insanın əsl xoşbəxtliyi sevgidə və diqqətdədir![]()
beledeki hardadir o sevgi ??hani o diqqet?meyus:
tesekkurler ibratamiz ve terbiyevi 1 movzu![]()
İki qardaş olur. Onların birlikdə işlətdikləri atalarından qalan bir tarla sahələri var idi. Hər fəsil yığımında onlar əkib-becərdikləri məhsulu yarı-yarıya bölürdülər.Qardaşlardan birisi subay, digəri isə evli idi.
Bir gün subay qardaş fikərləşir ki, o , qardaşına haqsızlıq edir. Məhsulun çox hissəsi əslində ona düşməlidir. Nədə olsa mən subayam, tək özüm özümü dolandıra bilərəm. Ancaq, qardaşımın ailəsi var, o, ailəsinə baxa bilməsi üçün ona daha çox imkan lazımdır deyə fikirləşir və bunun üçün də o hər axşam qardaşının buğda damına qardaşından xəbərsiz, xəlvət bir çuval buğda aparır. Böyük qardaş isə subay qardaşına haqsızlıq etdiyini düşünür. O, düşünür ki, bu evlidir, sabah onun imkanı olmasa ona arvad uşaqları kömək olar. Ancaq qardaşım təkdir, o qocaldıqda ona baxan olmaz deyə o da hər axşam öz buğdasından bir çuval subay qardaşın buğda damına xəlvət buğda aparır. Beləcə, 1 il keзir. İki qardaşında dövlətindən heç bir mal azalmadan yaşayırlar,çünki, heç birinin məhsulunun miqdarı dəyişməmişdi.
Günün birində bunlar yenə, biri-birlərinə xəlvət çuval apardıqları yerdə bir-birlərinə dəyib toqqaşırlar. Və möhkəm qucaqlaşırlar. Anlayırlar ki, insanın əsl xoşbəxtliyi sevgidə və diqqətdədir.
Dahilərdən birindən soruşurlar: Qardaş yaxşıdır, yoxsa, dost. Cavab veririr: qardaş da dost olsa yaxşıdır.
insanın əsl xoşbəxtliyi sevgidə və diqqətdədir![]()
beledeki hardadir o sevgi ??hani o diqqet?meyus:
tesekkurler ibratamiz ve terbiyevi 1 movzu![]()
gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.
Yer imleri