11 sonuçtan 1 ile 10 arası
-
05-15-2007, 08:51 PM #1Moderator
- Üyelik tarihi
- Feb 2007
- Mesajlar
- 6.163
Bağışla məni, atacan!
Həyat yoldaşını çox sevirdi. Ancaq atası da onlarla birlikdə yaşadığı üçün aralarında tez-tez mübahisələr olurdu. Həyat yoldaşı yataq xəstəsi olan atası ilə birlikdə yaşamaq istəmirdi. Mübahisələr bəzən dözülməz həddə çatırdı.
Bir gün yenə aralarında eyni mövzu ilə bağlı mübahisə olmuşdu. Bu dəfə evin xanımı məsələni sərt qoydu: “Ya mən bu evi tərk edəcəyəm, ya da sən atanı bu evdən çıxaracaqsan”. Sanki başına qaynar su töküldü. Nə edəcəyini bilmirdi. Xanımını çox sevirdi, ondan ayrılmağı ağlına belə gətirmirdi. Atası ilə bağlı məsələdən başqa, onların arasında heç bir problem yox idi. Xanımı da onu çox sevirdi. Bir də, Nuran adlı oğulları vardı. Sevdiyi qızla evlənmək üçün çox mübarizə aparmış, çox problemlərlə qarşılaşmışdı.
Çarəsiz qalmışdı. Bir tərəfdə dəli kimi sevdiyi həyat yoldaşı, digər tərəfdə isə doğma atası: bunlardan birini seçməli idi. Xeyli düşündükdən sonra bir çıxış yolu tapdı. Bir neçə il əvvəl yaxınlıqdakı dağda kiçik bir daxma tikmişdi. Ovçuluğa marağı böyük olduğu üçün bəzən günlərini bu daxmada keçirirdi. Ancaq işləri çox olduğundan uzun müddət idi ki, ora getmirdi. Qərarı belə idi ki, atasını bu daxmaya köçürsün və həftədə bir dəfə ona baş çəkib ehtiyaclarını görsün. Ağlına başqa çıxış yolu gəlmirdi.
Atasına lazım ola biləcək bütün əşyaları hazırladı və maşına yüklədi. Sonra yataqda uzanan atasını qucağına alıb, maşına mindirdi. Oğlu: “Ata, mən də səninlə gəlmək istəyirəm”, - deyə təkid edincə, onu da özü ilə aparmaq qərarına gəldi.
Soyuq qış günü idi. Dağda hava daha soyuq idi. Axşamdan yağan qar yolu-izi örtmüşdü. Balaca Nuran tez-tez: “Ata, hara gedirik?” - deyə soruşsa da, cavab ala bilmirdi. Digər tərəfdən, yaşlı ata da haraya və niyə aparıldığını anlayır, gizli-gizli göz yaşı tökürdü.
Bir neçə saat davam edən çətin yolçuluqdan sonra daxmaya çatdılar. Uzun müddət baxımsız qaldığı üçün daxma dağılmaq üzrə idi. Tavan və döşəmə artıq çürümüşdü. Oğul daxmada kiçik təmizlik işləri gördükdən sonra yatağı yerə sərdi. Digər əşyaları da daxmaya daşıdı. Sonda isə yaşlı atasını yatağa uzatdı. Ancaq gözlərini atasından çəkə bilmirdi. Çox böyük vəfasızlıq etdiyini başa düşürdü.
Göz yaşlarını saxlaya bilmirdi. Yatağa uzadılmağından cəmi bir neçə dəqiqə keçsə də, atası artıq üşüməyə başlamışdı. Öz-özünə: “Sabah yenə gələrəm, qalın yorğan və bir neçə adyal gətirərəm”, - deyərək özünü sakitləşdirməyə çalışdı. Halbuki özü də bilirdi ki, yaşlı və qoca atasının bu havada sabaha qədər sağ qalmaq ehtimalı çox azdır. Yaşlı atanın da ürəyi qan ağlayırdı. Min bir əziyyətlə böyütdüyü övladı tərəfindən tərk edilmək ona çox ağır gəlirdi. Bu, onun atalıq qüruruna toxunmuşdu. Balaca Nuran isə gözləri qarşısında baş verənlərə bir məna verə bilmirdi. O, sadəcə olaraq, kənardan tamaşa edirdi.
