Quran və Sünnədən bizə Allahın 99 İsimi məlumdur. Əbu Hureyrə (r.a) rəvayət edir ki, Rəsulullah (s.a.v) buyurdu: “Allahın doxsan doqquz – yüzdən bir əskik İsmi vardır. Kim bu İsimləri sayarsa Cənnətə daxil olar”(Buxari 6410, Müslim 2677. )
Qurani Kərimdə Allahın İsimlərinin Zikri Keçdiyi Ayələr:
Fatihə Surəsi - Allah (əl-Fatihə 1), Rəbb (əl-Fatihə 1), Rahmən və Rəhim (əl-Fatihə 2), Məəlik (əl-Fatihə 3).
Bəqərə Surəsi – Muhit (əl-Bəqərə 19), Qadir ((əl-Bəqərə 20), Alim (əl-Bəqərə 32), Hākim (əl-Bəqərə 33), Təvvəb (əl-Bəqərə 37), Bəri (əl-Bəqərə 54), Basir (əl-Bəqərə 96), Vasi’ (əl-Bəqərə 115), Səmi’ (əl-Bəqərə 127), Aziz (əl-Bəqərə 129), Rauf (əl-Bəqərə 143), Şakir (əl-Bəqərə 158), İləh (əl-Bəqərə 163), Vahid (əl-Bəqərə 162), Ğafur (əl-Bəqərə 173), Qarib (əl-Bəqərə 186), Həkim (əl-Bəqərə 225), Həyy (əl-Bəqərə 255), Qayyum (əl-Bəqərə 255), Ali (əl-Bəqərə 255), Azim (əl-Bəqərə 255), Ğani (əl-Bəqərə 263), Vəli (əl-Bəqərə 257), Həmid (əl-Bəqərə 267), Xabir (əl-Bəqərə 234), Bədi’ (əl-Bəqərə 117).
Ali İmran Surəsi – Vəhhəb (Ali İmran 8), Nāsir (Ali İmran 150), Cəmi’ (Ali İmran 9).
Nisa Surəsi – Raqib (ən-Nisa 1), Həsib (ən-Nisa 6), Şəhid (ən-Nisa 33), Kəbir (ən-Nisa 34), Nasir (ən-Nisa 45), Vəkil (ən-Nisa 81), Muqit (ən-Nisa 85), Afuvv (ən-Nisa 43).
Ənam Surəsi – Qahir (əl-Ənam 18), Lətif (əl-Ənam 103), Hāsib (əl-Ənam 62), Qadir (əl-Ənam 65), Həkim (əl-Ənam 73).
Əraf Surəsi – Fatih (əl-Əraf 89).
Ənfal Surəsi – Qavi (əl-Ənfal 52), Movlə (əl-Ənfal 40).
Tövbə Surəsi – Ālim (ət-Tövbə 9).
Hud Surəsi – Hafiz (Hud 57), Mucib (Hud 61), Məcid (Hud 73), Vədud (Hud 90).
Yusuf Surəsi – Mustəan (Yusuf 18), Qahhar (Yusuf 39), Ğalib (Yusuf 21).
Rəd Surəsi – Mutəali (ər-Rəd 9), Vali (ər-Rəd 11).
Hicr Surəsi – Hāfiz (əl-Hicr 9), Varis (əl-Hicr 23), Xalləq (əl-Hicr 86).
Kəhf Surəsi – Muqtədir (əl-Kəhf 45).
Məryəm Surəsi – Həfi (Məryəm 47).
Ta ha Surəsi – Ğaffər (Ta ha 82), Məlik (Ta ha 114), Haqq (Ta ha 114).
Həc Surəsi – Hədi (əl-Həcc 54).
Nur Surəsi – Mubin (ən-Nur 25), Nur (ən-Nur 35).
Nəml Surəsi – Kərim (ən-Nəml 40).
Rum Surəsi – Muhyi (ər-Rum 50).
Səba Surəsi – Fəttah (əs-Səba 26).
Fatir Surəsi – Fatir (əl-Fatir 1), Şəkur (əl-Fatir 30).
Zumər Surəsi – Kəfi (əz-Zumər 36).
Mumin Surəsi – Xaliq (əl-Mumin 62).
Duhan Surəsi – Muntəqim (əd-Duhan 16).
Zariyat Surəsi – Razzaq (əz-Zariyat 58), Mətin (əz-Zariyat 58).
Tur Surəsi – Bərr (ət-Tur 28).
Qamər Surəsi – Məlīk (əl-Qamər 55).
Rahmən Surəsi – Zul Cələli Vəl İkram (ər-Rahmən 27).
Hədid Surəsi – Əvvəl – Əxir – Zahir – Batin (əl-Hədid 3).
Həşr Surəsi – Quddus – Səlam – Mumin – Muheymin – Cəbbar – Mutəkəbbir – Musavvir (əl-Həşr 23).
Əla Surəsi – Əla (əl-Əla 1).
Əlaq Surəsi – Əkram (əl-Əlaq 3).
İxlas Surəsi – Əhəd – Saməd (əl-İxlas 1).
Ən gözəl isimlər
Printable View
-
04-14-2010, 01:50 AMPOWER_RANGERSƏn gözəl isimlər
-
04-14-2010, 01:51 AMPOWER_RANGERSRe: Ən gözəl isimlər
əl-Bəri – varlıqları yoxluqdan varlığa çıxaran deməkdir. Qurtubi deyir ki: «Bəri – yoxdan var edən, ortaya çıxaran deməkdir». «O, (hər şeyi) yaradan, yoxdan var edən (BƏRİ) və (hər şeyə) surət verən Allahdır». (əl-Həşr 24).
Buna görə də Bəri Bə-Rə-Ə kökündən gələn Bəriyyə varlıqlar, yaradılanlar mənasında işlədilir. O, halda Allah Bəri yaradandır. Çünki O. Bütün bədənləri, cisimləri yoxluqdan varlığa çıxarmışdır. Həlimi deyir ki: «O, suyu, atəşi, torpağı və havanı yoxdan yaratdı. Daha sonra isə bu maddələrin qarışığından digər məxluqları yaratdı. «Mən palçıqdan bir insan yaradacağam». (Sad 71). «Sizi torpaqdan yaratması… Onun qüdrət əlamətlərindəndir». (ər-Rum 20). «Hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?». (əl-Ənbiya 30). «İnsanı saxsı kimi quru palçıqdan O, yaratdı. (Cinlərin əcdadı) Cannı da tüstüsüz (təmiz) oddan O, xəlq etdi». (ər-Rahmən 14,15).
ARDI VAR... -
04-14-2010, 08:47 AMcanbellRe: Ən gözəl isimlər
Sabah sabah forumda din haqda melumat oxumag gozeldir.tesekkurler ::yerivar::
-
04-25-2010, 11:38 AMPOWER_RANGERSRe: Ən gözəl isimlər
əl-Əvvəl – əl-Əxir – əz-Zahir – əl-Batin - «O, Əvvəldir, Axırdır, Zahirdir, Batindir». (əl-Hədid 3). Əbu Hureyrə (r.a) rəvayət edir ki, Peyğəmbər yatağına girdikdə buyurardı: «Yeddi səmanın Rəbbi, yerin Rəbbi, hər şeyin Rəbbi, toxumu və çərdəyi yaran, Tövratı, İncili və Quranı endirən Allahım! Mən sənin alnından yaxaladığın hər şeyin şərrindən sənə sığınıram.
