DOĞRU YOLU TAPMANIN SİRLƏRİ

Kimlərin doğru yolda olduqları Allahın Quranda bildirdiyi sirlərdəndir. İslamda nəzərdə tutulan gözəl əxlaqa uyanlar, Allahın doğru yoluna gələrək, cənnətində saxladığıqullardır.

Yer üzündəki hər insanın özünə görə doğruları və səhvləri olur. Hər birinin doğrularını təsbit etmədəki qaynağı isə fərqlidir. Kimi oxuduğu bir kitabı, kimi ətrafında gördüyü bir insanı, kimi bir siyasətçini, kimi isə bir fəlsəfəçini özünə rəhbər edər. Halbuki, Allahın insanlar üçün təyin etdiyi ən doğru və insanı qurtuluşa qovuşduracaq yeganə yol İslamın gətirdiyi gözəl əxlaqdır.

Möminlər Allahın məmnuniyyətini, rəhmətini və cənnətini qazanmaq üçün səy göstərərlər. Quranda bildirilən gözəl əxlaqa uyğun bir yol mənimsəməmək isə insanları dünyada və axirətdə sonsuza qədər davam edəcək birümidsizliyə, bədbəxtliyə və ağrılı bir əzaba sürüyər.

Doğruməlumat ilə iman etmək.

Allahın məmnuniyyətini, rəhmətini və cənnətini arzulayan insanlardan olmaq, Allaha və Quranda vəd etdiklərinə iman etməklə mümkündür. Belə bir insan göylərin, yerin və ikisi arasındakıların tək sahibi və yaradıcısının Allah olduğunu və dünyada var olma məqsədinin Allaha qulluq etmək olduğunu bilər. Əgər bu insan həyatı boyunca Allahın razılığını axtarıb Ona iman etsə Allah onu doğru yola yönəldər. Əlbəttə burada nəzərdə tutulan imandır.

Bəzi insanlar, hər nə qədər iman etdiklərini söyləsələr də, imanlarında şübhə və ya zəiflik olur. Belə insanlar, inkarçılarla birlikdə olduqlarında onların təsirinə girib dində asanlıqla zəiflik göstərə bilir, hətta bəzən Allaha və Allahın dininə qarşı bir tutum da sərgiliyə bilirlər. Halbuki, Allah Quranda doğru yola yönəltdiyiqullarının imanının qəti, möhkəm və şübhəsiz olduğunu insanlara bildirmişdir:

Və elm verilən kəslər də bilsinlər ki, haqq (Quran) sənin Rəbbindəndir. Artıq ona inansınlar və ürəkləri ondan arxayın olsun. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər! (Həcc Surəsi, 54)

Tam təslim olmaqla Allaha yönəlmək.

İman edənlərin tam təslim olmaqla Allaha yönəlmələri, Allaha ürəkləri iləbağlanmaları da doğru yola yönəldilmənin sirridir. Allaha iman edən və axirətdən qorxan möminin dünyaya yönəlmiş bir ehtirası yoxdur. Möminin məqsədi Allahı razı etməkdir. Bu səbəblə, hər tutum və davranışında Allaha yönələr, Allahın özünü hər an sınadığını bilərək, hər hadisədə Allahın özü üçün müəyənetdiyi taleyə razı olar. Aləmlərin Rəbbi olan Uca Allah, Özünə təslim olanları doğru yola çatdıracağını bu şəkildə bildirmişdir:

Sizə Allahın hökmləri oxunduğu və Onun Peyğəmbəri aranızda olduğu halda, siz necə kafir ola bilərsiniz? Allah (Onun dininə) sığınan şəxs, şübhəsiz ki, doğru yola yönəlmişdir. (Ali İmran Surəsi, 101)


Verilən öyüdləri yerinə yetirmək.

Allahın doğru yola yönəltmək istədiyi qullarına bir başqa əmri isə bu şəkildədir:

Əgər onlar verilən nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu onlar üçün daha xeyirli və daha düzgün olardı. O zaman Biz də onlara Öz tərəfimizdən böyük mükafat verərdik və onları düz yola yönəldərdik. (Nisa Surəsi, 66-68)

Allahdan qorxan möminlər həmişəsəhvlərindən təmizlənmək və Allahın ən çox razı olacağı əxlaqa çatmaq üçün çalışarlar. İnsanların səhvlərindən sürətlə təmizlənməsi və doğru yola çatdırılması üçün adamın təvazökar olması lazımdır. Təvazökar və təmizlənməyi istəyən bir insan, Allahın əmrlərini tam olaraq yerinə yetirər. Ayrıca saleh möminlər bir-birlərinə yaxşılığı əmr edər, pislikdən məhrum edərlər. Bu səbəblə, möminin bir səhvinin mömin bir qardaşı tərəfindən özünə deyilməsindən məmnuniyyət duyması, bunun öz axirəti üçün böyük bir nemət olduğunu bilməsi lazımdır. Allah, şeytana uymayan, özünü Qurana və gözəl əxlaqa çağıran kəslərə tabe olan qullarına belə müjdə verir:

Tağuta (şeytana, bütlərə) ibadət etməkdən çəkinib tövbə edərək Allaha tərəf qayıdanları müjdə gözləyir. Elə isə qullarıma müjdə ver. O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır! ( Zümər Surəsi, 17-18)

ALLAHIN ADLARI.

HAYY

(Diri, hər şeyi bilən və hər şeyə gücü çatan)

O, Hayy (diri) olandır. Ondan başqa ilah yoxdur; elə isə dini yalnız özünə xalis edənlər olaraq Ona dua edin. Aləmlərin Rəbbinə həmd olsun. (Mömin Surəsi, 65)

İnsan acizdir və çox az şeyə gücü çata bilər. Dünyaya gəldiyi andan etibarən həyatının ilk 5-10 ili yarı şüurlu olaraq keçər. Bu dövr boyunca həmişə baxıma möhtacdır. Bundan sonra yaşadığı həyatın isə əhəmiyyətli bir hissəsini öz bədəninin baxımı ilə keçər, əks halda qısa müddət içində baxıla bilməyəcək bir görünüşə girər.

İnsanın nizamlı olaraq yatmaq məcburiyyətində olması da acizliyinin bir başqa göstəricisidir. İnsan ömrünün təxminən üçdə biri yuxu ilə keçər. Ancaq nə qədər istəməsə də, buna bir iki gündən çox dözməsi mümkün deyil. Hər vaxt təbii olaraq edə bildiyi şeyləri edə bilməməyə, qarşılaşdığı hadisələri sağlam mühakimə edə bilməməyə, hətta danışma çətinliyi çəkməyə, bildiyi şeyləri unutmağa başlayar.

İnsanlar və digər bütün canlılar Aləmlərin Rəbbi olan Uca Allaha möhtac və aciz varlıqlardır. Canlı və cansız bütün kainatın yaradıcısı olan Allah isə Hayydır. Allah daim diridir, hər an hər şeyə hakimdir, hər şeyi bilər, hər şeyə güc çatdırar, Onu yuxu və mürgüləmə tutmaz, hər cür acizlikdən də münəzzəhdir. Allah, yaratdıqlarına müxtəlif acizliklər vermiş və bu əskiklikləri görərək yalnız Özünə qulluq etmələrini, hər şeyi Özündən istəmələrini əmr etmişdir. Allah Quranda Özünü qullarına belə tanıdar:

Allahdan başqa heç bir tanrı yoxdur. Əzəli, əbədi varlıq Odur. (Ali İmran Surəsi, 2)

(Ya Rəsulum!) Ölməz, həmişə diri olana (Allaha) bel bağla və Onu həmd-səna ilə təqdis et (və ya Onun nemətlərinə şükür edərək namaz qıl). (Allahın) Öz bəndələrinin günahlarından xəbərdar olması (onları layiqincə cəzalandırmağa) kifayət edər. (Furqan Surəsi, 58)
(məqalə harun yahya)