6 sonuçtan 1 ile 6 arası

Vəfasız

  1. #1
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Vəfasız

    Sevgilim bu gün düz üç ildir. Üç ildir ki, səadət yağışının nemətlərindən gələcəyin ümid dolu xəyallarından istifadə edərək yaşayıram. Bütün xatirələr yaşadığımız anlarda olduğu kimi təzədir. Kimsəsizliyin həzin və acı musiqi sədaları arasında səni düşünürəm. Bəzən isə səssiz sədasız qəlbimin narahat çırpıntıları arasında hüdudsuz və dərin xəyallara qapılıb özümü səninlə sənin yanında hiss edirəm. Və o günlər bir də gələcəkmiş kimi savadsız və təhsilsiz ruhanilər kimi "Amin" deyirəm. Bilirsənmi özüm-özümə gülürəm. Acizliyimə, səni unuda bilmədiyimə görə nifrət edirəm həyatıma. Batan günəşin səssizliyi ilə birlikdə sənsizliyin acı və iztirabları bütün çılpaqlığı ilə mən istəmədən qoynuma girir məni bir dəqiqə belə rahat buraxmır. Özümü qurumuş palıd ağacından sallanan bir yarpaq kimi hiss edirəm. Tutunacaq kimsəm, kiçicik arxam belə yoxdur. Ayrılıq adı ilə əsən zəif külək qarşısında aciz qalmış vücudumun titrəməsi sıxır məni. Sənin üçün ikimiz üçün nələr ümid etməmişdim?! Əlçatmaz arzulara belə səninlə olduğum anlarda ümidlə bağlanırdım. Əllərinin istisi, gözlərinin yorğunluğu mənə o qədər doğma idi ki, səndən ayrıldığım zamanda özümü kimsəsiz, yetim uşaq kimi hiss edirdim. Sənsiz bu dünya mənim üçün sanki məzardır. Bir günün yalnızlığından sıxılar, bezərdim. Sabahı tez açmaq üçün özümü aldadar vaxtın tez keçməsi üçün saatımı bir dala, bir qabağa çəkərdim. Əbədilik yetim qoydun məni. Gunahım ne idi?
    Özümü müttəhimlər kürsünə oturduram.
    Günahım - Sevmək
    Şahidim - Sevgim, iztirablarım
    Hakim - Sən
    Cəzam - Yenə də səni sevmək. Ölənə kimi. Nəfəsim adını hecalayacaq həmişə.
    Bir sevgi nağılı bitdi beləcə
    Yaşamaqmı gözəl ölməkmi səncə
    Gözlərəm yolunu geri dönəndə
    Gizlin döy qapımı "ey vəfasızım"

    Nə etmək qismətim beləymiş gülüm
    Fərq etməz mən artıq yaşayım ölüm
    Təki sən xoşbəxt ol o gün
    Mən ağlasam da olar "ey vəfasızım"

    Canına can dedim canımı verdim
    Canını canımdan daha çox sevdim
    Bu yazıq canıma bax nələr etdin
    Bumu əhdin sənin "ey vəfasızım"

    Cavanlıq səhvimi desək biz buna
    Lənət o fələyə saldı toruna
    İndi sən yoluna mən öz yoluma
    Görüşərik bir gün "ey vəfasızım"


    Məni unuda bilməyəcəksən. Yanında, baş ucunda olacağam həmişə. Kim bilir həzin musiqilərin sətirlərində, gözünü zilləyib xəyallara daldığın kiçicik bir nöqtədə, bəlkə də "sevirəm" deyərək özünü aldatdığın insanın göz bəbəklərində tapacaqsan mə
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Vəfasız

    Tesekkurler eziyyete gore.
    [

  3. #3
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: Vəfasız

    _power_rangers_ Deymez
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  4. #4
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: Vəfasız

    Tsk canım menim

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Vəfasız

    Alıntı Kralica_ Nickli Üyeden Alıntı
    _power_rangers_ Deymez
    deyer eseblesdirme meni
    [

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Vəfasız

    Günahım - Sevmək
    Şahidim - Sevgim, iztirablarım
    Hakim - Sən
    Cəzam - Yenə də səni sevmək. Ölənə kimi. Nəfəsim adını hecalayacaq həmişə.
    Bir sevgi nağılı bitdi beləcə
    Yaşamaqmı gözəl ölməkmi səncə
    Gözlərəm yolunu geri dönəndə
    Gizlin döy qapımı "ey vəfasızım"
    HaKKım heLaL,Sewqim haRam oLsun

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.