2 sonuçtan 1 ile 2 arası

İlahi yüksəliş: Merac

  1. #1
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.430

    İlahi yüksəliş: Merac

    Kainatın éfəndisinin (s.ə.s.) ən böyük möcüzələrindən biri də meracdır. Bu sözün lüğət mənası “çıxmaq, yüksəlmək” deməkdir. Hicrətdən 2-3 il əvvəl Hz. Məhəmməd (s.ə.s.) Sonsuz Qüdrət Sahibinin (c.c.) iradəsi ilə səmalara yüksələrək Merac hadisəsini gerçəkləşdirdi. Həmin vaxt gecə saatlarında Rəsuli ékrəm vəhy mələyi Cəbrayılın gətirdiyi Buraq adlı miniklə Məkkədən Qüdsə getdi və Qüdsdə yerləşən Məscidi-Aqsada bütün peyğəmbərlərə namaz qıldırdı. Oradan da Cəbrayılla göylərə yüksəldi. Səmanın birinci qatında Hz. Məhəmməd (s.ə.s.) Hz. Adəmlə (ə.s.) görüşdü. İkinci qatda Hz. Yəhya və Hz. İsa (ə.s.), üçüncü qatda Hz. Yusif (ə.s.), dördüncüdə Hz.İdris (ə.s.), beşincidə Hz. Harun (ə.s.), altıncıda Hz. Musa (ə.s.) və yeddincidə Hz. İbrahim (ə.s.) ilə görüşdü. Bu qatlar qurtardıqdan sonra Hz. Cəbrayıl Kainatın éfəndisinə dedi: “égər buradan etibarən bir addım da irəli atsam, kül olaram”. Bundan sonrakı məsafəni Hz. Məhəmməd (s.ə.s.) təkbaşına qət etdi. Cəbrayılın həmin məsafəni gedə bilməməsi ona işarədir ki, Peyğəmbər éfəndimiz mələklərdən də üstündür. Daha sonra Rəsulullah (s.ə.s.) Allahın (c.c.) camalını gördü.

    Kainatın éfəndisi Meraca vücudu ilə bərabər qalxmışdı. O, yenidən yatağına qayıdanda yatdığı yer öz istiliyini itirməmişdi. Bu o demək idi ki, Merac möcüzəsi gerçəkləşərkən Allah (c.c.) bütün səbəbləri, zaman və məkan anlayışını ortadan qaldırmışdı. Ona görə də bu hadisəni eşidən bəzi səhabilər belə möcüzəni müəyyən tərəddüddən sonra qəbul etmişdilər. Yalnız Hz. ébu Bəkir (r.a.) bu hadisəni eşidəndə belə münasibət bildirmişdi: “égər O söyləyirsə, doğrudur”. Bu münasibəti ona “Siddiq” (təsdiqləyən) ünvanını qazandırdı.

    Meracda Peyğəmbərimizə üç hədiyyə verildi:

    1. Bəqərə surəsinin son ayələri (Amənərrəsulu)

    2. Allaha (c.c.) şərik qoşmayan bütün insanların Cənnətə girəcəyi müjdəsi.

    3. Namaz.

    Bir hədisi-şərifdə buyurulur: “Namaz möminin meracıdır”. Təbii ki, burada möminlərin cismən meracından deyil, ruhi yüksəlişindən, Allaha (c.c.) yaxınlaşmasından söhbət gedir.

    Qur`ani-Kərimdə meracdan bəhs edən ayələr ümumiləşdirilsə, bu hökmlər diqqəti cəlb edər:

    - Allaha (c.c.) şərik qoşmamaq.

    - Ata-anaya hörmət və itaət etmək.

    - Qohum-əqrəbaya, kasıba, qürbətdə olanlara yardım etmək.

    - İsrafa yol verməmək.

    - Övladlarını öldürməmək.

    - Zinaya yaxınlaşmamaq.

    - Nahaq yerə heç kimi öldürməmək.

    - Yetimlərə yaxşı baxmaq.

    - Söz verəndə yerinə yetirmək.

    - Yer üzündə qürurlu yeriməmək.

    - Doğruluğa riayət etmək.

    - Kor-koranə təqlidçilikdən uzaq olmaq.

    Bu on iki hökm Hz. Musaya (r.a.) Cənabi Allah (c.c.) tərəfindən verilən on əmrin daha təkmil formasıdır.

    Merac möcüzəsi barədə İsra surəsində buyurulub:

    “Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri) göstərmək üçün bəndəsini (Peyğəmbər éleyhissəlamı) bir gecə (Məkkədəki) Məscidül-Həramdan ətrafını mübarək etdiyimiz (hərəkət verdiyimiz) Məscidül-Əqsaya (Beytül-Müqəddəsə) aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidən və biləndir!”

    Xatırladaq ki, Hz. İbrahim (ə.s.), Hz. Yaqub (ə.s.), Hz. Musa (ə.s.) və Hz. İsa (ə.s.) da ilahi seyrlərə nail olmuş peyğəmbərlərdir. Ancaq, Hz. Məhəmmədin (s.ə.s.) Meracı onlardan daha hərtərəfli olub.


    Zaman
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  2. #2
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Re: İlahi yüksəliş: Merac

    bu deyerli movzuya gore cox..... mersi

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.