8 sonuçtan 1 ile 8 arası

Qadın hüquqları

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jun 2010
    Mesajlar
    594

    Qadın hüquqları

    Mentalitet niyə ev işlərini qadının üstünə atır?

    Mentalitetə gəlincə, nəyə görəsə Azərbaycan ailələrində belə bir fikir kök salıb ki, qadın mütləq ev işləri ilə məşğul olmalıdır. Amma zəmanə dəyişdikcə, baxışlar da müasirləşir. Artıq çoxları etiraf edir ki, həmin fikir qədim dövrlərdə – kişilərin pul dalınca qaçdığı, qadınların isə evdə oturduğu vaxtlara daha çox uyğun gəlirdi. Təbii, evdə oturan adamın onun səliqə-sahmanına riayət etməsi daha ağlabatan olardı. İndi isə Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə qadınlar da özəl və dövlət müəssisələrində çalışır, evə çörəkpulu gətirirlər. Onlar da güclü cins nümayəndələri kimi səhər evdən çıxıb axşam əzgin, yorğun halda öz ocaqlarına qayıdırlar. Buna baxmayaraq, əksər xanımlar evdə də dincələ bilmirlər: müəllimələr tələbə hazırlaşdırır, həkimlər xəstə qəbul edir, tibb bacıları iynə vurur, dizaynerlər eskizlər hazırlayır və s. Belə olan təqdirdə, qadınların artıq ikiqat deyil, hətta üçqat yüklənməsi, bundan sonra da kişinin evə gəlib xörəyin bir qədər duzlu olması, çayın yaxşı dəm almamasına görə söz-söhbət salması ən azından haqsız görünür.
    “Günah kişilərdə deyil, qadınların özlərindədir!”

    Qadın Hüquqları üzrə Azərbaycanın Avropa Şurası üzrə məruzəçisi, millət vəkili Gülər Əhmədovanın fikrincə, əgər ailədə iqtisadi məqamı hər hansı tərəf öz üzərinə götürürsə, sosial və məişət problemlərinin həlli ilə mütləq digər tərəf məşğul olmalıdır: “Yox əgər, ailədə həm ər, həm də arvad işləyirsə, o zaman sosial və məişət problemlərini hər ikisi birgə həll etməlidir. Qadın kişidən xahiş eləməməlidir ki, ev işlərində ona əl tutsun. Əksinə, kişi özü istər ev işlərində, istərsə də uşağın tərbiyəsində xanımına kömək etməlidir. Qadın qul deyil axı”. Gülər Əhmədovanın fikrincə, kişilərin öz xanımına belə münasibət bəsləməsinin günahı kişilərdə deyil, qadınların özlərindədir: “Ana oğlan uşağını düzgün tərbiyə eləmir - qız işləri görmə, qız kimi ağlama, nə bilim nə. Evdə anasına kömək edən oğlana pis baxırlar, deyirlər, filankəs “qızbibi”dir. Həmin oğlan da gələcəkdə öz ailəsində ev işləri ilə məşğul olmağı ayıb sayır”.
    “Kişi paltar yumamalıdır”


    İşləyən qadının üzərinə çox yük düşür: “Qadın işdən tələsik evə gəlir, iş-güc görür, ərinə, uşaqlara qulluq edir. Təbii ki, qadın daha çox fiziki və mənəvi əziyyət çəkir. Bu əziyyətlər zaman-zaman qadının vaxtından tez qocalmasına, səhhətində problemlərin yaranmasına gətirib çıxarır. Mən onun tərəfdarı deyiləm ki, kişi evdə paltar yusun, ev süpürsün. Amma qadının əziyyətinin azaldılması üçün nə isə tədbir görməlidir”.

