ALLAHI ÇOX ZİKR ETMƏK



Allaha həsr olunmuş bir həyat üçünəlbəttə Allahla yaxın dialoq qurmaq lazımdır. Bu dialoqun yolu "zikr" yəni Allahı xatırlamaqdır. Mömin, "Ey iman edənlər, Allahı çox zikr edin" (Əhzab Surəsi, 41) hökmünə uyğun olaraq gündəlik həyatının hər anında zikr və dua halında olmalı, verilən nemətlərə qarşı için-için şükr etməli, səhvlərinə görə bağışlanma diləməli, edəcəyi işlər üçün kömək istəməli və tez-tez Allahı təsbih edib ucaltmalıdır. Mömini "Allahla dost" edən ibadət zikrdir. Bir ayədə zikrin necə edilməsi belə bildirilir:

Səhər-axşam yalvararaq, ürpərtiylə, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma! (Əraf Surəsi, 205)

Quranda "... Allahı zikr etmək, şübhəsiz ki, daha böyükdür (böyük ibadətdir). ..." (Ənkəbut Surəsi, 45) buyurulur.İbadətlər Allahı xatırlayaraq və Allahın razılığını düşünərək edilməzsə qarşılıqsız əməl halına gələ bilərlər. Bu səbəbdən Quranda peyğəmbərlərin xarakterləri izah edilərkən Allahı necə zikr etdiklərinə diqqət çəkilir. Sad Surəsi 30-cu ayədə "Biz Davuda Süleymanı bəxş etdik. O nə gözəl bəndə! Daima (Allaha) üz tutardı." buyurulur.
(makale harun yahya)