İSLAMI EVLİLİK NECƏ OLMALIDIR?

(Adnan Oktarın Ekin tv-dəki canli müsahibəsi, 2 fevral 2009)

Adnan Oktar: ...evlilik saf sevgi ilə olar. Allahın təcəllisi olaraq o insanı sevərsən. Və bütün məqsədin Allahın verdiyi o əmanəti, yoldaşın olaraq, hətta bir cür bacısı kimi görərək, hətta bir uşağı kimi görərək, övladı kimi görərək o əmanəti qoruyub gözləməkdir və onu dünya şərtlərində ən yaxşı şəkildə yaşatmaqdır.

Adnan Oktar: Saf sevgiylə olması lazımdır. Allahın təcəllisi niyyəti ilə baxmaq lazımdır. İnsan ehtirası yaşamaq üçün evlənər. Allahın verdiyi o gözəl hissi, dərinlik hissini yaşamaq üçün və Allaha birlikdə gözəl qulluq edə bilmək üçün, Allahın razılığını qazanmaq üçün insanlar evlənərlər. Allahın təcəllisi niyyəti ilə insan sevilər. Başqa cür çox qəribə və çox çətin bir evlilik olar, yəni çox çətin evlilik. Allah verməsin.

EVLİLİK YALNIZ ALLAHIN RAZILIĞI AXTARILARAQ EDİLMƏLİDİR

(Adnan Oktarın Kanal 35 (izmir) müsahibəsi, 21 fevral 2009)

Adnan Oktar: Yəni əgər Allahın razılığı yoxsa Allahın təcəllisi olaraq bir insan bir qadını sevmirsə yəni mən özümü düşünürəm, mən həqiqətən iyrənərəm elə bir qadından iyrənərəm yəni mənə iyrənc görünər. Yəni onda bir dərinlik tapa bilmərəm, ehtiras da tapa bilmərəm, şəfqət də tapa bilmərəm, bir gözəllik də tapa bilmərəm və elə bir şeydən də iyrənərəm. Elə bir şey düşünə bilmərəm. Yəni ağlı başında bir insanın çatda filan bu tip şeylərlə xoşbəxt olması deyə bir mövzu ola bilməz. Çünki insan qarşısındakı insana hörmət edirsə, dəyər verirsə o təsir edər insana. Hörmət etmədiyi, dəyər vermədiyi bir insan, insana meymun kimi gələr, yəni çox itələyici gələr. Yəni ya meymunla əlaqədə olmuş, ya onunla. Yəni elə bir şey olmaz. Qadındakı o ehtiras və ona çox dəyər vermənin meydana gətirdiyi ruhdakı təsir cinsəllikdir. Biz buna cinsəllik deyirik. Çox dəyər verərsən, çox ciddi qəbul edərsən, amma çox ciddi qəbul edərsən, o sənin üçün çox xüsusidir, çox böyükdür gözündə, möhtərəm və mübarəkdir, tərtəmizdir. Sənə aiddir. İffətindən əminsən. Bu, o zaman insanın ruhundakı şiddəti böyüdür. Amma bu yoxsa, çatla istədiyi qədər məşğul olsun. Onsuz da Allah ona o gücü verməz. Onsuz da bu mövzuda cəmiyyətin o hissəsi xəstədir. Onsuz da zövq ala bilmirlər qadınlardan və ona görə də dərmanlar alırlar. Nə bilim, nə türkəçarələr, nə dərmanlar. Bu türkəçarə, dərmanla olacaq şey deyil. Bu ehtirasla olan bir şeydir. Allahın insanların ruhuna əks etdirdiyi şiddətli bir gücdür bu. Cənnətdə də belədir bu. Yəni insanların ruhunda dərin bir ehtiras olacaq cənnətdə. Biz buna cinsəllik deyirik. Yoxsa donuz kimi üst üstə çıxmaq, yəni insanı yalnız iyrəndirər. Başqa bir şey deyil.

Adnan Oktarın Tempo tv-dəki canli müsahibəsi, 3 fevral 2009

Adnan Oktar: ... bir insan əgər çox səmimi və çox ağıllıdırsa ,Allah onsuz da ona bərəkət verər, mütləq onun yolunu açar və onun üçün xeyirlidirsə onun qədərindəki insanı onu qarşısına onsuz da çıxardar. Yəni meyvə satandan armud alınan kimi gedib qadın alınmaz. Var elə tiplər, gəlir, evinin, avtomobilinin olduğunu söyləyir, sanki topdan satış taciri kimi belə, bu bu bu var buna qarşılıq da mənə bir qadın tapın evlənim, yəni bu dəhşət verici yəni bütün millətin gözünün qarşısında bunun edilməsi də dəhşət vericidir, bu çox ürküdücüdür, kölə satın alar kimi. Sən ehtirasla, səmimiyyətlə, cani-könüldən sevəcəyin Allahın bir təcəllisini axtarırsan, orada da bir yük maşını mal verərək mən birini almaq istəyirəm deyə ortaya çıxırsan yəni arada dağlar qədər fərq var. Yəni ölçü fərqi var, bu çox pis və çox çətin izahlardır bunlar, çox ağrıdır . İnsan Allahın təcəllisini görmək, Allahın razılığını qazanmaq üçün evlənər və Allahın təcəllisindən zövq alar insan. Və yalnız Allah rizası üçün edilər bu gözəllik, Allahın üzünü görmənin Allahın təcəllisini görmənin həyəcanı yaşanar. Burada hazırlıq edərkən eləi olacaq, belə olacaq, Allah onsuz da onun zəminini hazırlamışdır, qədərlərində vardır, qədərindəki qadınla insan qarşılaşar. Yoxsa insan hər nə olursa olsun bu iş olacaq deyə bir mövzu olmaz. Möminin mütləq Allahdan xeyirlisini gözləməsi lazımdır, Allah ona şərtlərini, mühitini hazırladığında, qarşısına o insanı çıxartdığında onda bir xeyir vardır. Müsəlman Allahın ona verəcəyi xeyri gözləməlidir. Yəni mütləq bir şey istədiyi an olmalıdir deyə bir şey yoxdur.
(məqalə harun yahya)