Əsas məzmuna keç
3 sonuçtan 1 ile 3 arası

Soruşularsa

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Soruşularsa

    İnsana, yaradılmağı və imtahan verməyi istəyib istəmədiyi soruşularmı?

    Özümüzə bir baxaq. Siz yaxşı bir rəssam və ya heykəltəraş olsaydınız, bu xüsusiyyətinizi görmək və başqalarına da göstərmək üçün bir daş, bir ağac, bir heyvan, bir qadın, bir də kişi rəsmi və ya heykəli qurardız. Bunların içindən danışacaq və anlayacaq xüsusiyyəti yalnız insan şəklində olanlara verin.

    İndi bunlar içindən biri sənə etiraz edib "məni niyə etdin" "mənə insan olmaq istərsənmi deyə niyə soruşmadın" desə nə deyərsiniz və nə edərsiniz? Hər halda heç olmasa səni yox ikən ortaya çıxardım, səni daş, ağac, heyvan deyil də ən qiymətlisi etdim. Təşəkkür etməyin lazım olarkən bu etiraz niyə, deməyəcəksinizmi? Sonra da belə bir etiraz qarşısında onu parçalayıb zibilə təyin atarsınız. Digər halına razı olanı isə ən gözəl yerə asar, hər kəsə seyr etdirərsiniz.

    Orada olanlardan daşlar da bunu eşidincə "halından məmnun deyilsə yer dəyişək, mənə insanlığı özünə daşlığı götürsün desə, haqlı olmazlarmı?

    Budur həqiqət. Bizim ağıllı və ən qiymətli varlıq olaraq vəziyyətimiz eynilə belədir. Allah hər şey içində ən gözəl şəkli və xüsusiyyətləri bizə verdiyi halda biz etiraz etsək, "o zaman heyvanlardan biri, gəl dəyişək" yaxud da "səni yox etsin, yerinə məni keçirsin" desə nə edəcəksiniz?

    Allah Təala belə bir etirazda olanı parçalayıb zibilə, yəni cəhənnəmə atsa, digər halına razı olanı cənnətinə qoyub ən gözəl nemətlərlə bəzəsə, ədalətin ən gözəli olmazmı.

    Allah bizi özünü tanımaq və özünə layiq olacaq şəkildə ibadət etmək üçün yaratdı. Bu vəzifəni yerinə yetirəcək alət və cihazları da yaratmışdır. Yəni bizdən istənən şeylər ilə bunları qarşılayacaq sərmayə ölçülü və balanslıdır. Burada hər hansı bir ədalətsizlik olmadığını bütün insaf və vicdan əhli bilər.
    Lakin Allahın bizi yaradarkən bizə soruşub soruşmaması isə, tamamilə Allahın iradəsini məhdudlaşdırmaq mənasını verər. Halbuki "alimlərimizin ittifaqı ilə Allah Böyükdür,ucadır. Yəni etdiyi işlərdən sorğuya çəkilməz. Amma kainatda etdiyi və yaratdığı hər hansı bir hadisənin hikmətsiz və ya ədalətsiz olduğuna dair heç kim ağızını aça bilməməkdədir. Çünki, kainatda hikmətsiz və əbəs ola biləcək bir vəziyyət yoxdur. Bütün kainatı bir-biraraşdıran elm adamları bu ilahi hikmət qarşısında heyrətə düşməkdədir.
    [

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Soruşularsa

    Allah bizi özünü tanımaq və özünə layiq olacaq şəkildə ibadət etmək üçün yaratdı.

    allah ne yaradibsa gözel yaradib..onun işine qarişilmaz. teşekürler
    her hansi heyvanla yer deyişmek dehşet olardi Eslinde insan en vehşisi
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  3. #3
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: Soruşularsa

    Emin cox sag ol bele movzualara ehtiyacimiz var Allah razi olsun
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.