Sən Əvvəlsən, səndən əvvəl heç bir şey yoxdur. Sən Axırsan, səndən sonra heç bir şey yoxdur. Sən Zahirsən, sənin üstündə heç bir şey yoxdur. Sən Batinsən, səndən o, tərəfə heç bir şey yoxdur. Mənim borcumu ödə və fəqirlikdən məni qurtar» (Müslim, Əbu Davud, Tirmizi. )
Həlimi deyir ki: «Əvvəl, öncəsi olmayandır, Axır isə sonrası olmayandır. Çünki öncə və sonra sonu ifadə edər. Öncə varlığın başlanğıcdan öncəki sonu, sonra isə başlanğıcdan sonrakı sonu ifadə edər. Əgər varlığın başlanğıcı və sonu olmazsa, öncəsi və sonrası da olmaz. Allah öncəsi və sonrası olmayan tək varlıqdır. Digər bütün valılıqların öncəsi və sonrası vardır» (Beyhəqi «Əsmə vəs Sifət» s. 10. )
Allahın Əvvəl olması Onun hər şeydən öncə var olduğunu, Axır olması isə hər şeydən sonra Onun var olacağını və varlığının davam edəcəyini ifadə edər. Zahir hər şeyin üstündə uca olması, Batin isə hər şeyin içində və hər şeyə əslindən də yaxın olmasıdır. Onun Zahir və üstün olmasını heç bir yer və göy gizləyə bilməz. Zahir olması Batini görməsinə mane olmaz. Çünki batində Onun üçün Zahir kimidir. Onun üçün görünməyən görünən, uzaq olan isə yaxın kimidir. Müsəlman bu İsimləri bilməklə keçici varlılıqlara bağlanmaz. Çünki keçici varlılıqlara bağlanmaq yoxluğa bağlanmaqdır. Halbuki Axır olan Allaha bağlanmaq kəsinliklə yox olmayacaq və əbədiyyən var olana bağlanmaqdır. Heç bir şey yox ikən Onun var olduğu kimi hər şey yox olduqdan sonra da Onun var olacağını bilir, daha da səmimiyyətlə Ona ibadət etməyə çalışar. Ondan başqa heç bir şeyə bel bağlamaz. Daima Ona möhtac olduğunu unutmaz. Hər şeyin Ondan başladığına və Ona da dönəcəyini xatırından çıxarmaz. O, hər şeyin əvvəli və sonudur. Allahın Batin ismini bilən kimsə Allahın hər şeydən daha çox, hətta canından da ona daha yaxın olduğunu anlayar. Zahir ismi bilməklə insanın qəlbi tək bir ilaha yönələr və ona ibadət edər. -
04-25-2010, 02:49 PM_SoMMeT_Re: Ən gözəl isimlər
::yerivar:: ::yerivar::
-
04-25-2010, 03:00 PMTutu20Re: Ən gözəl isimlər
::yerivar:: :alqis: ::yerivar::
-
05-07-2010, 12:24 AMPOWER_RANGERSRe: Ən gözəl isimlər
əl-Bərr – Yaxşılıq edən, mütləq yaxşılıq sahibi, hər gözəlliyi və yaxşılığı özündə əks etdirən Uca Allahdır. Ona üsyan edilməsinə baxmayaraq yaxşılıq etməkdən vaz keçməyən və yaxşılığı kəsməyəndir. İbadət edənlərə bol-bol savab verəndir. «Biz bundan əvvəl Ona dünyada ibadət edirdik. Şübhəsiz ki, O yaxşılığı bol (BƏRR), rəhm edəndir». (ət-Tur 28).
