2 sonuçtan 1 ile 2 arası

Hz.Əli (ə) və "Nəhcül-bəlağə"dən xütbə-2

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Hz.Əli (ə) və "Nəhcül-bəlağə"dən xütbə-2

    Dünyadan üz çevirmə haqqında...

    "Ey insanlar! Dünyaya zahidlərin ve ondan üz çevirənlərin gözüylə baxın. Vallah dünya az bir zaman sonra özünü yurd seçənləri yox edib geder. Ondan əmin olan imkan sahiblərini zənlərə boğar.
    Ondan köçüb gedən hər şey bir daha geri dönməz, gələcəyi də bilinməz ki gözlənilsin. Sevinci kədərlə qarışıqdır. Kişilərin qüvvətləri, orada zəiflik içindədir. Sizə xoş gələn şeylərin çəkiciliyi sizi aldatmasın, çünki onlarla birlikdəliyiniz çox azdır.
    Düşünüb ibrət alan, ibrətiylə bəsirət sahibi olana Allah rəhmet etsin. Çox yaxında görəcəksiniz, dünyada var olanlar, az bir zamanda yox olacaqdır; axirətdəkilər isə, heç bir zaman yox olmaz, davam edər. Sayıya sığan hər şey tükənər, gözlənilən hər şey gəlir, hər gələnin getməsi də çox ya¬xındır.
    ...Alim öz qədrini və ölçüsünü bilən kimsədir. Öz qədrini və ölçüsünü bilməmək, insana elmsizlik olaraq yetər. Allahın ən xoşlanmadığı şəxs, öz başına buraxdığı kimsədir. O, doğru yoldan sapar, dəlilsiz, sübutsuz olarak gedər. Dünya nemətini paylaşmağa çağırılsa çalışar; axirət əkinini biçməyə çağırılsa təmbəllik edər. Sanki çalışdığı iş lazımlıdır da təmbəllik ettiyi işdə məsuliyyəti yoxdur.
    ...Bu, isimsiz mömindən başqasının qurtulmadığı bir zamandır. Onu görən tanımaz, görülməyincə soruşulmaz. Bax onlardır hidayətin işıqları və qaranlıqda qalanlara açıq nişanələr. … Söz gəzdirib qulların eyiblərini yaymazlar, boş söz danışmazlar.. Allah, bax onlara rəhmət qapılarını açar, çətinlik və məşəqqətlərini aradan qaldırar.
    Ey İnsanlar! Dolu qabın başı aşağı çevrilib boşaldılması kimi, İslamın da boşaldılacağı zaman gələcəkdir!
    Ey insanlar! Allah, sizə zülmetməz, sizə bu barədə güvən vermişdir, amma imtahan edilməməkdən əmin qılmamışdır. Şanı uca olan Allah "Şübhəsiz bunda ayəler vardır, biz qulları əmin olaraq sinayırıq"(Möminun: 23) buyurmuşdur."

    1 "Elm dəyərli bir mirasdır. Ədəb yenilənən zinətlərdir. Fikir saf bir aynadır."
    2-"Ağıllının sinəsi sirrinin sandığıdır. Gülər üzlülük dostluk bağıdır. Səbr eyblərin məzarıdır. "Barış, eyblərin örtülüşüdür,özünü bəyənənə əsəbiləşən çox olar."
    3-"Sədəqə qurtarıcı bir dərmandır; qulların dünyadakı əməlləri, qiyamətdə gözlərinin önüne dayanacaqdır."
    4-"Bir yağ parçasıyla görən, bir ət parçasıyla danışan, birsümüklə eşidən və bir deşikdən tənəffüs edən bu insana təəccüblənin doğrusu! (Onun yaradılışı haqqında düşünün.)"
    5-"Dünya bir kimsəyə yönəldiyində, başqalarının yaxşılıqlarını ona gətirər; ondan üz çevirdiyində də, öz yaxşılıqlarını ondan alar."
    6-"İnsanlarla öldüyünüzdə ağlayacaq, yaşadığınızda isə sizi özləyəcək bir şəkildə davranın"
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    10 ən qiymətli olanlar


    Hz. Peyğəmbərimizin (səvs) son günləri idi və bir gün Cəbrayıl (ə) Hz. Peyğəmbərin hüzuruna enir. Qısa söhbətdən sonra Hz. Peyğəmbər (səvs) Cəbrayıldan (ə) soruşur:
    - Ey Cebrayıl mənim ölümümdən sonra bir daha yer üzünə enəcəksənmi?
    Cəbrayıl (ə) cavab verir:
    - Enəcəyəm ey ALLAHın Rəsulu. Enəcəyəm ki, 10 ən qiymətli olanı aparım.
    Hz. Peyğəmbər (səvs) təəcüblənərək soruşur:
    - Ey Cəbrayıl məndən sonra yer üzündə 10 ən qiymətli olan nədir?
    Cəbrayıl (ə) cavabında:
    Ey ALLAHın Rəsulu birinci enişimdə ən qiymətli olan " bərəkət"i aparacağam. Daha sonrakı enişlərimdə isə insanların qəlbindəki dost sevgisini, qohumlara qarşı olan məhəbbəti, rəhbərlərin ədalətini, insanlar arasındakı haqq-ədaləti, insanların bir-birilərinə inamını, qadınların abır və həyasını, sülhü. Doqquzuncu enişimdə müqəddəs kitab " Qurani Kərim "i və ən son, onuncu enişimdə ALLAHa olan inamı aparacağam.
    Əziz müsəlmanlar gəlin əlimizdə qalan yeganə son iki ən qiymətli olanı qoruyub saxlayaq!
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.