Quranda «Dində məcburiyyət - ikrah etdirmə yoxdur» məalında bir ayə var. Yəni insana onun xoşuna gəlməyən bir işi qəbul etdirmək, onu diksindirmək, ikrah yaratmaq olmaz. İstər dini qəbul etmək məsələsində, istərsə də qəbul etmiş insanların dini olan nəisə icrasında ikrahı məcburiyyəti Müqəddəs Kitabımız məqbul saymır.
Baqara surəsində deyilir: «Dində məcburiyyət yoxdur. Doğru yol azdıran yoldan ayrılıb aydınlaşıb. Kim bütləri inkar eləyib Allaha tapınarsa, artıq o Allahın qopmaz ipindən bərk yapışıb tutmuşdur. Allah eşidəndir hər şeyi, biləndir hər işi» (Baqara 256).
Din yol göstərmə, doğrunu əyridən, düzü yanlışdan, xeyiri şərdən seçmə üçün yardımdır. Seçim imkanına müdaxilədə Allah taala heç peyğəmbərimizə də səlahiyyət vermir. Çünki bir ayədə deyildiyi kimi, «Bu Quran bir öyüddür, aləmlərdən ötrüdür» (Yusuf 104). Hətta peyğəmbərimizə xəbərdarlıq da edilir: «İstəsəydi Rəbbin əgər yer üzündə kim varsa, hamılıqla iman gətirərdi Ona. Sənmi zor işlədirsən insanları gətirmək üçün?» (Yunus 99).
Quranda onu da oxuyuruq ki, peyğəmbərimiz insanların islama, imana gəlməsini, doğru yolu seçməsini nə qədər istəsə də, onlara nə qədər acısa da, bu, onlara təzyiq etmək, məcbur etmək həddinə çata bilməz: «Səndən üz çevirsələr, bilsinlər, Biz səni göndərməmişik göz qoyasan onlara. Sənin borcun yalnız bəyan eləməkdir verdiyimiz hökmləri» (Şura 48).
Başqa peyğəmbərlərin həyat və fəaliyyəti barədə Quran ayələrinə diqqət yetirəndə bunun hər zaman belə olduğunu görürük. Məsələn, Hud peyğəmbərin xitab elədiyi kütlə Allaha qarşı sayğısızlıq göstərirdi. Amma onların bu etirazları qabağında Hudun seçdiyi tövrə fikir verək: «Hud dedi: «Ey qövmüm, mən ağılsız deyiləm, Aləmlərin Rəbbinin göndərdiyi elçiyəm. Mən Rəbbimin sözlərini yetirirəm sizə, etibarlı öyüdlər verirəm sizə» (Əraf, 67-68). Eyni tərzi Saleh peyğəmbərin, bütün başqa peyğəmbərlərin də xitab etdiyi camaata münasibətində görürük: «Ey millətim! Mən sizə Rəbbimin risaləsini təbliğ etdim. Fəqət siz nəsihət edənləri sevməzsiniz?
Din və məcburiyyət???
Printable View
-
04-20-2010, 05:37 PMTutu20Din və məcburiyyət???
-
04-20-2010, 05:58 PMfidan494Re: Din və məcburiyyət???
çox sağolun, maraqlı ve aktual mövzulardan biridir.
Quranda çox gözel ifade edilmişdir ki, mecburiyyet qebuledilmezdir.
Bezi hallarda doğruluq ve haqq prinsipini esas tutanlar ne bahasına olursa olsun, zorakı yollarla insanları bir dinden çekindirib digerine celb etmeye çalışırlar. Ve ya sehv yoldan çekindirib düzgün yola yönlendirmeye cehd edirler. Bu meseleye tolerantlıq prinsipinden yanaşsaq, tolerantlığın haqqa ve gerçekliye engel töretmediyini görerik. İster haqqlı, isterse yanlış her kesin öz inancı vardır ve haqqın ve yanlışın yerlerini müeyyen eden heç bir instansiya mövcud deyil.
Müxtelif inancları müşahide ve tesbit etmekle, diger dinin insanları ile ve ya yanlış yolu tutduğunu hesab etdiyimiz insanlarla sivil dialoqa keçerek neticede doğru hesab etdiyimiz haqq yoluna o insanların könüllü olaraq keçmelerini temin etmek mümkündür. Fikrimce, münasib çıxış yolu bu cür ola biler.
Teşekkürler. -
04-20-2010, 07:33 PMkombat80Re: Din və məcburiyyət???
Fidan ve Tutu xanimlar men sizinle razi. Dinda mecburiyyet yoxdur. Ama Allah peygemberimize dediyi sozleri yalniz o emel etsin deye demirdi. Onun simasinda butun insanliqa catdirirdi. Ama yazdiqiniz bezi ayelerde biraz ixtilafa dusdum. Azerbaycanda qebul olunan bir iki quran Tercumesi vardir. Bunlardan Ziya Bunyadov-V Memmedeliyevin tercumeleri, Əlixan Musayevin tercumesi ve.s.
Sizin yazdiqiniz bir ayede peygembere xeberdarliq edildiyini misal getirdiyiniz ayede Yunus suresinin 99-cu ayesinde bele yazilib.
Hətta peyğəmbərimizə xəbərdarlıq da edilir: «İstəsəydi Rəbbin əgər yer üzündə kim varsa, hamılıqla iman gətirərdi Ona. Sənmi zor işlədirsən insanları gətirmək üçün?» (Yunus 99). Ama halbuki esl tercumede "senmi zor isledirsen" deyil "İnsanları mömin olmağa sənmi məcbur edəcəksən? olaraq keçir. Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları mömin olmağa sənmi məcbur edəcəksən?( Yunus 104) Her 3 tercumede bele yazilmisdir! Bu tercume ile o tercume arasinda diqqet etdinizse cox ferq var. Siz yazdiginiz tercumeden bele anlasilirki peygemper butun o muharibeleri haqsiz yere etmis, ve Allahu teala (c.c) ona tenbeh etmisdir. lakin yox Allahu tala Peygemberimizin simasinda butun beseriyyete oyut etdiyini goruruk ikinci tercumeden. Mecburriyyete qaldiqda ise dinde mecburiyyet din kamil edildikden sonra qadagan olundu.
Yeeni dediyim nedi. İslam dinimizi parcalamaq ucun bezi tercumeler edilir. Calisin hemise din haqda yazanda menbeli materiallara istinad edesiniz.
Ve qaldiki mecburiyyete. Beli mecburiyyet yoxdu. Amma insan onun tabeliyinde olan meselen oz usaqini ovretini dine getirmelidi. Mecbur etmek demiremki doymelidi yox. Neceki usaq ananin sozunden cixanda konfet yeye bilmir bax bezi xirda cezalarla bunu etmek olar.
Ama niyese heyatda adi seylerde bezi isler normal qarsilansada islama gelende bu boyuk facieimis kimi qeleme verilir.
Allah her seyin yaxsisini bilendir. Amin! -
04-21-2010, 04:33 AMRuzgar_GuluRe: Din və məcburiyyət???
men inceledim yunus suresinin 99.ve 104.ayetlerini burda daha net anlatıyor sanırım
Ve lev şâe rabbuke le âmene men fîl ardı kulluhum cemîâ(cemîân), e fe ente tukrihun nâse hattâ yekûnu mu’minîn(mu’minîne).
Ve şâyet senin Rabbin dileseydi, yeryüzünde olan kimselerin hepsi elbette topluca îmân ederlerdi. Yoksa sen, insanları mü'min(ler) oluncaya kadar zorlayacak mısın?
(yunus suresi 99)
Kul yâ eyyuhen nâsu in kuntum fî şekkin min dînî,fe lâ a’budullezîne ta’budûne min dûnillâhi, ve lâkin a’budullâhellezî yeteveffâkum, ve umirtu en ekûne minel mu’minîn(mu’minîne).
De ki: “Ey insanlar! Eğer benim dînimden (dînim hakkında) şüphe içinde oldunuzsa (olsanız da) ben, sizin Allah'tan başka taptıklarınıza tapmam. Ve lâkin sizi vefat ettirecek olan Allah'a kulluk ederim. Ve ben, mü'minlerden olmakla emrolundum.”
(yunus suresi 104) -
04-21-2010, 04:58 AMRuzgar_GuluRe: Din və məcburiyyət???
[
*İslam dini sevgi ve şefkati temel alan, barışa çağıran, Allah'a karşı mutlak samimiyet ve dürüstlük içinde yaşanmayı teşvik eden bir dindir. Dolayısıyla İslam dinini yaşayacak bir kimsenin severek ve isteyerek Müslüman olması, Allah'ın emir ve tavsiyelerini canı gönülden, kendi vicdani kanaati ile yerine getirmesi çok önemlidir
*İslam dini, güzellik ve sevgi dinidir. İslam dinini yaşayan insanlar, bu güzel dinin özünü ve derinliğini gördükleri için, Allah'a derin imanlarından dolayı bir heyecan ve şevk içinde olurlar. Bu, bir gönül kabulüdür. İslam'a olan bağlılığın kaynağı Allah'a olan aşktır. Bir Müslüman, Allah'a olan aşkı sebebiyle namaz kılar, Allah'a olan aşkından dolayı ibadetlerini yerine getirir ve Kuran'a göre yaşar. Allah, Kuran'da Müslümanların bu özelliğini "gönülden Allah'a yönelenler", "gönülden katıksız bağlılar" ifadeleriyle haber vermiştir..."
*“Dinde zorlama yoktur. Artık doğru ile yanlış birbirinden ayrılmıştır. Şeytanın yoluna uymayı reddedenler ve Allah’a inananlar, hiçbir zaman kopmayacak en sağlam dayanağa tutunmuşlardır. Allah her şeyi işitendir, her şeyi bilendir.” (Bakara 256)
Yukarıdaki ayet, Kur'an’ın en son inen ayetlerindendir. Bu ayetin belirttiğine göre İslam dininin amacı, yapmak istedikleri, nasıl bir yol ve yöntem izlediği net bir şekilde ortaya çıkmış bulunmaktadır. Kur’an’ın tamamlanmasıyla birlikte doğru ile yanlış, gündüz ile gecenin birbirinden ayrı olması gibi apaçık ortaya çıkmıştır. Durum bu kadar açıkken hâlâ yanlış yönde yürümekte ısrar edenleri İslam zorla kendi saflarına katacak değildir. Çünkü zorlama, İslam’ın temel düşüncelerinden biri olan “sınama”ya ters düşer. Önemli olan insanın icbar altında doğruya tabi olması değil, kendi isteği ve arzusuyla doğruyu bulmasıdır.
İslam dininin, insanları inanç konusunda zorlanmama prensibi başlangıcından beri hiç değişmemiştir. İlk inen surelerden biri olan Kâfirun Suresinde Yüce Allah şöyle buyurur:
“De ki: “Siz ey hakikatı inkâr edenler!
Ben tapmam sizin taptığınıza
Siz de tapmazsınız benim taptığıma
Ve ben tapmayacağım sizin tapıp durduğunuza
Siz de tapmayacaksınız benim taptığıma.
Sizin dininiz size, benimki bana.” (Kafirun 1-6)
Peygamberimiz, fethettikleri yerde yaşayan insanlara Müslümanlığı kabul etmeleri için telkinde bulunmuş, ancak hiçbir zaman onları zorlamamıştır. Medine’de yaşayan Yahudiler, serbestçe dinlerine uygun olarak yaşam sürmüşlerdi. Bu durum onların putperestlerle gizlice anlaşma yapmalarına kadar devam etmiştir.
Peygamberimizin tutumunu sürdüren Müslüman yöneticiler, diğer dinden olan insanların inanç ve ibadet özgürlüklerine herhangi bir kısıtlama getirmemişlerdir. Hz. Ömer Kudüs’ü fethettiğinde, orada bulunan Hıristiyan ve Yahudilere iyi davranmış, asla soykırım yapmamış, dinlerinden dolayı kimseyi öldürmemiştir. İstanbul’un fethedilip Müslümanların eline geçmesiyle birlikte, bu güzel şehir Yahudiler için neredeyse bir umut adası haline gelmiştir. II. Beyazıt döneminde Hıristiyanların baskılarından ve soykırımından kaçan Yahudiler İstanbul’un en güzel semtlerine yerleştirilmiş ve bunlar kısa zaman içinde İstanbul’un en zengin insanları haline gelmişlerdir. Günümüzde de durum farklı değildir.