Pislik edənə yaxşılıq edən, haqsızlıq edəni bağışlayan, tövbə edənin tövbəsini qəbul edəndir. Həlimi deyir ki: «Bərr – qullarına yumşaq davranan, onlara asanlıq diləyən, çətinlik istəməyən, bir çox günahlarını cəzalandırmadan bağışlayan, onları bütün etdiklərindən sorğuya çəkməyən, bir yaxşılığı on qat mükafatlandıran, buna qarşı pisliyi sadəcə bir misli ilə cəzalandıran, niyyət etdikləri pisliyi etmədikcə bu niyyətlərinə görə onlara pislik yazmayandır. Allah qullarına qarşı son dərəcə mərhəmətli, yumşaq və şəfqətlidir. Dualarını qəbul edər, şükrlərinə nemət verərək qarşılıq verəndir. «Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini və aşkar, gizli nemətlərini sizə bolluca ehsan etdiyini görmürsünüzmü?». (Loğman 20). Bu isim qullar üçün də işlədilə bilər. «O, həmçinin məni anama qarşı olduqca itaətkar və nəvazişkar (BƏRRAN) etdi». (Məryəm 32). «Yəhya ata-anasına qarşı da olduqca itaətkar və nəvazişkar (BƏRRAN) idi». (Məryəm 14). -
05-15-2010, 02:52 AMPOWER_RANGERSRe: Ən gözəl isimlər
əl-Bəsir – görən olmasının mənası isə hər nə qədər incə və hiss edilməz kimi görünürsə və ya uzaq olursa olsun hər bir şeyi gözəl bir şəkildə idrak edən (görən) deməkdir. Bəsir – həmçinin də elmə, bilməyə də dəlalət edir.
Allah qəlbdəki fısıltıları, beyindəki hisləri, fikirdəki gizlilikləri görür və bilir. «Həqiqətən Allah eşidən və görəndir». (əl-Mucadələ 1). Bu aləmdə olan ən kiçik parçaları, ən cüzi qarışqanı da belə, orqanlarını, ətini, qanını, beynini və damarlarını da görəndir. Yeddi qat göyün üzərində olanı gördüyü kimi, yeddi qat yerin altında olanı da görür. Allah yer və göylərin hər yerində görüləbiləcək hər şeyi Bəsir sifəti ilə onları görməktədir. Onun üçün görülməyən bir şey yoxdur. Heç bir şey Ondan gizli deyildir. O, görünəni və görünməyəni, hazır olanı və olmayanı görəndir. Hətta gözlərin hərəkətlərini, qəlb atışlarını və ağıla gələn düşüncələri dahi bilən və görəndir. «(Allah) gözlərin xainliklərini və kökslərin saxlamaqda olduqlarını biləndir». (əl-Mumin 19).
İbn Qeyyim deyir ki: «Bəsir və Bəsirət arasında fərq olduğunu söyləyir. Bəsir yuxarıda söylədiyimiz kimi. Bəsirəti isə belə açıqlayır: «Bəsirət, Allahın qəlbə atdığı bir nurdur. Qəlbinə belə bir nur atılan kimsə, Peyğəmbərlərin xəbər verdiyi həqiqətləri görür. Belə ki, bunları sanki gözü ilə görməkdədir. Beləcə Peyğəmbərlərin dəvət etdiyi şeylərdən ən üstün dərəcədə faydalanır. Bu Bəsirətin dərəcələri vardır. Bunların hamısını əldə edən kimsənin Bəsirəti kamilliyə çatar. 1. İsim və Sifətlərdə Bəsirət. 2. Əmir və Qadağalarda Bəsirət. 3. Savab və Cəzada Bəsirət. Əbu Hureyrə (r.a) rəvayət edir ki, Rəsulullah (s.a.v) buyurdu: «Şübhə yox ki, Allah haqqı ilə eşidən və haqqı ilə görəndir ayəsini oxuduqdan sonra baş barmağını qulağının, şəhadət barmağını isə gözünün üstünə qoydu»(Səhih Sünnən Əbu Davud 3/895, «Avnul Məbud» 13/37, İbn Həcər «Fəthul Bəri» 13/375.) -
05-15-2010, 02:45 PMAgLaYaN_BuLuDRe: Ən gözəl isimlər
mövzuya görə təşəkkürlər əllərinə salıq
-
05-15-2010, 09:08 PM_SoMMeT_Re: Ən gözəl isimlər
::yerivar:: ::yerivar:: ::yerivar::
-
05-22-2010, 11:25 AMPOWER_RANGERSRe: Ən gözəl isimlər
əl-Bəqi – «Cəlal və Kərəm sahibi olan Rəbbinin üzü Bəqi qalacaqdır». (ər-Rahmən 27). «Allah daha xeyirli və daha Bəqidir». (Ta ha 73).
