2 sonuçtan 1 ile 2 arası

Xatırlayırsan....

  1. #1
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Xatırlayırsan....


    1---Qız
    2---Oğlan
    1. Hmmm statusa bax....
    2. Qoy sənin qəlbində gizli yaşayım...
    1. Ahaa..
    2. Heç vaxt məni istəməmisən, istəmirsən, istəməyəcəksən də..
    1. Hmmm.. mənim əvəzimə qərarlar verirsən?
    2. Belə hiss edirəm mən.
    1. Hmmm.. istəyirsən başqa hiss elədiklərini də mən deyim:
    Düşünürsənki bir gün eləyəm, bir gün belə.. anlaya bilmirsən..
    2. Ola bilər.. amma nə olsan da, nə etsən də sən mənim CANIMSAN!
    1. Bu qədər sənə uzağamsa, bəs bəzi hərəkətlərim nədi.. Niyə birdən elə jestlər edirəm.. Hər unutmaq istədiyində hansısa elədiyim jest unutmağa imkan vermir. Bilirəm çox əsəbləşirsən onda. Düşünürsən amma qərar verə bilmirsən...
    İstəməsəm də səni çox üzürəm. Bilirəm bezirsən o anlarda.. Tamam unutmaq istəyirsən, amma unutduqca daha cox xatırlayırsan...
    2.Bunları hardan bilirsən sən ????
    1. Fikirlərimi başa düşə bilmirsən. Düşünüb hansısa qərar verirsən.. ani bir hərəkətim qərarlarından döndərir səni. O qədər bezirsən ki, bəzən əsəbdən nifrət də edirsən, özünə söz verirsən, qurtardı deyirsən, amma bir az keçəndən sonra sözündə dura bilmirsən. Həyatında hiss edə bilmirsən məni. gah varam, gah yoxam..
    2. Eyni mən demək istədiklərim.. amma deyə bilmədiklərim...
    1. Düşünürsən ki, səni istəmirəmsə, bəs bəzi hərəkətlərim nədi?
    Niyə birdəfəlik getmirəm onda həyatından....
    Hmmm bu qədər bəs elədi sənin hiss elədiklərini mənim deməyim?
    2. Bunları necə dedin ????
    1. Necə ki, necə dedim?
    2. Yəni hardan bildin??
    1. Düz bildim hamısını?
    2. Aha..
    1. hmmm.. Ok..
    2. İndi mən nə yazım??
    1. Bilmirəm.. Mən msn-də olmayanda belə həyatda çox düşünürsən hə?? Ona bunu deyəcəm, onu deyəcəm.. Amma gəlirsən msn-ə, ya real həyatda heçnə deyə bilmirsən.. danışa bilmirsən....
    2. Heyyy.. Sən bunları hardan bilirsən ????
    1. Nə bilim.. Hiss edirəm..
    2. Ola bilməz..
    1. Niyə ki? Qarşındakına diqqətlə fikir versən çox yaxşı hiss eləmək olur onun düşündüklərini...
    2. Mən bilmirəm nə yazım....
    1. Hmm... bilirsən bəlkə də. sadəcə necə yazacağını bilmirsən... düşünürsən ki nə isə deyəssən, deyən kimi mən küsəcəm.. ya nə isə pis bir şey olacaq..
    2. Səni çoox üzmüşəm.. daha bacarmıram...
    1. Ok... Bir şeyi bil ki, nə olsa da səni çox istəyirəm...
    2. mən də səni...
    1. Mən acmışam. Gedim yemək yeyim. Msn-dən çıxıram. Gecən xeyirə..
    2. Ok get.... Gecən xeyirə... Mən səni çoox, lap çooox istəyirəm.. Bunu unutma!
    1. hmmmm.....
    2. Daha heçnə istəmirəm. Sən xoşbəxtsənsə bu mənə yetər !
    1. Amma mən səni istəyirəm ...
    2. Mən də səni caaanım .....
    1. Biz niyə həmişə belə mehriban olmuruq?
    2. Bilmirəmki Mən çalışıram, amma alınmır..
    1. ehhh :-(
    2. Səni çoox lap lap çoooox istəyirəm.. yer və göy qədər!
    1. Qorxuram ee mehriban olandan sonra yenə aramız dəyər....
    2. Dəyməz, ömrüm mənim......
    1. İnanım?
    2. İnan!! Mənə lazım olan sənin xoşbəxtliyin idi.. Onu da əldə etdin.. Daha mən heçnə etməyəcəm ki, aramız da dəyməsin!
    Elə bu andaca bir məsəl yadıma düşdü....
    P.S Başqasına Özündən artıq dəyər vermə, ya onu itirərsən ya da özünü məhv edərsən...
    Necə ki, indi bu mehriban bir söhbətin sonluğu ayrılıqla bitirsə, Onda ancaq onu deyə bilərəm
    Daha Sevgiyə İnanmıram mən!!!
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Xatırlayırsan....

    Ay Ayten bunlar nedir bele ?
    hec neden bas aca bilmedim
    amma maraqli geldi

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.