1 sonuçtan 1 ile 1 arası
-
02-12-2010, 09:14 PM #1Member
- Üyelik tarihi
- Jan 2010
- Mesajlar
- 67
ஐ.-~•*'˜¨¯`•¸SENSİZ KECEN GULNLERİM....♥¸•`¯¨˜'*•~-.ஐ
Getdin, məni dərdlərimlə tək qoydun. Dərdlərimi səninlə bölüşürdüm, sən yoxsan artıq, kimlə bölüşüm?
Dərdlərimlə başbaşa keçir Sənsiz Günlərim...
Beynimdə min fikir, min düşüncə...
Birdə səni düşünmək çox ağır gəlir cismimə, daşıya bilmirəm bu yükü, taqətim yoxdu...
Hər dəqiqə səni düşünərək keçir Sənsiz Günlərim...
Başqalarında Səni axtarıram, sənin gülüşünü, səsini, nəfəsini axtarıram. Ama tapa bilmirəm. Heçkim Sən ola bilmir...
Səsin, gülüşün, nəfəsin üçün darıxaraq keçir Sənsiz Günlərim...
Bəzən zarafatlarımız yadıma düşür. Uşaqlaşırdıq bəzən yadına düşür? Bir-birini sevən iki uşaq idik sanki...
Uşaqlığım üçün darıxaraq keçir Sənsiz Günlərim...
Hər gecə yatmazdan qabaq ilk səni düşünürəm. Bəzən yata bilməyim uzun çəkə bilir. Çünki səni xəyal etməkdən doymuram. Yuxumda səni görmək istəyirəm, ama görə bilmirəm. Niyə yuxuma gəlmirsən? Səni yuxumda görməyə də haqqım yoxdu? Bir dəfə gəl, bircə dəfə...
Bu mənə bir ömür bəs edər...
Gecələr yuxusuz keçir Sənsiz Günlərim...
Bir də bunu düşünürəm...
Görəsən Sənin Necə Keçir Mənsiz Günlərin...?


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri