Əsas məzmuna keç
4 sonuçtan 1 ile 4 arası

Əhli kitab nə deməkdir?

  1. #1
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.431

    Əhli kitab nə deməkdir?

    Yəhudi, Xristian kimi səmavi din mənsublarına "Əhli Kitab" deyilir. Qurani Kərimdə əhli kitabdan çox bəhslər vardır. Əhli Kitab, Peyğəmbərimizi qəbul etmədiklərindən kafir sayılmaqla birlikdə, "Allahı inkar edən" mənasında kafir deyildirlər.



    Qurani Kərim, əhli Kitaba bəzi mövzularda, kafirlərə nisbətlə imtiyaz verər. Məsələn, onlardan qız almaq caizdir və kəsdiklərini yemək halaldır (Maidə surəsi, 5) Onlara verilən bu imtiyaz, əhli küfrə nisbətlə, imana daha yaxın olmalarındandır. Quran, onlara belə səslənər:

    "Ey əhli Kitab ! Bizimlə sizin aranızdakı müştərək bir sözə gəlin ! Ancaq Allaha ibadət edək. Heç bir şeyi Ona ortaq qoşmayaq. Allahı buraxıb bəziniz bəzisini Rəb əldə etməsin." (Al-İmran surəsi, 64) Yəni, bir-birimizi Rəb, Mövla, Hakimi mütləq etməyək. Bütün hərəkətlərimizi Haqqın əmriylə və Allahın razılığıyla ölçək... Hamımız Allaha qul olaq. Özümüzü ancaq Ona məhkum bilək. Bir-birimizə də ancaq bu qayda çərçivəsində tabe və bağlı olaq. (1)



    Quran, əhli Kitabın öz alim və ruhanilərlərini, Rəb etdiklərini bildirər. (Tövbə surəsi, 31) Xristianlıqdan İslama keçən Adiy b. Xatəm, "Ya Rəsulullah, biz onları Rəb etmirdik" deyincə Rəsulullah, bu şərhi edər: "Onlar, Allahın halal etdiyini haram, haram etdiyini halal edir, siz də onlara tabe olurdunuz. Bu, onları Rəb etməkdir." (2) Yoxsa, hər hansı birini Rəb etmək üçün mütləq ona "Rəb" adını vermək şərt deyil. (3)



    Bu ayə, əhli kitabla mübarizədə izləniləcək yolu ifadə edər: "Onlardan zalım olanlar xaricində, əhli kitabla ən gözəl bir şəkildə mübarizə edin. Və belə dəyin: Biz, həm bizə endirilənə, həm də sizə endirilənə iman etdik. Bizim də, sizin də İlahımız birdir. Və biz, tək Ona təslim olmuş kəslərik." (Ənkəbut surəsi, 46)



    Bu ayədə, əhli kitab, iki qisimdə mütaala edilməkdədir:

    1-Zalım olanlar.

    2-İnsaflı olanlar.

    İnsaflı olanlarla ən gözəl bir şəkildə mübarizə edilməsi əmr edilər. Bu tərz yanaşma, onları İslama çəkəcək, İslama girməkdə çətinlik çəkməyəcəklər. Çünki, İslama girdikləri zaman Hz. Musanı, Hz. İsanı rədd etmələri lazım deyil... Beləcə, son peyğəmbərin dininə tabe olacaqlar və təhrif edilmiş bir dinin mənsubu olmaqdan xilas olacaqlar.



    Qurani Kərim, xristianların yəhudilərə nisbətlə İslama daha yaxın olduğunu bildirər: "Yəhudi və müşrikləri möminlərlə ən çox düşmənlik edən kəslər olaraq görəcəksiniz. ‘Biz xristianıq' deyənləri də, möminlərə sevgidə ən yaxın kəslər olaraq görəcəksiniz. Çünki, onların içində elmli keşişlər və ruhanilərlər var və bir də onlar böyüklənməzlər." (Maidə surəsi, 82)



    Tarix, üstdəki ayənin bir isbatıdır. Yəhudilərdən İslama girənlər barmaqla göstəriləcək qədər azdır. Lakin Xristianlardan bir çox kimsə, araşdırmaları nəticəsində İslamı seçmişlər. Bu gün Avropada Xristian əslli Müsəlmanların sayı, yüz minləri keçməkdədir. Yenə Avropada bir çox kilsə, məscid halına gətirilmiş və bunlar İslami fəaliyyət mərkəzləri olaraq xidmət etməkdədirlər.



    Xristian ölkələrdə İslami fəaliyyətlərin gözəl nəticələri gözlə görülən bir reallıq olduğu kimi, bu ölkələrin idarəçilərinin İslam əleyhində tutumları da yenə bir reallıqdır.

    İnsaflı əhli Kitabla ən gözəl bir mübarizəni əmr edən Cənabı Haqq, bu ayədə də onların zalım qisimiylə əlaqədar hökmü bildirər:

    "Əhli Kitabdan Allaha və axirət gününə inanmayan, Allah və Rəsulunun haram etdiklərini haram qəbul etməyən və Haqq dini din olaraq seçməyənlərlə, onlar zəlil vəziyyətdə öz əlləriylə ‘cizyə' verənə qədər döyüşün." (Tövbə surəsi, 29)



    Ayədə sayılan xüsusiyyətlər, "Bütün əhli kitabı içinə alarmı, yoxsa almazmı?" məsələsi zaman zaman mübahisə mövzusu olmaqdadır." (4) Ayənin " əhli Kitabın hamısıyla, onlar cizyə verənə qədər döyüşün" deməyib, "əhli kitabdan bu xüsusiyyətdə olanlarla döyüşün." deməsi, hərhalda gözdən uzaq tutulmamalıdır. (5) Rəsulullahın tətbiqi də bu tərzdə olmuşdur. Hz. Peyğəmbər, İslamın Məkkə dövründə bəzi Müsəlmanları Xristian bir ölkə olan Həbəşistana göndərmiş, orada rahatlayacaqlarını söyləmişdir. Mədinə dövründə isə, həm Yəhudi həm də Xristianlarla dialoqa girmiş, onlara Allahın dinini izah etmiş, özlərini razı olmağa çalışmışdır. Bunun nəticəsində əhli Kitabdan İslama girənlər olmuşdur.