Allahın əvvəli olmadan var olan bir varlıq olduğuna görə varlığının son olması və yox olması mümkün olmamalıdır. O, varlığının başlanğıcı və sonu olmayan tək varlıqdır. Allahın Bəqi olması əsla ölməyən həyat sahibi. Əbədi varlıq olması deməkdir. Bütün varlılıqlar yox olacaqdır, sadəccə onun varlığı davam edəcəkdir(İbn Kəsir 8/378, Qurtubi 9/6565. )
-
05-22-2010, 09:08 PMSecdeRe: Ən gözəl isimlər
Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar.
وَلِلَّهِ الْأَسْمَاءُ الْحُسْنَىٰ فَادْعُوهُ بِهَا ۖ وَذَرُوا الَّذِينَ يُلْحِدُونَ فِي أَسْمَائِهِ ۚ سَيُجْزَوْنَ مَا كَانُوا يَعْمَلُونَ
ən gözəl ad seçməç istədikdə isə Allahın adından götürüb önünə Abdul əlavə edə bilərik ki bununda mənası Allın qulu demıkdir.
misal Abdullah, Abdulrəhim və s. -
05-27-2010, 01:40 AMPOWER_RANGERSRe: Ən gözəl isimlər
əl-Bədi’- «Göyləri və yeri icad edən (BƏDİ yoxdan yaradan) Odur». (əl-Bəqərə 117). «O, göyləri və yeri (BƏDİ yoxdan) var edəndir». (əl-Ənam 101). Peyğəmbər (s.a.v) buyurdu: «Ey Allahım! Həmd yalnız Sənədir. Səndən başqa İlah yoxdur.
Sən verdiyin nemətləri başa qalxmazsan. Göyləri və yeri heç bir bənzəri olmadan yaradan Sənsən. Sən ucasan və ikram sahibisən. Səndən Cənnəti istəyir və Cəhənnəmdən Sənə sığınırıq» .
(Tirmizi 3544, Əbu Davud 1495.
)Ənəs İbn Məlik (r.a) rəvayət edir ki, Rəsulullah (s.a.v)dua edərək buyurdu: «…Yə Bədiəs Səməvəti Vəl Ərd – Ey səmaların və yerin yaradıcısı…»(Əbu Davud 2/80, İbn Məcə 2/1268, Nəsəi 3/52, Tirmizi 5/550. )
İbn Kəsir deyir ki: «Bədi – Öncə bir misli, oxşarı olmadan yaradan, ortaya çıxaran, var edən deməkdir» . (İbn Kəsir 3/223.)
Qurtubi deyir ki: «Daha öncə bir şəkili, modeli olmadan yoxdan var edən, icad edən deməkdir»(Qurtubi 1/580. )
Həlimi deyir ki: «Daha öncə heç bir bənzəri olmayan bir şeyi yaradandır». Allahın heç bir bənzəri və nümunəsi yoxdur -
05-30-2010, 03:47 PMPOWER_RANGERSRe: Ən gözəl isimlər
əl-Bəsit – əl-Qabid – Ənəs İbn Məlik (r.a) rəvayət edir ki, Peyğəmbərin (s.a.v) dövründə qiymətlər artmağa başladı. İnsanlar: “Ey Allahın Rəsulu! Qiymətlər artdı. Bizə bir qiymət təyin et (Qiymətlərə hədd qoy)” dedilər. Peyğəmbər: “Qiymətləri tənzimliyən Allahdır, Genişlədib çox-çox verən Allahdır, Ruzi verən Allahdır, Daraldıb qıtlıq gətirən də Allahdır. Mən Allaha yanımda kimsənin mal və qan haqqı olamadığı halda çatmağı ümüd edirəm” deyə buyurdu.(Əbu Davud 3451, Tirmizi 1314, əl-Albani “Səhih Sünən Tirmizi” 2/32, “Səhih Sünən İbn Məcə” 2/15. )
Bəsit – Bəsətə felindən olan açan, yayan, bol verən, genişlədən, əli açıq deməkdir. Qabid isə Qabaza felindən olan tutan, malik olan, daraldan, az verən mənasındadır. Bəsit bəzəndə güc mənasında da işlədilir. «Sən məni öldürməkdən ötrü mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm (BƏSİTUN)». (əl-Maidə 28). Allah Bəsit və Qabiddir. Varlılıqların ruzisini dilərsə bol verər, dilərsə də daraldır. O, dilərsə verir. Dilərsə verməz. Dilədiyinin ruzisini bol etməklə onu sevindirər. Ehtiyaclarını ödəyərək digər qullarından daha üstün tutar. Dilədiyinin ruzisini də daraldar. Onu möhtac edər, rahat yaşamaqdan məhrum edər və onu yoxsulaşdırar.
Bu İsimlərdən xəbərdar olan hər bir müsəlman onda olan o, dini elmlərlə insanlar arasında oturub gülər üzlə və şirin dillə onlara nəsihətlər etməlidir. Sənin biliyində və mərifətindən faydalansınlar və səni örnək etsinlər. Əgər güc və qüvvət sahibisənsə bu güc və qüvvətini səni sevincə qovuşduracaq ibadətlərdə və Allah düşmənlərinə qarşı işlət. Əgər var-dövlət sahibisənsə, mal və mülkün çoxdursa insanlara yardım etmək üçün əlini aç, malını gizlətmə. Əlini simic etmə ki, Allah da sənə daha çox versin. Etdiyin yaxşılıqları sayma ki, Allah da sənə hesablı davranmasın. Əgər bu nemətlərdən hər hansı birinə sahib deyilsənsə qəlbini Allahın hökmlərinə aç, dilinlə Onu daimə zikr və şükr et, insanlarla gülər üzlə davran. Peyğəmbər buyurdu: «Yaxşılıq edəcək malı və gücü olmayan kimsə qardaşını gülər üzlə qarşılasın» -
06-12-2010, 09:57 AMPOWER_RANGERSRe: Ən gözəl isimlər
ət-Təvvab – Tövbələri qəbul edən deməkdir. «Şübhəsiz ki, O tövbələri qəbul edəndir». (əl-Bəqərə 37). «Allah tövbələrinizi qəbul etmək istər». (ən-Nisa 27). «Qullarından tövbəni qəbul edən Odur». (əş-Şura 25).
Tövbə – günah olan şeydən dönmək, onu tərk etmək deməkdir. Qulun tövbə etməsi Allahın əmr və qadağalarına üsyan etməkdən vaz keçib, bu əmr və qadağalara uyğun hərəkət etməkdir. Üsyanı buraxıb itaətə dönməkdir. Xattabi deyir ki: «Təvvəb – qullarının tövbələrini qəbul edəndir. Allah qulu tövbəyə müvəffəq edər, qul tövbə etdikdə tövbəsini qəbul edər. «Sonra tövbə etsinlər deyə onların tövbəsini qəbul etdi». (ət-Tövbə 118). Təvvəb – Qullarının tövbə yollarını asanlaşdırandır. İman özündən əvvəlki günahları silib yox etdiyi kimi, tövbə də özündən əvvəlki günahları silib yox edər. «Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayan və rəhm edəndir! Hər kəs tövbə edib yaxşı iş görərsə, o şübhəsiz ki, Allaha yaxşı bir dönüşlə dönər». (əl-Furqan 70,71). İman və tövbə, hər ikisi də qəlblə əlaqəli əməllərdir. İman, qul Allaha təslim olmadıqca Onun əmr və qadağalarına uymadıqca tamamlanmadığı kimi tövbə də günahları tərk etmədikcə tamamlanmaz. Tövbə imanın bir parçasıdır.