Müslümanların diğer dinden olan insanlara karşı hoşgörülü davranmaları, onları İslam’a girmeleri konusunda zorlamamaları, aksine din baskısı altında yurtlarını terk etmek zorunda kalanları kendi ülkelerine kabul etmeleri, İslam’ın yararına olmuş, çoğu insan karşılaştıkları İslam adaletine hayran kalıp kendi istekleriyle Müslüman olmayı tercih etmişlerdir. -
04-21-2010, 10:14 AMcanbellRe: Din və məcburiyyət???
Hetta bir ata 16 yashli qizini bele oldurub hicaba girmediyi ucun,bes bu ata nece dini qebul edib ki,nece muselmandirsa,qizina qiyib?
Yaxshi ish gorenin xeyiri ozune,pislik edenin de zereri ozune olar.Senin rebbin bendelere zulm eden deyildir... -
04-28-2010, 06:34 PMfidan494Re: Din və məcburiyyət???
Burda esasen interpretasiya problemleri movcuddur.
Metnleri ve qanunlari adeten 3-cur interpretasiya edirler.
1.Herfi interpretasiya - artiq bu novden istifade olunmur. Meselen : her hanisa bir bendde bele bir yazi yazir. "Atlari ogurlayan cinayet mesuliyyetine celb olunur". "Atlari" sozu problem yaradir. Bele çixir ki, bir shexs bir neçe ati deyil, sadece bir ati ogurlasa cinayet mesuliyyetine celb olunmayacaq. Heqiqetde ise bu sehvdir, halbuki o shexs ogurluq edib ister bir at olsun isterse çoxlu at. Mehz buna gore de herfi tercumelere yer verilmemesi daha munasibdir.
2.Analoji interpretasiya - metnde nezerte tutulan veziyyetlere deyil ona oxshar veziyyetlere tetbiq olunur.
3.Teleoloji interpretasiyaya yol verilse daha munasib olar. Teleoloji interpretasiya metni yazan shexsin bize eslinde neyi demek istediyini çatdirir.Teleoloji interpretasiya cemiyyetin inkishafini, insanlarin din, inanc, menseb serbestliyi, huquq ve azadliqlarini nezere alir. Teessufler olsun ki, Quran ve ya onun kimi diger dini metnler bezen herfi ve ya analoji tercumelere meruz qalir. Bir az kobud çixsa da, kime nece serf edirse o cur anlayir ve tetbiq edir. Butun bunlardir ki, konfliktlere, fikir ayriliqlarina getirib çixarir.
Teshekkurler. -
04-28-2010, 06:43 PMTutu20Re: Din və məcburiyyət???
:D
-
07-18-2010, 11:35 PMsus-qunRe: Din və məcburiyyət???
Dinde mecburiyyet yoxdu.Bu birmenalıdır İslamı qebul eden kes elbetde ki butun heyat terzini deyishir, amma ona bunu zorla etdiren yoxdur. Islam en gozel ve en son ilahi tovhid dinidir.
-
07-19-2010, 02:22 PMSolidatRe: Din və məcburiyyət???::yerivar::Alıntı:
canbell Nickli Üyeden Alıntı
-
07-19-2010, 03:48 PMDamla1Re: Din və məcburiyyət???
Dinde mecburiyyet yoxdu.Men razi .Bes onda niye İranda bütün qadinlar mecbur cadra geyirler?? Belke biri istemir? Bu nedi bes??? O dünyada her kes özüne cavab verecek.Ele deyil???Niye mecbur edilirler bes???
-
07-20-2010, 08:08 PMTutu20Re: Din və məcburiyyət???
