Tanrim hər kəsə şərəfli laiqli ölüm versin.Vətən ugrunda ölməkdən qorxmaq lazim deyil.Şəhidlərə ölü deməyin onlar diridirlər siz görmürsüz.
2 sonuçtan 1 ile 2 arası
-
05-22-2010, 08:55 PM #1Senior Member
- Üyelik tarihi
- Aug 2009
- Yer
- RUS
- Mesajlar
- 156
OLUM SONDUR, YOXSA BASLANĞIC...
Nə üçün insanların çoxu ölümdən qorxur?
Ölüm insanların gözünə həmişə vəhşətli bir şey kimi görünür. Ölüm haqqında düşünmək həyatın şirin şərbətinin dadını aparır. İnsanlar təkcə ölümün adından qorxmur, hətta qəbirstanlıq sözündən də çəkinirlər, qəbirləri zinətləndirməklə onun əsl mahiyyətini yox etmək istəyirlər. Ölümdən bu cür qorxu dünyanın müxtəlif ədəbiyyatlarında da gözə çarpır və ölüm «ölüm nəhəngi», «ölüm caynaqları», «əcəl zəngi» və bu kimi ifadələrlə adlanır. Bir ölünün adını çəkmək istədikdə «bizdən iraq», «ömrün uzun olsun», «Allah göstərməsin» və bu kimi ifadələrlə dinləyən şəxsin fikrini ölümdən yayındırmaq istəyirlər.
Gəlin müəyyən edək, görək, insanlar ölümdən nə üçün (hətta ölümün adından) qorxurlar? Nəyə görə ölümdən qorxan insanlardan fərqli olaraq başqa bir qism ölümü qarşılayır, ölüm adı gəldikdə qoxmur, əksinə xoşhal olurlar?
Tarixdə oxuyuruq ki, bəzi insanlar «dirilik suyu», «cavanlıq suyu» kimi ömrü uzadan şeylərin ardınca getmiş, bəziləri isə şərəfli cihad meydanlarına qədəm basmış və ölümlə üz-üzə gəlmişlər. Bəzən insanlar ömrləri uzun olduğundan, Allah hüzuruna gedən günlərini (ölümü) arzulayırlar. İndiki zamanda da haqq ilə batilin vuruş meydanlarında bu cür insanlar çoxdur. (Din, vətən, namus uğrundaayağa qalxıb şəhadətə nail olan insanlar indi də az deyil. Azərbaycanın ayrılmaz hissəsi olan doğma Qarabağda şəhid olan igidlərimiz buna bir nümunədirlər (mütərcimdən).
Bu qorxunun səbəbi
Araşdırma və tədqiqatlardan belə məlum olur ki, bu qorxunun əsas səbəbi
iki şeydir.
1. Ölümü fəna və puçluq mənasında təfsir etmək
İnsan həmişə yoxluqlardan uzaq olmağa çalışır. Xəstəlikdən uzaq olmaq istəyir, çünki xəstəlik sağlamlığın olmamasıdır. Qaranlıqdan, zülmətdən uzaq gəzir, çünki o, nur və işığın yoxluğudur. Hətta boş bir evdən, boş səhradan qaçmağa çalışır, çünki orada heç bir insan yoxdur. Təəccüblü budur ki, insan gecəni ölü ilə bir otaqda qalmağa da hazır deyil. Halbuki, həmin ölünün sağlığında ondan qorxmur və gecələri onunla bir yerdə keçirirdi.
İndi görək, insanın yoxluqdan kənar gəzməsinin səbəbi nədir? Cavab məlumdur. Çünki varlıq varlıqla tanışdır. Varlıq yoxluqla heç zaman tanış olmamışdır. Deməli, insanların yoxluqdan qaçması təbii bir işdir. Əgər ölümü hər şeyin sonu hesab etsək, ölümdən qorxmağa haqqımız var. Hətta onun adından qorxmağa da haqqımız olar. Çünki ölüm hər şeyi bizim əlimizdən alır və bizi puçluğa aparır. Yox, əgər ölümü yeni bir həyatın başlancığı bilsək, onda nəinki ölümdən qorxmamalıyıq, əksinə, şərəfli ölümə doğru addım atanları alqışlamalıyıq.
2. Nameyi-əməlın çirkinliyi
Bəzi insanlar ölümü fəna hesab etməmələrinə baxmayaraq, yenə də ölümdən qorxurlar. Səbəbi də budur ki, onların əməl dəftərləri çirklənib qaralmışdır. Onlar günahlarının nəticəsində düçar olacaqları acınacaqlı əzablardan qorxurlar. Onlar ölümdən qorxmaqda haqlıdırlar. Bu cür şəxslər zindandan kənara çıxarılan təhlükəli canilərə bənzəyirlər. Bu canilər bilirlər ki, nə vaxt onları zindandan qırağa çıxartsalar, dar ağacına aparacaqlar. Belə vəziyyətdə onlar zindanın dəmir qapılarından yapışıb qırağa çıxmaq istəmirlər. Onlar azadlıqdan yox, aqibəti edamla nəticələnəcək azadlıqdan qorxurlar. Ölümü fəna bilməyən, lakin ondan qorxanlar da bu cürdürlər. Onlar ruhlarının dar qəfəsdən azad olmasından qorxmurlar, sonradan başları çəkəcək əzabladan qorxurlar. Ancaq onu fəna bilməyən və çirkin əməl dəftərinə malik olmayan şəxslərin ölümdən qorxmağının nə mənası var? (Şübhəsiz ki, bu cür şəxslər ölümdən qorxmurlar.) Bu cür insanlar dünya həyatından bəhrələnir və yeni həyatları üçün hazırlıq görürlər. Bu dünyadakı həyatlarından gələcək həyatları üçün çoxlu ehtiyat götürmək məqsədi ilə Allahın razı olduğu yolda ölümün qarşısına çıxır və onu qarşılayırlar.HeYaTiN DoZuLmEz OlMaMaSi UcUn 2 ShEyE aLiShMaQ LaZiMdIr : ZaMaNiN VuRdUgU YaRaLaRa ve iNsAnLaRiN EdAlEtSiZlIyInE...
-
05-22-2010, 09:46 PM #2
Re: OLUM SONDUR, YOXSA BASLANĞIC...


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri