Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Unudaq Qurtarsın!

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Unudaq Qurtarsın!

    Kim demiş ki, ayrılıqlar bitir bir gün? Yalan demiş, sevgilim! Boş xülyalar... Ümidlər də bitir... Sənsizliyə öyrəşmişəm. Sənsizliyi küçələrin soyuqluğuyla, buz kimi parklarla, qaranlıqlarla bölüşmüşəm. Gücüm qalmayıb ki...

    Mənsizliyə alışmısan. Onu isti ocağında əritmisən...

    Dəyişilmişik. Səndən çox sənsizliyi sevirəm. Məni yox, keçmişini istəyirsən. Orda isə heç nə qalmayıb. Tanış tinlər, tanış səkilər, amma yadlar tutub bizim yerimizi. Xatirələr də silinib. İzi tozu da qalmayıb... Görüşsək tanıyarıqmı bir birimizi? Mən sənin gözlərindəki kədəri tanıyaram. Sənsə mənim addımlarımı...

    İndi sənə çatmağı yox, səni ürəyimdən silməyi fikirləşirəm.

    Səni qırıram, atıram... Son anda bir telefon zəngi səni yenə mənə qaytarır.

    Mənə "əgər bilsəydim..." demə. Səni görməyə imkan yaratma.

    Peşmanlıqla yaşayaq, amma qovuşmayaq.

    Uzaqdan baxa bilək ancaq. Sənə tərəf çırpınsam da, mənə sarı uçunsan da...


    Faydası yox... Qovuşmağımız üçün qatil olmalıyıq.

    Qatil sevgilim. Ondan sonra da bütün dünya bizi axtarsa da, səni qəlbimdə gizlədərəm...

    Amma...

    Mənə "qorxaq" demə. Sevgimizi buxovlamalıyıq. Elə qalın zəncirlə ki, heç bir ehtiras onu qıra bilməsin.

    Qələmimi yerə qoyandan sonra səni unudcağıma söz verirəm. Bircə telefon zəngi olmasın yenə.

    Gecələrimizə haram qatmayaq,

    Düşünməyək bir-birimizi

    Nə sən mənə çatansan, nə mən sənə yetənəm.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.