2 sonuçtan 1 ile 2 arası

Hz. Mehdinin gələcəyinə inanmamaq insanı kafir edər?

  1. #1
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.430

    Hz. Mehdinin gələcəyinə inanmamaq insanı kafir edər?

    Hz. Mehdinin gələcəyinə dair çox sayda səhih hədis olmaqla birlikdə, gələcəyinə inanmayanları təkfirdən qaçmaq lazımdır. Çünki, bu mövzuda köhnədən bəri az da olsa bəzi alimlərin fərqli fikirləri vardır. Ancaq, bunun inkarı bu səhih və təvatür dərəcəsindəki hədisləri inkar mənasını verəcəyi üçün günahının böyük olduğunu düşünürük.

    Məşhur hədis alimlərindən Mənsur Əli Nasıfın da ifadə etdiyi kimi; Sələf və xələf üləması arasında məşhur bir şəkildə, bu xüsus olduqca şöhrət tapmışdır. Ki, axır zamanda Əhli beytdən Mehdi adında bir kimsə zühur edəcək. Bütün İslam məmləkətlərini ələ keçərəcək, Müsəlmanlar ona tabe olacaq. O da onların arasında ədalətlə rəftar edəcək. Dini gücləndirəcək və möhkəmləndirəcək. Daha sonra da Dəccal ortaya çıxacaq, İsa enəcək və Dəccalı öldürəcək və ya Hz. İsa ilə Mehdi birlikdə köməkləşərək Dəccalı öldürəcəklər. Mehdi ilə əlaqədar hədisləri səhabənin öndə olanlarından bir qrup rəvayət etmişlər. Və bu hədisləri Əbu Davud, Tirmizi, İbn Macə, Taberani, Əbu Yala, Bezzaz, İmam Əhməd b. Hənbəl və Hakim kimi böyük Muhaddisler tərəfindən tahriç edilmişdir. Bu səbəblə, Mehdi ilə əlaqədar bütün hədislərin zəif olduğunu söyləyən İbn Haldun kimi bir qisim alimlər, bu mövzuda ciddi bir səhv etmişlər. (bx. ət-Tac, V/341).

    -Yenə Məşhur hədis alimlərindən Məhəmməd b. Cəfər əl-Kettani, Mütevatir hədislərə ayırdığı "Nazmul-Mütenasir minel-Hadisil-mütevatir" adlı əsərində Hz. Mehdi ilə əlaqədar hədislərin mütevatir (səhv məlumat daşıma ehtimalı olmayan) hədislər olduğunu ifadə etmiş və mövzuyla əlaqədar olaraq həm hədisləri rəvayət edən səhabədən, həm də hədis qaynaqlarından uzun bir siyahı vermişdir. (bx. Kettani, Nazmul-Mütenasir, s. 236-239).

    Kettani, eyni əsərində Mehdi ilə əlaqədar dəyişik hədis rəvayətlərinə yer vermiş və Sahavi kimi bir çox böyük hədis nüfuzlarına görə, Mehdi ilə əlaqəli hədislərin mütevatir olduğunu və Əhli sünnə və camaat alimlərinə görə Mehdinin gələcəyinə iman etmənin vacib olduğunu ifadə etmişdir (bx. a. g. y). Vacibi tərk etmənin haram olduğu, günah olduğu bilinən bir həqiqətdir.

    İbn Teymiye də "Mehdinin gələcəyi ilə əlaqədar hədislər, Əbu Davud, Tirmizi, Əhməd b. Hənbəl və daha başqa alimlər tərəfindən rəvayət edilmiş səhih hədislərdir" (bx. İbn Teymiye, Minhacus-sünnetin-nebeviye, 4/95) deyərək bu mövzudakı fikirini açıqca ortaya qoymuşdur.

    Allame Məhəmməd es-Sefariniyə görə, Hz. Mehdi ilə əlaqədar hədislərin sayı mənəvi tevatür dərəcəsinə çıxmışdır. Belə ki Əhli sünnə alimləri Mehdinin gələcəyini etiqadı bir məsələ olaraq görmüşlər. Səhabədən və təbiilərdən gələn rəvayətlərin cəmi, qəti bir məlumat halına gətirmişdir. Bu səbəblə, -Əhli sünnə alimlərinin kitablarında iştirak etdiyi kimi-Mehdinin gələcəyinə iman etmək vacibdir. (Levamiul-Envaril-behiye, 2/84).

    Bəzi alimlərin araşdırmalarına görə, Mehdinin gələcəyini rəvayət edən hədis imamalarının sayı 36; bu rəvayətlərdə iştirak edən səhabənin sayı isə 26-dır (bx.Abdullah b. Süleyman əl-Ğafili, Eşratus-Saa-şamile- 1/108).

    Mehdi mövzusunda “er-Reddu ala men kezzeb bi’l-ahadîs’sahiheti’l-varideti fi’l-Mehdi”" adında bir əsər yazan Şeyx Abdul-Muhsin b. Həmd b. Abbadın araşdırmasına görə, köhnə alimlər arasında yalnız iki adam Mehdiyə dair hədisləri inkar etmişdir. Bunlardan biri, Məhəmməd b. əl-Velid əl-Bağdadi, digəri İbn Haldundur. İslam alimlərinin böyük əksəriyyətinin qəbul etdiyi bir gürüş qarşısında bu iki adamın inkarlarının heç bir dəyər ifadə etməyəcəyi ortadadır. (bx. Eşratussaya, 1/111-112).



    Salam və dua ilə...

    Suallarla İslam Redaktoru

    Menbe:suallarlaislam.com
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  2. #2
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Hz. Mehdinin gələcəyinə inanmamaq insanı kafir edər?

    Movzuya gore tesekkurler.Deccalin adini eshidende cox qorxuram. Bir defe turkce bir meqale oxudum Hezreti Mehdi sunni shie.Amma hecne basha dushmedim.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.