşa tək Cənabı Haqqın razılığını əsas məqsəd etmək lazımdır.

Ey nəfs əgər təqva və əməli saleh ilə Xaliqini razı etdinsə, xalqın razılığını təhsilə lazım deyil, o kafidir. Əgər xalq da Allahın hesabına riza və məhəbbət göstərsələr yaxşıdır. Əgər onların ki dünya hesabına olsa qiyməti yoxdur. Çünki onlar da sənin kimi aciz qullardır.
(məqalə harun yahya)