1 sonuçtan 1 ile 1 arası
-
02-08-2010, 08:19 PM #1Senior Member
- Üyelik tarihi
- Feb 2010
- Mesajlar
- 126
_AYRILIQ_
Saldı üzərimə barmaqlıqları
Həbs etdi zülmətə, yaman Ayrılıq!
O, susdu, mən susdum, dindi intizar...
Eşq uçurumundan atan Ayrılıq!
Bir qiyam qopartdım, fəryad eylədim,
Azalmaq yerinə çoxaldı dərdim.
Torpağa kök saldım, ucaldı qəmim.
Ayağımı yerdən alan Ayrılıq!
Kabusmu, gerçəkmi?! Bilmək olmayır
Ürək necə atır. necə yaşayır?!
Ölmək ki, asandır, yaşamaq ağır,
Yaşaraq öldürüb, gülən Ayrılıq!
Ömür yollarıma körpülər saldım
Yolçu çıxıb getdi çarəsiz qaldım.
Sevgimlə uca bir bina qaldırdım
Bir baxdım yox olub, sökən Ayrılıq!
Qoca bir qartalam, məskənim dağlar,
Təbrizim, Dərbəndim gözümdə ağlar,
İrəvan, Kərküküm məni axtarar,
Köksümə dumanı çəkən - Ayrılıq!


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri