Əla mövzudur təsəkkürlərYuxu haqda biologiya dərsindən keçmişəm, orda deyilir ki, yuxu zamani bədəndəki butun funksiyalar dayanir:eşitmə,görmə, hiss etmə, qoxu bilmə və.s. Elə bu biologiya,fizika,kimya,tarix və.s butun bunlardaki məlumatlar hamisi dindən götürülüb.
4 sonuçtan 1 ile 4 arası
-
05-12-2010, 12:36 AM #1
Yuxu da ölüm kimidir

Yuxuya kiçik ölüm adı da verilib. Həqiqətən yatmış insanla ölən arasındaki fərq çox da fərqli deyil. Məsələn: yatan insan eşitmir, ölən insan da həmçinin, yatan insan görmür, ölən insan da görmür və s. Oxşar cəhətləri misal çəkmək olar. Bunu daha yaxşı anlamaq üçün isə ALLAHIN Kitabına müraciət edək.
ALLAH ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır. [Zumər, 42]
Əbu Hüreyrə rəvayət edir ki, Peyğəmbər (s.a.s.) demişdir: Axır zaman yaxınlaşdıqda müsəlmanın gördüyü yuxular çox vaxt doğru çıxacaq. Ən doğru yuxuları ən doğru danışanlar görəcək. Müsəlmanın yuxusu peyğəmbər yuxusunun qırx beş hissəsindən biridir. Və ümumiyyətlə yuxu üç cür olur:
gözəl yuxu ALLAHdan gələn bir müjdədir;
xoşagəlməz yuxu şeytan tərəfindəndir;
və bir də insanın çox fikirləşdiyi bir şeyi yuxuda görməyi.
Hərgah sizdən biriniz xoşagəlməz bir yuxu görmüşdürsə, qalxıb ALLAHa dua etsin və bu yuxunu heç kəsə danışmasın. (Səhih Muslim)
Bir qadın Peyğəmbərin (s.a.s.) yanına gəlib dedi: Ey ALLAHın Elçisi! Yuxuda gördüm ki, Cənnətə düşmüşəm. Orada bir səs eşitdim ki, o səsdən Cənnət titrədi. Filankəsin oğlu filankəs, filankəsin oğlu filankəs deyilərək on iki kişinin adları sadalandı. Sonra onlar əyinlərindəki köhnə paltarda, boyun damarlarından da qan axa-axa gətirildi və deyildi: Aparın onları əl-Beydəc yaxud əl-Beydəh çayına! Onları gətirib bu çaya saldılar. Onlar çaydan çıxanda üzləri bədirlənmiş on dörd gecəlik ay kimi gözəl idilər. Sonra qızıldan olan kürsülər gətirildi və onlar bu kürsülərin üstündə əyləşdilər. Habelə boşqabda yemək də gətirildi və onlar bu yeməkdən yedilər. Üstəlik hansı böyrü üstə çevrilirdilərsə o tərəfdə də istədikləri meyvələrdən yeyirdilər
Elə bu vaxt Peyğəmbərin (s.a.s.) göndərdiyi qoşundan bir müjdəçi gəlib dedi: Başımıza belə-belə işlər gəldi. Filankəs, filankəs .... şəhid oldu. O, qadının dediyi adları bir-bir sadaladı. Peyğəmbər (s.a.s.) dedi: O qadını yanıma gətirin! Qadın onun yanına gəldikdə dedi: Yuxunu buna danış! Qadın gördüyü yuxunu danışdıqda müjdəci: Bəli, o dediyi kimidir dedi.
Buxarinin tələbələrindən biri rəvayət edir ki: Yatmışdım. Yuxuda gördüm ki, Peyğımbər s.ə.s. və səhabələr məhşərdə dayanıblar. Gözləyirlər. Peyğımbərə s.ə.s. salam verdim. O da mənim salamımı aldı. Dedim ki: Ya rəsulaallah nə istəyirsiniz? Nə üçün çıxıb getməyirsiniz? Mənə dedi ki: Biz Məhəmməd ibn İsmail əl Buxarini gözləyirik. Ayıldım gəldim Buxariyə bu şad xəbəri çatdırım. Sən demə həmən vaxt, Peyğəmbərin s.ə.s. məni müjdələdiyi vaxt o vəfat edibmiş.
[
-
05-12-2010, 10:50 AM #2Senior Member
- Üyelik tarihi
- Mar 2010
- Mesajlar
- 1.376
Re: Yuxu da ölüm kimidir

Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır
-
05-12-2010, 08:23 PM #3Moderator
- Üyelik tarihi
- Dec 2006
- Mesajlar
- 2.721
Re: Yuxu da ölüm kimidir
tesekkurler maraqli yazilardir, umumiyyetle yuxu felsefesi çox genishdir,
Zigmund Freydin de yuxu barede arashdirmalari maraqli olardi, o yuxunu insanda shuuraltinda gizlenmish arzularin ifadesi kimi sherh edib, eger elinizde varsa zehmet olmasa yerleshdirin, maraqla izlediyim sahedir.
-
05-12-2010, 08:37 PM #4Senior Member
- Üyelik tarihi
- Apr 2010
- Mesajlar
- 128
Re: Yuxu da ölüm kimidir
Hmm.....maraqli melumata gore twk qadasi..Bow yere demiyiblere ......"Yuxu ki4ik olumdur'...
EAST or WEST HOME is BEST..!!!!!!


LinkBack URL
About LinkBacks





Alıntı ile cevapla
Yuxu haqda biologiya dərsindən keçmişəm, orda deyilir ki, yuxu zamani bədəndəki butun funksiyalar dayanir:eşitmə,görmə, hiss etmə, qoxu bilmə və.s. Elə bu biologiya,fizika,kimya,tarix və.s butun bunlardaki məlumatlar hamisi dindən götürülüb.

Yer imleri