4 sonuçtan 1 ile 4 arası

Xoşbəxtliyin sirri...

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Xoşbəxtliyin sirri...

    Bir tacir xoşbəxtliyin sirrini öyrənməsi üçün oğulunu insanların ən müdrikinin yanına göndərər. Cavan 40 günlük çətin bir səyahətdən sonra bir təpənin üzərində ki gözəl bir qalaya çatar.
    Müdrik burada yaşayarmış.Salona girdiyində çox səsküylü bir mənzərə ilə qarşılaşmış: Tacirlər girib çıxır, insanlar bir küncdə söhbət edir, şirin bir orkestr şirin melodiyalar çalırmış;
    Müdrik sırayla bu insanlarla danışırmış və bizim cavan növbəsinin gəlməsini 2 saat gözləmiş. Cavanın ziyarət səbəbini diqqətlə dinləmiş müdrik, amma xoşbəxtliyin sirrini açıqlayacaq zamanının olmadığını söyləmiş ona.
    Gedib sarayı gəzməsini, özünü 2 saat sonra görməyə gəlməsini söyləmiş. "Ama sizdən bir xahişim olacaq" deyə əlavə etmiş müdrik, cavanın əlinə bir qaşıq verib sonra bu qaşığa 2 damla yağ qoymuş.
    "Sarayı gəzərkən bu qaşığı əlinizdə tutacaq və yağı tökməyəcəksiniz. "
    Cavansa sarayın nərdivanlarını enib çıxmağa başlamış, gözünü yağdan ayırmırmış.
    2 saat sonra müdriki hüzuruna çıxmış.
    "Lap yaxşı" demiş müdrik, "yaxşı yemək salonumuzdakı əcəm xalçalarını gördünmü? kitabxanamdakı gözəl perqamentləri fərq etdinmi?"
    Utanan cavan heç bir şey görə bilmədiyini etiraf etmək məcburiyyətində qalmış.
    Çünki müdrikin verdiyi yağı dağıtmamağa çalışmış, başqa yerə diqqət edə bilməmiş.
    "Öyleyse get ,evimin möcüzələrini tanı, oturduğu evi tanımadan bir insana güvənə bilməzsən."
    Rahatlayan cavan qaşığı götürüb sarayı gəzməyə başlamış.
    Bu dəfə divarlara asılmış, tavanları bəzəyən sənət əsərlərinə diqqət edirmiş.
    Müdrikin yanına döndüyündə hər şeyi detallarıyla izah etmiş.
    "Bəz sənə əmanət etdiyim 2 damla yağ harada?" deyə soruşmuş müdrik.
    Qaşığa baxan cavan yağın töküldüyünü görmüş.
    "Sənə verə biləcəyim tək bir öyüd var:
    -Xoşbəxtliyin sirri dünyanın bütün möcüzələrini görməkdir, Amma qaşıqdakı iki damla yağı unutmadan!!!
    ...

  2. #2
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Xoşbəxtliyin sirri...

    Goresen esl xoshbextlik nece olur?
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Xoşbəxtliyin sirri...

    vavvv super cox gozel nasihat
    HaKKım heLaL,Sewqim haRam oLsun

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Re: Xoşbəxtliyin sirri...

    Alıntı GLAMOURKA Nickli Üyeden Alıntı
    Goresen esl xoshbextlik nece olur?
    Bilmirem ki Ama nisbi anlayişdi...Hereye göre xosbextlik bir cür olur
    Alıntı Ruzgar_Gulu Nickli Üyeden Alıntı
    vavvv super cox gozel nasihat
    Beyendiyinize sevindim
    ...

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.