DÜNYADAKI YANĞINI SÖNDÜRƏCƏK SU TÜRK-İSLAM BİRLİYİDİR

Demək olar ki, hər gün dünyanın müxtəlif bölgələrindən qarşıdurma, soyqırım, hücum xəbərlərinin gəldiyi, məzlum insanların qanının axıdıldığı, qadınların, uşaqların, yaşlıların haqsızlığa uğradığı, minlərlə insanın evlərini tərk edərək qaçqın vəziyyətə düşdüyü, terror hadisələrinin insanlara böyük qorxular yaşatdığı, bir çox insanın aclıqdan əziyyət çəkdiyi, qısaca desək, fitnələrin və qarışıqlığın dünyanın hər tərəfini əhatə etdiyi bir dövrdəyik. Bütün bunlar Peyğəmbər Əfəndimiz (sav)-in 1400 il əvvəl baş verəcəyini xəbər verdiyi hadisələrdir. Peyğəmbərimiz (sav) müsəlmanlara qarşılaşacaqları bu hadisələri bildirərkən müsəlmanların bu hadisələrlə qarşıladıqları dövrdə nələr etmək, nə cür qarşısını almaq lazım olduğunu da bildirmişdir. Axırzamanın böyük fitnələrinin baş verdiyi bir dövrdə müsəlmanların ən təcili vəzifələri birlik olmaqdır.



Müsəlmanlar yaşanan qarışıqlıq və zülmün, axan qanın ardındakı əsl səbəbi görməli, bu səbəbi ortadan qaldırmaq üçün var güclərilə, bütün imkanlarını səfərbər edərək fikrən mübarizə aparmalı və bunu edərkən mütləq birlik və bərabərlik içində olmalıdırlar. Bu gün dünyanı qana çalxayan, insanların rəhmsizliklə bir-birini əzməsinə səbəb olan, terrora və anarxiyaya təkan verən, cinayəti, soyqırımı “qanuniləşdirən”, qarşıdurmanı irəliləyişin ayrılmaz bir şərti hesab edən darvinizm və materializmdir. Bu atəşin söndürülməsi isə yalnız Türk-İslam birliyinin qurulması ilə mümkündür. Necə ki, bir yerdə böyük bir yanğın baş verdikdə o yanğını söndürmək üçün davamlı danışmaq və ya ora-bura qaçmaq əvəzinə dərhal yanğına su tökmək lazımdırsa, dövrümüzdə dünyanı yandıran darvinizm və materializm alovuna qarşı da Türk-İslam birliyinin qurulması şərtdir. Türk-İslam birliyi dünyanı qan gölünə döndərən bu yanğının suyudur. Alova bağırmaqla o sönməz. Su var ikən ondan istifadə etməmək, Türk-İslam birliyindən bir kəlmə də danışmayıb, daima zülmü, haqsızlığı, tökülən qanı qınamaq səmimi bir davranış deyil.


Fələstində təqribən 60 ildir ki, qaçqın düşərgələrində yaşayan, xəstəxanaya getmək, uşağına yemək aparmaq, işə getmək, məktəbə çatmaq üçün nəzarət məntəqələrində saatlarla gözləyən, məktəb həyətində oynayarkən vurulan, evləri dağıdılan, zeytun bağları yandırılan, daim silahların kölgəsində yaşamaq məcburiyyətində qalan müsəlman bacı və qardaşlarımızın qurtuluşu üçün;
Şərti Türküstanda ağlasığmaz təzyiq və zülm altında yaşayan, daima əzilən, ibadət etmələrinə icazə verilməyən, heç bir əsaslı səbəb olmadan beynəlxalq qanunlara zidd şəkildə edam edilən, uşaqları əllərindən zorla alınan və bir daha aqibətlərindən xəbər tutulmayan müsəlman-türk bacı və qardaşlarımızın qurtuluşu üçün;
İraqda axıdılan qana son verilməsi, İraq xalqının əmin-amanlığa çıxması, İraqın sabit gücə malik bir ölkə olması üçün;
Əfqanıstanda müsəlmanların yaşadıqları çətinliklərin aradan qaldırılması, əmin-amanlığa qovuşa bilməsi üçün;
Pakistanda baş verən qarışıqlığın və gərginliyin sona çatması üçün;
Bir çox ölkədə fikir və inanclarına görə təzyiqlərə məruz qalan müsəlman bacı və qardaşlarımızın bu təzyiqlərdən qurtulması üçün;
Moroda, Kosovoda, Çeçenistanda, Qarabağda, Çadda, Sudanda, Əlcəzairdə, Tunisdə, Özbəkistanda, Türkmənistanda yaşayan bütün müsəlman aləminin daha zəngin, daha güclü və daha rahat olması üçün;
Terrorun qarşısının alınması və hər dindən, hər düşüncədən insanların birlikdə əmin-amanlıq və qardaşlıq duyğuları içində yaşaya bilmələri üçün;
Silahlanmanın, qarşıdurmaların, döyüşlərin aradan qalxması, yoxsulluğun və kasıblığın sona çatması, ədalətin və haqqın hakim olması, bütün insanlara hörmət edilən, heç kimin qorxu və təşviş içində olmadığı, dininə, dilinə və irqinə fərq qoyulmadan hər kəsin ibadətini rahat şəkildə yerinə yetirdiyi, bir-birinə sevgi ilə yanaşıldığı, düşüncələrini istədiyi kimi ifadə etdiyi mühitin yaradılması üçün

Türk-İslam aləminin XIX əsrin ən görkəmli, ən keyfiyyətli, ən müasir, ən gözəl sivilizasiyasının əsasını qoymaq və bütün dünyanı aydınlığa çıxaracaq bir quruluşa qovuşması üçün Türk-İslam Birliyi mütləq qurulmalıdır.
(məqalə harun yahya)