1 sonuçtan 1 ile 1 arası
-
05-18-2010, 11:41 PM #1
Səhv səcdəsi
Namaz qılan şəxs 5 şey üçün səhv səcdəsi etməlidir:
1. namaz əsnasında səhvən danışsa (bilərəkdən danışma namazı batil edər);
2. namazın salamını verməli olmadığı yerdə səhvən salam desə;
3. təşəhhüdü unutsa;
4. 4 rükətli namazda 2-ci səcdədən sonra 4, və ya 5 rükət qılması barədə şəkk etsə;
5. səcdənin birini unudarsa, yaxud ayaq üstə durmalı olduğu halda səhvən oturarsa və ya oturmalı olduğu yerdə səhvən ayağa qalxarsa.
Səhv səcdəsinin qaydası:
Namazın salamından sonra dərhal səhv səcdəsi niyyəti edilir və alın səcdəsi səhih olan bir şeyin üzərinə qoyulub deyilir:
“Bismilləhi və billəhi, əssələmu aleykə əyyuhən-nəbiyyu və rahmətullahi və bərakətuh”. Bundan sonra oturub 2-ci dəfə səcdəyə getmək və birinci səcdədə oxunan zikri yenidən oxuyaraq qalxmaq, daha sonra isə təşəhhüdü oxuyub salam verməklə səhv səcdəsini tamamlamaq lazimdır.
ALLAH bütün namazlarınızı qəbul etsin!!

LinkBack URL
About LinkBacks





Alıntı ile cevapla
Yer imleri