3 sonuçtan 1 ile 3 arası

Damcı

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Damcı

    Damcı...


    Ağlamaq gəldi içimdən... Səbəbini bilmədən... Pəncərəmdən boylanıb gecenin qaranlığında narın yağışlı havada dınqılı-dınqılı xəyallar qurmağa başladım. Yağan yağışın yer üzərinə necə aramla düşdüyünü gördükcə, xəyallarımın həcmi daha da böyük görünürdü. Öz çılğınlığını göstərən külək, hərdən yağışın aramlığını pozaraq gah bu tərəfə, gah da başqa tərəfə çırpırdı. Bütün bunları nəzərdən keçirib, nədən ağlamaq istədiyimi düşünməyə başladım. Elə dınqılı xəyallarımı da bu zaman qurmağa çalışdım. Yağışın gözəlliyi ilə, sanki yerə nur çilənirdi. Pəncərəmə düşən yagış, pəncərə şüşəsində dınqılı damcılar qururdu. Bu damcılar saniyələr keçdikcə, böyüyüb kiçik su axıntıları kimi aşağıya doğru hərəkət edirdilər...
    Baxın, nə qədər nümunə götürə biləcəyimiz, nə qədər şey öyrənə biləcəyimiz bir məqamdır...
    Bəzən sıxıntılarımız olur, azad olmaq istəyirik alınmır.
    Bəzən problemlərimiz olur, həll etmək istəyirik o da alınmır.
    Bütün bu sıxıntılar, problemlər çoxaldıqda isə, bəzən insan bunları bir şar kimi böyüdərək, partlatmaq məcburiyyətində qalır. Bir düşünün... Əgər, biz bu sıxıntıları şar kimi deyil, bir damcı kimi böyütsəydik, onlar, bizim həyatımızdan elə pəncərəmizə düşüb daha sonra su axıntısına çevrilən bir damcı kimi axıb gedərdi. Beləcə, insan hər şeyin ən yaxşını düşünüb, ona verilən bütün nemətlərə görə (hətta dınqılı bir yağış damcısına görə) şükür etsəydi, onun problemləri bir damcıya yığılıb, sonra kiçik bir axıntıya çevrilib öz həllini tapardı.

    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Damcı

    [

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Dec 2006
    Yer
    Baki
    Mesajlar
    1.089

    Re: Damcı

    dogrudur, yagis yaganda men cox rahatlaniram. maraqli idi tesekkurler. qoy xeyallariniz sar kimi boyusun ve reallasmasi serti ile.
    gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.