    Quranın ifadə etdiyi kimi, "əhli Kitabın hamısı bir deyil" (Al-İmran surəsi, 113). Onların hamısını eyni kateqoriyada görmək, Quranı və tarixi reallığa müxalifdir. "Yəhudi və Xristianları dost etməyin. Onlar bir-birinin dostudurlar. İçinizdən kim onları dost etsə, o da onlardandır. Allah zalım birliyə hidayət etməz" (Maidə surəsi, 51) ayəsi, onlarla dialoqa və bəşəri əlaqələrə mane deyil. Necə ki, əhli Kitabdan qız almaq, Quranın hökmüylə sabitdir. (Maidə surəsi, 5).



    Həmdi Yazar, üstdəki ayə ilə əlaqədar belə deyər: Möminlər, Yəhudi və Xristianlara yaxşılıq etməkdən, dostluq etməkdən, onlara idarəçi olmaqdan məhrum edilməmiş, onları vəli etməkdən nəhy edilmişlər. Çünki onlar, möminlərə yar olmazlar. (6)

    Məsələni bu şəkildə yekunlaşdırmaq mümkündür: Onlarla bəşəri əlaqələrdə olmaq ayrı, onların din-ənənə və adətlərinə heyran qalmaq ayrıdır. Birincisi Quranın nəhyinə daxil deyilkən, ikincisi qətiliklə qadağan edilmişdir.



    Qaynaqlar:

    1-Yazır, II, 1132

    2-Razi, XVI, 37

    3-Həmdi Yazar, IV, 2512

    4-Razi, X, 333; Qutb, III, 1631-1634

    5-Ateş, III, 1133-1134

    6-Beydavi, II, 211

    Menbe:suallarlaislam.com
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Əhli kitab nə deməkdir?

    Dində mübahisə yoxdur,mən onlarla,xristianlarla yəni çox zaman din haqqinda müzakirələr apariram..Amma nə desəm yalan çixarirlar,düzgün olmayan qaydalardan elə danişarlar ki,söz tapib deyə bilmirsən,hətta hərdən dinimizdən də səhv tapib çixarirlar,hərdən onlara inanmadiğimda mənə öz dinlərindən olan kitab verirlər,oxuduqda adam dəhşətə gəlir..İsusu Allah ediblər,Moxammed də deyəndə başlarina elə bil daş düşür,deyirəm sizin dininizə hörmətlə yanaşiram,bəs nə üçün Məhəmməd peygəmbərimizin adini çəkəndə əsəb olursunuz..!
    Ölüsünü spirtli içkilərlə tost deyib ziyarətinə gedən millətə nə deyəsən?Allaha agir getməsin onlarin pasxalarinda bomjlar,alkaşlar qəbirsanliq dolu olur,ziyarətçilərdən artiq qalmiş işkiləri içmək üçün...
    Nə isə..Onlarla müzakirə yersizdir..

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  3. #3
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Əhli kitab nə deməkdir?

    Alıntı canbell Nickli Üyeden Alıntı
    Dində mübahisə yoxdur,mən onlarla,xristianlarla yəni çox zaman din haqqinda müzakirələr apariram..Amma nə desəm yalan çixarirlar,düzgün olmayan qaydalardan elə danişarlar ki,söz tapib deyə bilmirsən,hətta hərdən dinimizdən də səhv tapib çixarirlar,hərdən onlara inanmadiğimda mənə öz dinlərindən olan kitab verirlər,oxuduqda adam dəhşətə gəlir..İsusu Allah ediblər,Moxammed də deyəndə başlarina elə bil daş düşür,deyirəm sizin dininizə hörmətlə yanaşiram,bəs nə üçün Məhəmməd peygəmbərimizin adini çəkəndə əsəb olursunuz..!
    Ölüsünü spirtli içkilərlə tost deyib ziyarətinə gedən millətə nə deyəsən?Allaha agir getməsin onlarin pasxalarinda bomjlar,alkaşlar qəbirsanliq dolu olur,ziyarətçilərdən artiq qalmiş işkiləri içmək üçün...
    Nə isə..Onlarla müzakirə yersizdir..
    Sen fikir verme onlara.Her milletin dinine hormetle yanasmaq lazimdir.Isa peygember onlar adlandiran kimi ne Allahdir nede Allahin oglu.Allaha yaxin olan bir peygemberdir.Isa peygember de Allahin elcisidi ve bu dunyaya bir din yaymaq ucun gonderilib.Butun peygemberlere inanmaq her bir muselmanin borcudur.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Əhli kitab nə deməkdir?

    Allahın işine sual olunmaz Rabbim herseyı vaxti zamanı geldıgınde verıyor ve gösterıyor En son kıtap olarak incilide indirebılırdı ya da tevratı ama hepsini zamanla ve sırasıyla yaratmıs rabbim en son Kur'anı Kerim ve muslumanlıgı nasip etmiş bizlere ELHAMDÜLlİLAH Müslümanız... Ben bakarım Allah'ın emırlerıne yasaklarına uyabılıyormuyum baska dınler de olanları dusunmuyorum cunku herkesın dını,sevabı ve gunahı kendıne....Movzu ıcın sagolun bazı seylerı ögrenmıs olduk
    HaKKım heLaL,Sewqim haRam oLsun

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.