reylerinize gore tesekkur edirem :alqis:
-
07-20-2010, 08:57 PMnauthly_girlRe: Din və məcburiyyət???Onlar gözlərini açandan o geyimi görüb oyrəşmişlər.Həm hicab elə pis geyim deyil ki...O dünyada hər kəs özünə cavabdehdi dedin...Amma ailə böyüyü də öz saxladiği ailəsindən sorumlu.Haqq-hesab var, o dünyada ailən üçün nə elədin,necə tərbiyyə verdin deyə.Bu tərəfi də var axi...Hər bir ana-ata öz övladinin geyim tərzinə də baxmalidi tərbiyəsi ilə birgə...Bu bizə belə qəribə gəlir,elə buna görə də anlamaq istəmirik,lakin onlarin seçimi düzgün məncə.Alıntı:
Damla1 Nickli Üyeden Alıntı
-
07-20-2010, 08:59 PMRuzgar_GuluRe: Din və məcburiyyət???Duz dıyorsun canım amma onlar bu yaptıklarının hesabını verecekler mutlaka mende cox sacma buluyorum bu iran hukumetının tutumlarını :mad:Alıntı:
Damla1 Nickli Üyeden Alıntı
-
07-20-2010, 09:11 PMnauthly_girlRe: Din və məcburiyyət???İran höküməti nə edib ki?Bir hicaba görədi bu yazdiğlarin?Alıntı:
Ruzgar_Gulu Nickli Üyeden Alıntı
-
07-20-2010, 11:09 PMfidan494Re: Din və məcburiyyət???
Baş örtüyü ile çadranın ferqini önce ayırd etmek yerine düşer.
Her kesin bildiyi kimi sade baş örtüyü çadradan ferqlenir. İranda ise qadınlar başdan-ayağa çadraya bürünmüşler. Gözlerinden başqa görünen bir terefleri yoxdur. Sual yaranır, ola bilermi ki, o çadranın altında qadın cildinde terrorist gizlenib? Ve ya hansısa cinayetkar bu perde altında bizim uşaqlarımızı qaçıracaq? Tebii ki, insanların din azadlıqları mövcuddur, ister din seçiminde, isterse dini atributlar daşımaqda her bir insan serbestdir, lakin ictimai asayiş kimi hessas meseleler ortaya çıxdıqda bezi toxunulmaz sayılan hüquqlara müdaxile edilmesi de qaçınılmazdır. Sivil idareçilik sisteminin olmadığı bir dövletde insanların sosial inkişafı da gerileyir. Mence ilk önce insanlar özleri kimi olmağı bacarasalar daha ideal bir cemiyyet yaranar, neinki şüursuz bir şekilde hansısa bit kütlenin maddi ve menevi zorakılığına meruz qalaraq.
Teşekkür edirem. -
07-21-2010, 01:53 PM_SeDRiK_Re: Din və məcburiyyət???
Tesekkurler Fidan
-
07-22-2010, 04:29 AMfidan494Re: Din və məcburiyyət???Buyurun, deymez.Alıntı:
_SeDRiK_ Nickli Üyeden Alıntı
-
07-22-2010, 04:52 AMRuzgar_GuluRe: Din və məcburiyyət???
gercekten cox sagol fidan bugun bızde bu movzuyu danıstık sarayla sen cok gozel acıklamısın bravo :alqis:
-
07-22-2010, 10:15 PMfidan494Re: Din və məcburiyyət???siz sagolun :salam:Alıntı:
Ruzgar_Gulu Nickli Üyeden Alıntı
-
07-23-2010, 10:18 AMDamla1Re: Din və məcburiyyət???
Onlar gözlərini açandan o geyimi görüb oyrəşmişlər.Həm hicab elə pis geyim deyil ki...O dünyada hər kəs özünə cavabdehdi dedin...Amma ailə böyüyü də öz saxladiği ailəsindən sorumlu.Haqq-hesab var, o dünyada ailən üçün nə elədin,necə tərbiyyə verdin deyə.Bu tərəfi də var axi...Hər bir ana-ata öz övladinin geyim tərzinə də baxmalidi tərbiyəsi ilə birgə...Bu bizə belə qəribə gəlir,elə buna görə də anlamaq istəmirik,lakin onlarin seçimi düzgün məncə.[/quote]
Əyər birinin öz secimidise sen deyendi.Amma məcburiyyətdən danişdiq.Məcbur edilənlərdə var!Mənim tanidığım iranlı xanimları var ki olardan olsa geyinməzlər.Secdikləri ücün deyil məcbur olduqları ücün geyinirlər. Eşitdiyimə görə Fransa dövləti qərar verib ki , iş yerlərinə baş örtüyü ilə girilməyəcək.Məncə bu da düz deyil! Biri istəyərək başını örtürsə o onun secimi.qarişilmamalı!!! -
07-23-2010, 12:46 PM_SeDRiK_Re: Din və məcburiyyət???
Maraqli Movzudu
-
07-25-2010, 05:50 PMenimrenRe: Din və məcburiyyət???Bilirsiz, qiraqdan bu bize qorxulu gorsene biler. Amma onlarin ichinde olsaniz gorersiniz bu hech de bele deyil. Men ozum iranda olmusham. Onlarin ekseriyyeti hicabi destekleyir. ve isteyerekden bu ishi edirler. chox az hissesi dinsizdir. ama o az hissenin sesi ele berk gelir ki sanki butun xalq bele isteyir.Alıntı:
Damla1 Nickli Üyeden Alıntı
Sen bu neheng olkelerdeki, dunyani idare eden olkelerdeki haqsizligi niye demirsen????
Amerikada, fransada muselmanlari sixishdirirlar, meger bu demokratiyadir???
Bir bash ortu meger ne qeder ziyanli bir sheydir ki ona qarshi chixirsiniz!!!!!!!! -
07-25-2010, 05:59 PMClassicRe: Din və məcburiyyət???
Benim bildiğime göre dinde zorlama vardır.
Öncelikle Dinde zorlama yoktur kelimesini açıklıyorum. Dinde zorlama yoktur denmesi şundan ibarettir. Bir hristiyanı yahudiyi museviyi zorlayarak müslüman yapmak yanlıştır. İşte dinde zorlama yoktur kısmı burasıdır.
Dinde zorlama vardır kısmıda İmam-ı Âzam demiştir ki: ''Bir müslüman namaz vaktinde namaz kılmıyor ise yakalayıp hapise atın.'' Bunun anlamı nedir. Dinde zorlama vardır. Eğerki müslüman biri namaz vaktinde namaz kılmıyor ve elini kolunu sallayarak geziyorsa diğer müslümanlara taşvik içeriyor anlamında söylenmiş bir sözdür. Aynı şekilde baş örtüsü de öyle. Ayrıca İran'ın izlediği yasaklılık politikasıda çok güzel birşey bence. -
07-25-2010, 06:05 PMAzerbaycanli"Dində məcburiyyət yoxdur" ayəsini şərh edərsinizmi?
Fəthullah Gülən - "Dində məcburiyyət yoxdur" ayəsini şərh edərsinizmi?
Dinin ruhunda və mahiyyətində məcburiyyət yoxdur. Çünki məcburiyyət dinin ruhuna ziddir. İslam iradə və ixtiyarı əsas tutur və bütün münasibətləri bu əsas üzərində qurur. İkrah hissi ilə, məcbur edilərək edilən bütün əməl və hərəkətlər istər iman, istər ibadət, istərsə də münasibət baxımından qətiyyən qəbuledilməzdir və bunlara güvənmək olmaz. Həm də bu hal "əməllər niyyətlərə görədir" prinsipinə də uyğun gəlmir.
Din öz məsələləri üçün məcbur etməni caiz (icazə verilən) görmədiyi kimi, başqalarının da İslamı qəbul etmələrinin məcburiyyət əsaslı olmasına yaxşı baxmır. O, qarşısındakını tamamilə sərbəst buraxır. Məsələn, qeyri-müsəlmanlar cizyə və xəracı qəbul etdikdən sonra İslam dini onların həyatını mühafizə edir. Bəli, İslamda tolerantlıq bu qədər genişdir.
Onsuz da din zorla qəbul edilə və ya etdirilə biləcək bir sistem deyildir. Onda hər şeydən əvvəl iman əsasdır. İman isə tamamilə vicdan və qəlbə aid bir məsələdir. Heç bir məcburi təşəbbüs qəlb və vicdana təsir edə bilməz. Bir sözlə, əgər insanın ürəyindən gəlirsə və qəlbi imana meyllidirsə, iman edə bilər. Bu mənada da dində məcburiyyət yoxdur.
Həzrəti Adəmdən bəri din heç kimi onu qəbula məcbur etməmişdir. Bu mövzuda güc tətbiq etmək daim küfür cəbhəsinin əxlaqı olmuşdur. Onlar insanları dinlərindən çıxarmaq üçün güc tətbiq etmişlər, fəqət heç bir mömin bir kafiri zorla müsəlman etməyə çalışmamışdır.
