Bele bir deyim var:cavahir toz torpaqa batsada yene qiymetini itirmez,toz-torpaq goye qalxsada yene qiymete minmez.
Bizim kiminse haqqinda qeybet elemeyimiz(pisliyine danishmaq ve ya her hansi hereketin subyektiv fikirlerle pis terefe yozmaq) onu pis ve ya yaxshi adam olmasindan asili olmayaraq deyishen deyil.Eksine,her kes oz dilinin altinda gizlenir.Senin yaninda kiminse qeybetin eden kiminse yaninda senin qeybetini elemediyine nece emin ola bilersen?
Allah razi olsun gozel movzular ucun.
4 sonuçtan 1 ile 4 arası
-
05-12-2010, 01:39 AM #1
Qiybət etmək
QİYBƏT ETMƏK
Bir çox müsəlmanlar xaricdən gələn ətləri yeməkdən imtina edirlər, bə'ziləri onun halal-haram olduğunu soruşur, bə'ziləri şəriət yolu iləmi kəsildiyini soruşur, bə'zilər necə konservləşdirilməsindən şübhələnir. Bu gözəl təşəbbüsdür, haramdan uzaq olmaq üçün müsəlmana yaraşan bir addımdır. Lakin çoxları unudurlarkı onlar, bə'zən ən çirkin ətləri bilmədən yeyirlər. ALLAH TƏALA Əl-Hucurat surəsinin 12-ci ayəsində buyurmuşdur ki; ((Sizdən biriniz ölmüş qardaşının ətindən yeməyi sevirsinizmi)).
Bəli məhz belə müraciət etmişdir aləmlərin Rəbbi, ölmüş qardaşın əti. Bunu insan adi gözlə görmür, amma o bunu edir. Bu çirkin əməlin necə təhlükəli və böyük günah olduğu bir çox ayə və hədislərdə qeyd edilmişdir.
İbn Məs'uddan (r.a) rəvayət olunurki: ((Biz Peyğəmbərimizlə (s.a.s) idik, bir kişi qalxıb getdi, başqa birisi isə həmin çıxıb gedən kişi haqqında (mənfi və pis şeylər) danışdı. Peyğəmbər (s.a.s) ona: Ağzını yaxala - dedi. O da: Nədən ağzımı yaxalayım? Ət yeməmişəmki. Peyğəmbər dedi: Sən qardaşının ətini yedin.))
Təəssüflər olsun ki, artıq bu əməli indiki zamanda günah saymırlar. O qədər intişar edib və müsəlmanlar arasında yayılıb ki, bunun təhlükəsini də dərk etmirlər. Onlara bunun haram olduğunu söyləyəndə də deyirlər ki, bəs indi biz söhbət eləməyək?!
İlahi! Sanki başqalarının arxasından danışmaqdan başqa söhbət yoxdur, məhz ALLAHın haram buyurduğu əmri rədd edərək qiybət edirlər. Əl-Buxari rəvayət etmişdir ki, Peyğəmbərimiz (s.a.s) belə buyurub: (( ALLAHa və Qiyamət gününə inanan şəxs ya xeyir söyləsin, ya da sussun!))
Amma maraqlısı odur ki, islam dininin gözəl əxlaqlarını bilməyən şəxslər bu günahı edə bilər, bəs qiybətin haram olduğunu bilənlər və hamımızın dindar saydığımız möminlər bu işə necə cürət edirlər?! Baxın görün bu, mömin yoldaşlar arasında necə baş verir:
- Dost-tanışlar qiybət edərkən, yanlarında duraraq onlara bunu inkar etmirsən. Qorxursanki səndən xoşları gəlməz, sənə başqa gözlə baxarlar, yaxud səni aralarında qərib kimi qəbul edərlər.
- Başqasından xoşun gəlmirsə, ya ona acıqlısansa, onu qiybət edən olanda sevinirsən.
- Özünü başqasından üstün göstərmək üçün və başqasını gözdən salmaq üçün qiybətini edirsən.
- Gülüb-danışırsan, zarafat lağlağı edirsən, başqalarını güldürmək və ya əyləndirmək üçün kimlərsə haqqında danışırsan.
- Həsəd aparırsan kimsə tə'rif olunanda. Həsədinin ucbatından tə'rif olunan şəxsin mənfi cəhətlərini açmaq istəyirsən, gözdən salmaq istəyirsən.
- Boş vaxtı səmərəsiz və faydasız keçirmək, boş vaxtda ibadət və ya gözəl əməllərlə məşğul olmaqdansa, oturub başqaları haqqda lağlağı etmək. Bax bu zaman sən nəfsinə tabe olursan. Çünki sən nəfsini məşğul etməsən, o səni məşğul edəcəkdir.
- Müdürun kimdənsə xoşu gəlməyəndə məhz müdürün yanında özünü gözə soxmaq üçün, həmin şəxsin eyblərindən danışırsan.
Ey müsəlman! Bil ki, sən dost-tanışlarla, yoldaşlarla, yaxınlarla, qohum-ərabalarla, iş yoldaşlarınla və tanıdığın bütün insanlarla bu dünyanı yola verə bilərsən. Lakin unutma ki, sabah qiyamət günü onlar hamısı ALLAH qarşısında onlara etdiyin zülmün əvəzini istəyəcəklər.[
-
07-17-2010, 10:51 PM #2
Re: Qiybət etmək
-
07-18-2010, 02:44 PM #3Member
- Üyelik tarihi
- May 2010
- Mesajlar
- 62
Re: Qiybət etmək
İnsanlar qiybeti yaman sevir.
-
07-18-2010, 05:23 PM #4Senior Member
- Üyelik tarihi
- Jul 2009
- Mesajlar
- 701
Re: Qiybət etmək
Qiybet Pis Seydi Hec Kime Meslehet Gormurem)))
[


LinkBack URL
About LinkBacks





Alıntı ile cevapla
Yer imleri