Artıq ayrılmaq vaxtı idi. Atasının yatağına tərəf əyildi. Göz yaşı içərisində onun yanaqlarından və əllərindən öpdü, “məni bağışla” deyirmişcəsinə atasının boynuna sarıldı. İxtiyar da özünü itirmişdi, hönkür-hönkür ağlayırdı. Ata Nuranın əlindən tutub çölə çıxdı.
Artıq avtomobil daxmadan xeyli uzaqlaşmışdı. Nuran isə ağlamağını kəsmirdi. Babasından ayrılmaq istəmirdi. “Niyə babamı soyuq bir daxmada təkbaşına qoydun?” sualına cavab almadıqda isə bu dəfə, “Ata, mən də səni qocalanda bu daxmaya gətirəcəyəm”, - dedi. Oğlundan gözləmədiyi bu söz sanki başında ildırım kimi çaxdı. Cəld avtomobili geri döndərdi, sürətlə daxmaya tərəf sürdü. Daxmaya çatan kimi: “Məni bağışla, atacan”, - deyərək atasının boynuna sarıldı. Ata və oğul bir-birilərinə sarılıb, uşaq kimi ağlayırdılar. Yaşlı ata: “Geri qayıdacağını bilirdim, oğul. Mən öz atamı tərk etmədim ki, sən də məni tərk edəsən”, - dedi...[
Ya da
[
-
05-15-2007, 09:22 PM #2Senior Member
- Üyelik tarihi
- Dec 2006
- Yer
- Baki
- Mesajlar
- 1.089
gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.
-
05-17-2007, 03:22 AM #3Senior Member
- Üyelik tarihi
- Apr 2007
- Mesajlar
- 391
Elif ellerine sağlıq. Teşekkürler!
-
07-08-2007, 07:39 PM #4
-
07-09-2007, 01:45 PM #5Senior Member
- Üyelik tarihi
- Jun 2007
- Mesajlar
- 756
ELİFCİM SENİ GERCEKTEN KUTLARIM COK GÜZEL OLMUŞ ÖZELLİKLE MENI COX AGLATTIN
[
-
07-15-2007, 08:27 PM #6Senior Member
- Üyelik tarihi
- Mar 2007
- Yer
- Berlin
- Mesajlar
- 654
Elif cox sag ol cox gözel yazmisan insan ailesine nece bele bir sey ede biler onlar bizi dünyaya getiribler Allah göstermesin cox aglatdin meni ay baci
-
07-17-2007, 02:57 AM #7Junior Member
- Üyelik tarihi
- Jul 2007
- Yer
- Türkiye
- Mesajlar
- 17
Teşekkür ederim.
Azerileri
çok seviyorum..
-
12-18-2007, 12:48 AM #8Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- Almaniya
- Mesajlar
- 54
Teshekkür edirem Elif.Cox kövretdin meni.Men Almaniyada yashayiram.Valideyinlerimden cox uzaqdayam.Bunu özüme bagishlaya bilmirem.Amma menim Azerbaycani terk etmeyime sebeb gördüyüm haqsizliqlara cavab vere bilmemeyim olub.Yeqin bir az derin düshünen insan menim kim oldugumu biler.Men hemishe Azerbaycanla nefes aliram.Men TÜRK OQLU TÜRKEM.Azerbaycanda TÜRK övladlari hakim olanda INSHALLAH men de öz yurduma qayidacam. Azerbaycani terk edende bir ovuc torpaq götürmüshdüm özümle.O torpagin iyi ile nefes
aliram. Inshallah bütün hesretlere son olar.Daha yaza bilmedim.Meni bagishlayin.
-
12-18-2007, 11:01 PM #9Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Aug 2007
- Mesajlar
- 1.565
İKİNCİ BAHAR YAŞIYOR ÖMRÜM
GEL BENİM YARİM OLUVER ŞİMDİ
SENİ GÜL GİBİ ÖPE KOKLAYA
GÖZÜMDEN DİLİMDEN SAKINIR SAKLAR
BUGÜN Kİ AKLIMLA SEVERİM ŞİMDİ
-
01-08-2008, 04:08 PM #10


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla


Yer imleri