Burda ağıla belə bir sual da gələ bilər. Qurani-Kərimdə savaş və cihadın fərz olması ilə bağlı bir çox ayə mövcuddur. Bəs bunlar bir mənada güc tətbiq etmək deyilmi?
Xeyr, deyil. Çünki cihad qarşı tərəfin güc tətbiqinə cavab vermək üçündür. Beləliklə, insanlar İslamın dəyişməyən qaydası ilə qəbul etdikləri İslam dininə öz arzu və iradələri ilə girəcəklər. Bəli, İslamın fərz qıldığı cihad ilə belə bir anlayışa zəmin hazırlanmış olacaqdır. İradə hürriyyəti İslamın cihad əmri ilə yerini almışdır.
Bu məsələni bir başqa prizmadan da belə dəyərləndirə bilərik:
Bu ayənin hökmü müəyyən mərhələlərə aiddir. Bəlkə kamilləşmə və yer üzündən silinmə çağlarının bir-birini izləməsində bu mərhələlər yenə də olacaqdır, amma hökm yalnız o mərhələyə aiddir. Məsələn, "Kafirun" surəsində bildirilən "Sizin dininiz sizə, mənim dinim də mənə." hökmü də eyni şəkildə müəyyən bir mərhələyə məxsusdur.
Bu mərhələ və bu dövr məsələləri həll etmə və maarifləndirmə dövrüdür. Məsələlər sözlə çatdırılacaq və qəbul üçün insanlar qətiyyən məcbur edilməyəcəkdir. Və bu dövr həm də başqalarının dinsizliyi, yoldan azması ilə məşğul olmamaq, onları təhrik etməmək və öz hidayətini mühafizə etməklə fərdi həyatında dini tətbiq etmək dövrüdür. Bu dövr və mərhələlərə aid hökmlər isə bütün dövrlərə aid deyildir; təbii ki, bu mənada aid deyildir. Yoxsa bu hökm artıq heç bir zaman tətbiq edilməyəcək demək səhv olardı. İslamın hər çağında bu mərhələ yaşanmışdır və günümüzdə də yaşanmaqdadır.
Ancaq eyni ayənin bütün dövrləri əhatə edən bir hökmü də vardır ki, bu hökm hər zaman və zəmində qüvvədədir. O da İslam diyarındakı azlıqlara aid hökmlərdir ki, heç kimə İslam dininə girmək mövzusunda zor tətbiq edilməyəcək. Hər kəs öz dini inancında sərbəst olacaqdır.
Tarixə nəzər yetirsək aydın şəkildə görərik ki, bizim aramızda daima xristian və yəhudilər olmuşdur. Qərblilərin bu mövzudakı etiraflarına görə, xristian və yəhudilər öz dövlətlərində belə, bizim içimizdə yaşadıqları qədər firavan yaşamamışlar. Onlar qeyri-müsəlmanlar kimi cizyə və xəracı ödəmişlər; müsəlmanlar da onları təminat altına alıb qorumuşlar. Fəqət heç bir zaman onları İslam dinini qəbul etməyə məcbur etməmişlər. Dünənə qədər onların xüsusi məktəbləri vardı və özlərinə aid xüsusiyyətlərinin hamısını, dini ayin və bayramlarını mühafizə edirdilər. Bizim ən möhtəşəm çağlarımızda belə onların yaşadığı mühitə daxil olanlar özlərini Avropada zənn edirdilər. Azadlıqları bu qədər geniş idi. Yalnız bizi yolumuzdan döndərmələrinə imkan və fürsət verilməmişdir. Bəli, gənclərimizi və qadınlarımızı yanlış yollara sövq etmələrinə göz yumulmamışdır. Bu da bizim öz cəmiyyətimizi qorumağımızın gərəyidir.
Dinin bu qəbildən olan hökmləri heç bir zaman dində məcburiyyət deyil və sayılmamalıdır da. Bunun kimi hökmlər sərbəst iradələri ilə dini qəbul edənlərə aiddir ki, onlar da onsuz da bu hökmləri qəbul etməklə İslama girmişlər. Məsələn, bir insan İslam dinindən dönərsə, ona mürtəd deyilir və verilən müddət içində tövbə etməzsə, öldürülür. Bu əvvəl qəbul edilmiş bir əhdnaməyə müxalifətin cəzasıdır. Və tamamilə sistemin mühafizəsi ilə əlaqədardır. Dövlət müəyyən bir sistem ilə idarə edilir. Hər bir fərdin istəyinə görə hərəkət edilsə, dövlət idarəsindən söhbət gedə bilməz. Onun üçün də bütün müsəlmanların hüquqlarını mühafizə baxımından İslam mürtədə yaşama haqqı verməmişdir.
