1 sonuçtan 1 ile 1 arası
-
02-09-2010, 11:31 AM #1
İlan-ı aşk
Sevdiyin şəxs tərəfindən əlində üzüklə “mənə ərə gələrsən?” ifadəsini eşitmək hər bir xanımı xoşbəxt edəcək andı.
Nişan üzüyü - ailə quran zaman bəy və gəlinin bir-birlərinə bağışladıqları üzük. Adsız barmağa taxılan nişan üzüyü həmin adamın ailəli olduğunu göstərir.
Hələ qədim zamanlardan üzük əbədi sevgi rəmzi olmuşdur.
Üzük qapalı dairə formasında olduğundan əbədi sabitliyi ifadə edir.
Nişan üzüyü ənənəsi bəzi mənbələrə görə Misirdə, digər mənbələrə görə Qədim Yunanıstanda yaranıb.
Hər iki mənbədə bir şey üst-üst düşür ki, nişan üzüyü adsız barmağa taxılır. Bu da urəyə aparan damarın məhz bu barmağdan keçməsi ilə əlaqələndirilir.
Kimiləri utanar üzüyü gördükdə... Kimiləri isəsevinərək sarılar boynuna bu təklifi alanda...
* * *
Kimiləri brillianta bürüyər... Kimiləri isə sadə bir üzüklə yeni həyata başlayar...
* * *
Kimiləri bu üzüyü taxanda əlləri əsər... Kimiləri isə barmağa taxar gülümsəmədən...
* * *
Kimiləri bu üzüyü sevgilisinin barmağına taxmaqdn ötrü canından keçər... Kimiləri isə valideyn istəyi ilə atasının pulundan...
* * *
Kimiləri bu dairəvi üzükdə əbədi sevgi görər... Kimiləri isə uşaqlıqda oynadığı halqa ilə fərq görməz...
* * *
Kimiləri adını yazdırar bu üzüyə... Kimiləri isə adını unudacaq bir ömür bəxş edər üzüyü taxdığı şəxsə...
* * *
Kimiləri sadə üzük olsun amma “xoşbəxtlik gətirsin bizə bu üzük “düşünər... Kimiləri isə brilliant daşının azlığından üzüyü qaytarar...
* * *
Kimiləri üzüyü yatanda belə bağrına basar çıxartmaz... Kimiləri isə kənara atar bir əşya kimi baxar...
Nişan üzüyünün anlamını nədə görürsünüz?


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla
Yer imleri