    İslama görəsə - kişi qadının xidmətçisi olmalıdır
    Maraqlısı odur ki, çoxlarının gerilik kimi qiymətləndirdiyi İslam dinində bu məsələlərə tamamilə fərqli baxış var. İslama görə qadının istəyi olmadan kəsilən kəbin batildir. Əgər ata qızını zorla kiməsə ərə verərsə (indi Azərbaycanda hər gün belə halların şahidi olmaq mümkündür) onda həmin evlilik qanuni sayılmır, bu əlaqə zina kimi qiymətləndirilir.
    Ekspert iddia edir ki, indi İslamın qaydaları ilə Azərbaycandakı adət-ənənələr qarışıq salınır. Çox vaxt kişilər öz rahatlığı üçün dini bəhanə gətirirlər. Halbuki, İslam qadınlara çox geniş hüquqlar verir: “İslama görə, kişinin haqqı yoxdur qadından paltar yumağı, yemək bişirməyi tələb etsin. Əksinə, kişi qadının xidmətçisi olmalıdır – onun ruzisini qazanmalıdır, qayğısına qalmalıdır. Hətta doğulan uşaq üçün də sonradan məsuliyyəti kişi daşıyır. Qadın körpəyə süd verdiyi üçün ərindən pul tələb edə bilər. Bu, onun haqqıdır. Qadının borcu deyil körpəni tək saxlasın. O, ərindən dayə tutulmasını istəyə bilər”.

    İslam qadına daha çox hüquq verir

    Müasir hüquqa nisbətdə İslam qadına boşanan zaman daha böyük hüquqlar verir. İndiki nikah müqaviləsini - qədimdə mehriyyə tələbini misal çəkmək olar. Mircəfər Əyyubovun sözlərinə görə, qadın ailə qurarkən kişinin qarşısında şərt qoya, yüksək məbləğdə mehriyyə (boşananda qadına ödənilən məbləğ) tələb edə bilər: “Dəfələrlə elə olur ki, evlənən zaman qadınlara mehriyyə tələbi qoymağı təklif edirik. Amma bizim xanımlar romantik hisslərə üstünlük verirlər, heç nə istəmirlər. Axırda özümüz məcbur olub hansısa simvolik rəqəm yazırıq. Bir də görürsən hansısa xarici vətəndaş gəlib burda ailə quranda yüksək məbləğli mehriyyəyə razı olur. Amma bizim qadınlar bunu istəmirlər. İslama görə qadın hətta kişinin icazəsi olmadan da ondan boşana bilər. Allah-təalanın ən nifrət etdiyi halal iş qadınla kişinin boşanmasıdır. Amma buna maneçilik törətmək də düzgün deyil. İslamda qadın həmişə möhtərəmdir. İstər dul olsun, istər bakirə, istərsə də 5 dəfə ərə getmiş olsun. Amma bizim cəmiyyətdə qadın bir dəfə ərə gedib boşandısa, vəssalam, ona pis yanaşırlar”. “Heyf ki, evlənəndə İslamı qabağa çəkirlər, guya din azyaşlı qızların ərə verilməsinə icazə verir. Amma boşananda qadını heç nəsiz buraxırlar, uşaqların taleyi ilə maraqlanmırlar. Təəssüf ki, bu gün kişilər islamın özlərinə sərf edən tərəfindən yararlanırlar. Özlərinə sərf etməyən məsələlərin isə İslamda yazılmasını unudurlar”.

    Kişi bazarlıq eləsin, qadın ev yığışdırsın

    Səhərdən axşama kimi dayanmadan işləyən qadın nə etməlidir? Axı onun da gündə heç olmasa 1 saat dincəlməyə haqqı çatır. Hər gün əri tərəfindən hüquqları pozulan qadın bu vəziyyətdən necə çıxış yolu əldə etməlidir? “Əgər həm kişi, həm də qadın eyni saatda evdən çıxıb, axşam da eyni vaxta evə gələrsə, onda işləri bölüşdürməlidirlər. Məsələn, bazarlığı, işıq, qaz və s. bu kimi sahələrdə yaranan problemləri kişi həll edə, ev işlərini isə qadın görə bilər”.
    Azərbaycan türk kişilərində ev işləri görmək ənənəsi yoxdur və yaxın illərdə formalaşacağı da gözlənilmir: “Amma çox maraqlıdır ki, Cənubi Azərbaycanda yaşayan həmvətənlərimizdə qadına yüksək münasibət var. Təsəvvür eləyin, evdə qadın əyləşib, qonaqlara evin kişisi qulluq edir. Görün, qadına necə yüksək münasibət bəsləyirlər?! Sadəcə olaraq, biz buna alışmamışıq”. Yeri gəlmişkən, qonşu Rusiyada çoxuşaqlı evdar qadınlara maaş verilməsi haqda qanun layihəsi hazırlanır. Maaşın məbləği hələ müəyyənləşdirilməyib. Bu layihə qüvvəyə minəndən sonra evdar qadınların əmək stajı da hesablanacaq. Onlar hər ay əmək haqlarından Təqaüd Fonduna da pul köçürəcəklər...


    Kişi nə iş görməlidir, qadın nə?

    Əslində, qanunlarımız “kişi və qadın işi” kimi hansısa peşə və ya ixtisasa fərq qoymur. “Gender bərabərliyi haqqında” qanuna görə, hətta hər hansı işə girəndə şəxsə məhz qadın, ya da kişi olduğuna görə etiraz edilməsi qanun pozuntusu sayılır və buna görə işə götürənlər məsuliyyət daşıyırlar.

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Yer
    Baki
    Mesajlar
    357

    Re: Qadın hüquqları

    Senin sozlerinden bele cixir ki siz qadinlar gelib oturmalidir biz kiwilerin boynunda eger qadin ev ishleri gormurse onda kiwi neye gore evlenmelidir ele alar ozucun bir paltaryuyan ve bir qabyuyan masin ve belece xerci de az cixar.
    Zaman daralır......

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Jun 2010
    Mesajlar
    594

    Re: Qadın hüquqları

    Hər kişinin düşüncələri sizin düşüncərəriniz kimi deyil,qadinlara dəyər verən və onlara hörmət qoyan kişilər də var...Ailə qurulmur ki,qadin süpürgə olub bir tində dursun..!Burda söhbət qadin hüquqlarindan gedir.Nə deyirəm ki,fikirlərinizə hürmətlə yanaşiram.Zamani gələndə sizi idarə edəcək bir qab yuyan maşin,bir də paltar yuyan maşin alarsiniz..

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Yer
    Baki
    Mesajlar
    357

    Re: Qadın hüquqları

    Kiwi bir qurgu deyilki hansisa bir qadin onu idare etsin ve unutmayin ki kiwi qadindan hemiwe bir pille ustundur islamda bu bir faktdir
    Zaman daralır......

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Yer
    Baki
    Mesajlar
    357

    Re: Qadın hüquqları

    Allah qadini yeni Hevvani kiwinin yeni Ademin bir qabirgasindan yaratdi ve mehz qadin(Hevva),kiwinin(Ademin)cennet baglarindan Allah terefinden qovulmasina sebeb oldu
    Zaman daralır......

  6. #6
    Senior Member
    Üyelik tarihi
    Jun 2010
    Mesajlar
    594

    Re: Qadın hüquqları

    Alıntı vacuum Nickli Üyeden Alıntı
    Kiwi bir qurgu deyilki hansisa bir qadin onu idare etsin ve unutmayin ki kiwi qadindan hemiwe bir pille ustundur islamda bu bir faktdir
    Mən demədim ki,kişilər robotdur ya qurgudurlar,necə bir pillə üstündürlərsə həmişə kiməsə ehtiyaclari var..Nə isə, pillədən danişmayacam...Deməli sənin fikrinlə belə çixir ki,bu sadaladiğimiz texnikalar var deyə artiq ailə qurmağa ehtiyac qalmayib?Çox yazmayacam,amma onu deyəcəm ki,get dediyin konstitutsiyadan tutmuş butun qadin hüquqlari sahələrinə aid lazimi qaydalari oxu sonra gələrsən,fikrini də bildirərsən sonra...

  7. #7
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Yer
    Baki
    Mesajlar
    357

    Re: Qadın hüquqları

    Teessuf ki konstitusiyada sirf qadin huquqlari ile bagli madde yoxdur yalnzi 25-ci maddede kiwi ve qadinlarin huquq beraberliyi haqqinda melumat verilir
    Zaman daralır......

  8. #8
    Senior Member
    Üyelik tarihi
    Jun 2010
    Mesajlar
    594

    Re: Qadın hüquqları

    Hmm əsas odur ki,sənə lazim olan huquq bərabərliyi haqda var..O zaman oxu.!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.