Həm də İslam dinini qəbul edən insanlar bəzi şeyləri etmək, bəzilərini də etməməklə mükəlləfdirlər. Bunun da məcburiyyət ilə bir əlaqəsi yoxdur. Məsələn, namaza duran həddi-büluğ yaşında bir insan namaz içində səsli olaraq gülərsə, cəza olaraq həm namazı, həm də dəstəmazı pozulur. Ehramlı bir insan üzərindəki həşəratı öldürsə və ya tikişli bir paltar geysə, müxtəlif cəzalara məruz qalır. Halbuki, həmin adam namaz xaricində gülsə və ya ehramsız bir zamanda bunları etsə, heç bir cəzası yoxdur. Eynilə, İslam dinə girmə mövzusunda heç kimə güc tətbiq etməməklə bərabər, öz iradəsi ilə bu dini qəbul edəni də nəzarətsiz buraxmır. Əlbəttə onun özünəməxsus əmr və qadağaları olacaq və onu qəbul edənlərdən bunlara uyğun hərəkət etmələrini istəyəcəkdir. Bu qəbildən namazı, orucu, zəkatı və həcci əmr edəcək; içki, qumar, zina və oğurluğa da qadağa qoyacaqdır. Bu qadağalara məhəl qoymayanlara da günahlarının növünə görə cəza verəcəkdir ki, bütün bunların məcburiyyət və güc tətbiq etmə ilə heç bir əlaqəsi yoxdur.
Bir az düşündükdə bu qəbildən olan tədbirlərin insanların yararına olduğu dərk oluna bilər. Çünki fərd və cəmiyyətlər bu cür qanunlarla dünya və axirətlərini qorumuş olurlar. Bəli, bu mənada dində məcburiyyət var. Bu da insanları məcburən Cənnətə qoymaq istəməklə eyni mənada olan bir güc tətbiq etmədir... -
07-25-2010, 06:46 PMnauthly_girlRe: Din və məcburiyyət???
Məcburiyyət nələrə gətirib çıxarır? Bir örnək verək. İranlı qadınlar ölkəmizin sərhədlərini çadrada keçir, mehmanxanadan isə elə bir libasda çıxırlar ki, elə bil Hollivud manekenləridir.Bunlara aid deyil din və məcburiyyət..!Onsuz da kim nə istəsə edəcək,bu onlarin əlindədir.Amma din və məcburiyyət deyildikdə nədənsə ilk olaraq İran yada düşür.Şəxsən mən onlarda elə də məcburiyyət,zülm görmürəm..!Amma bir tərəfdən baxdiqda hicab,çadra pis geyimlər deyil əyər təmiz qəlblə,öz istəyinlə geyinirsənsə burda elə də pis bir şey yoxdur...Lakin Ninja kimi geyimlər yəni gözlərdən başqa hər yerin örtülməsi bu bir qədər də təhlukəlidir,nə biləsən bu geyimin altinda biçaq var,silah var bomba var?!Bir də bu geyimlərdə olan insanlari nə biləsən kişidi ya qadin?
Azərbaycanda çadra taxan qadınlar digər qadınlara "əxlaqsız" gözü ilə baxır. Dəfələrlə deyilib ki,saçlar görünməli deyil,hicab geyinməyin bir səbəbəi də qadinin xarici gözəlliyinə yad,özgə əkscinslərin nəzərinə çarpilmamasi üçün müdafiədir...Amma deyən yoxdur ki,kişilərin 99% şorgözdürlər qadinlar neynəsinlər buna... Bunu əksinə də demək olar, onda gərək kişilər də bürünsünlər ki, həm qadınları yoldan çıxartmasınlar, həm də bəzi öz həmcinslərini... -
07-25-2010, 10:46 PM_SeDRiK_Re: Din və məcburiyyət???Alıntı:
nauthly_girl Nickli Üyeden Alıntı
:alqis: :alqis: :alqis: :alqis:
