Bir gün birisi qaça-qaça Həzrəti Süleymanın hüzuruna gəlir. Qorxudan tir-tir əsirdi, üzünün rəngi sapsarı saralmış, dodaqları gömgöy göyərmişdi. Həzrəti Süleyman soruşur:
- Sənə nə olub, bu nə haldır belə?
Adam tövşüyə-tövşüyə cavab verir:
- Bir az əvvəl Əzrayılla rastlaşdım, mənə tərs-tərs baxdı. Onun baxışından canıma qorxu doldu. Sizin ədalətinizə sığındım.
Həzrəti Süleyman soruşur:
- Yaxşı bəs məndən nə istəyirsən?
- Ey adil padşah, küləyə əmr elə, məni çox uzağa, məsələn, Hindistanda gizli bir adaya aparsın, bəlkə orda Əzrayıldan qaçıb qurtara bildim.
Həzrəti Süleyman küləyə əmr elədi və külək də həmin adamı Hindistanda uzaq bir adaya apardı.
Ertəsi gün Həzrəti Süleyman taxtında oturub xalqın dərd-səri ilə məşğul olarkən Əzrayıl gözünə göründü. O, dünənki söhbəti xatırlayıb Əzrayıldan soruşdu ki, o adama niyə elə tərs-tərs baxıb. Əzrayıl belə cavab verir:
- Ey Allahın şanı uca peyğəmbəri, mən o adama tərs-tərs baxmadım. Sadəcə onu görəndə heyrətləndim. Çünki Allah-Təala mənə əmr etmişdi ki, get filan qulumun canını Hindistandakı filan adada al. Mən də o adamı burada görəndə məəttəl qaldım ki, bunun yüz qanadı olsa da, bu gün Hindistana uça bilməz. Amma Allah-Təalanın buyurduğu adaya gedəndə adamı orada gördüm və canını aldım.
Zaman
Qədərdən qaçmaq
Printable View
-
09-09-2010, 02:28 PMAzerbaycanliQədərdən qaçmaq
-
09-09-2010, 03:06 PMcanbellRe: Qədərdən qaçmaq
Allahin daha öncədən nələr edəcəyimizi,nələr yaşayacağimizi bildiyi üçün alnimiza yazar gələcəyimizi..Digər adiyla kader..
-
09-09-2010, 10:14 PMXeyallarimRe: Qədərdən qaçmaq
ilahi dehset ,cox tesirlendim .
tesekkur yazin ucun
