2 sonuçtan 1 ile 2 arası

Ağladım

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Ağladım



    Hüzn ulduzları parlayır bu gün göy üzündə. Bu gecə yenə için-için yanıram. Oturub səni düşünüb ağlayıram. Səni, gedişini, sevməyini, hər şeyini. Unutmur səni bu yaralı qəlbim. Etdiklərini xatırlayıb peşman olur. Səni düşünürəm bu gecə, qaranlıq göy üzündə parlayan ulduzları seyr edirəm. Onları sənə bənzədirəm. Qaralmış qəlbimin kənarında yanan məşəl kimi. Səni düşünürəm bu gecə, məni sevdiyini, mənə necə baxdığını, mənə necə güldüyünü, əllərimi necə tutduğunu, əllərini necə tutduğumu. Yüksələn bir atəş kimi sevgimizin necə çoxaldığını və bir gün anidən buraxıb getdiyini, son vidanı xatırlayıram. Gözlərimə ağlarcasına baxdığını, gözlərini qəlbimə basdırdığımı xatırlayıram. Bir daha çıxmasın deyə. Onsuzda çıxa bilmədilər qəlbimdən gözlərin. Ölülər dirilirlər ki, basdırılanlar çıxsın getsin? Getdin son bir vida ilə gözü yaşlı, əlimdə sərin, arxandan dəqiqələrcə baxdım ağlamaqlı, sıxıldım, üzüldüm, pərişan oldum, amma ağlamadım. Ağlaya bilmədim əngəl oldu qürurum, əngəl oldu sevgim. Uzaqlara getdin, bəlkə bir daha əsla dönməmək üzrə gözlədim səni dəlilər kimi, hələ də gözləyirəm... Daim səni xəyal edib, daim səni düşündüm. Səsini eşitdikcə yaşayar, eşitmədikcə ölürdüm. Aylarla axtardın bir sevgi uğrunda. Heyf ki, tərk edildin, bir səhv uğrunda, üzüldün, ağladın, bağışladın, amma həmişə də sevdin, məni sevdin. Gülüm məni, qəlbi qırıq vəfasızı. Yenə tərk edildin, yenə unuduldun, sevdanla baş-başa buraxıldın, yenə qırıldın, yenə ağladın, amma bu səfər bağışlamadın. Sevdiyini ən sevincli günündə öldürdün və arxana baxmadan getdin. Məni özümlə baş-başa buraxdın. Yıxıldım, üzüldüm səndən ayrılanda.

    . Qaldım çarəsiz, sevgisiz və bir də sənsiz... Onsuzda həmişə sənsiz idim, amma indiki kimi deyil. Dağılmış bir qəlbə sahib oldunmu sən heç? Parça-parça edilmiş, sökük və viranə, bir o qədərdə vəfasız. Əvvəllər üzüldüm, amma heç vaxt ağlamadım, gəldi keçdi deyib, səni də gözlərin kimi qəlbimə basdırdım. Unutdum dedim, unudacağam dedim, unuda bilmədim, unutmaram dedim. Əvvəl gözlərin sonra sən çıxdın qəlbimdən. Bir vicdan əzabı başladı ölü ürəyimdə, qəlbimdə heç bir şey qalmadı səndən başqa. Xatirələrin, gözlərin və sözlərin. Şerlərini gətirdilər mənə, məni öldürən şerlərini. Vəfasız dediyini eşitdim, yıxıldım, səni düşündüm gecələrcə, daim tək başıma. Şerlərin öldürdü, həsrətin yandırdı ürəyimi üzüldüm, qırıldım, yıxıldım və en sonunda ağladım. 3 nəfərlə ağladıq sənə. Mən, qəlbim və gözlərim. Sənin üçün yandım, səni sevdim, səni xatırladım hər yerdə. Günlərcə bir gün səsini eşitmək ümidi ilə telefon zəngini gözlədim. Telefon çalmayıb həsrət qalınca ağladım-ağladım. Sənə etdiklərimi ancaq o zaman anladım. Eşitdim ki, qəlbini verməmisən heç kimə, içində məni görərlər deyə, mən də heç kəsə vermədim içində səni görərlər deyə. Göy üzü ulduzlarla bəzənmişdi. Mən həmişə səni düşünərkən hüzn ulduzları qoydum adını. Səni xatırladırlar deyə. Eyni onlar kimi səndə məndən çox uzaqlardaydın. Həmişə göz qırpardın uzaqdan səssizcə. Mən isə daim səni gözlədim, qırıq qəlbim, yaşlı gözlərimlə. Bəzən xəyala gedirəm, səni düşünürəm, ağlayıram, səni və sevgini axtarıram qəlbimdə. Düşmür adın heç dilimdən. Gülüm öləcəyəm bir gün mən sənin sevgindən, sənin dərdindən. Bəlkə də bir gün görəcəyəm səni. Sən məni unutmuş, mənim olmayan səni. Elə o an sevgimin göz yaşını xatırlayacağam və yenə bir kənarda oturub ağlayacağam. And içdim sənin üstündən başqasını sevməyim deyə. Və hər zaman, hər yerdə təkrarlayıram. Səni unutmaq üçün öldürsələr belə, qarşılıq olaraq dünyanı versələr belə, dar ağacı qurub edam etsələr belə səndən başqasını əsla sevməyəcəyəm...

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Ağladım

    AĞLIYORUM

    Ne çok şey anlatır gözyaşları…Bazen söylenemeyen sözlerin sesi, bazen bir pişmanlığın diyeti ,bazen de bir sevda nefesi…Sessizliğin çığlıklarıdır aslında gözyaşları…Anlatılamayanı anlatmak ister karşısındakine…Eğer anlayabilirse…
    İnsanoğlu bi garip…Sevinir ağlar, üzülür ağlar, hasret çeker ağlar, kavuşur yine ağlar. Kelimeler kifayetsiz kaldığında, gözyaşları görev başındadır. Aslında ağlayabilmek büyük bir nimet…Ve ağlamak taş kalpli olmadığımızı gösteriyor. Hala insan olduğumuzu, hissettiğimizi, DUYGUSUZ olmadığımızı…
    Ama bazen gözpınarlarından aşağı süzülemez gözyaşları…Onlar dışa akıp ziyan etmezler kendilerini…Çünkü çok daha önemli bir görevleri vardır. İçteki bir yangını söndürmek isterler. Göz kapaklarınızın alev alev yandığı, boğazınıza bir şeylerin düğümlendiği, burnunuzun direğinini sızladığı oldu mu hiç? Dikkat ettiniz mi o anlarda gözyaşlarınızın istikameti neresi? En zor olanı bu belki de…
    Ağlamak zayıflık mı? Neden ağlamamız gereken anlarda; yumruklarımızı, tırnaklarımız avuçlarımızı kanatıncaya kadar sıkar, boğazımızdaki düğümleri yutkunarak gidermeye çalışırız? Neden kaçırırız buğulanan gözlerimizi başkalarından?
    Bakın ağlıyorum işte! Utanmıyorum kimseden…O kadar içime akıttım ki gözyaşlarımı!…Artık zapdedemiyorum içimdeki çağlayanı….
    Ağlıyorum dostlarımın vefasızlığı için
    Ağlıyorum Yaradana vefasızlığım için
    Ağlıyorum özlediklerim için
    Ağlıyorum özleyip de kavuşamadıklarım için
    Ağlıyorum içimi acıtan kalp kırıklıklarım için
    Ağlıyorum istemeden de olsa kalbini kırdıklarım için
    Ağlıyorum unutulmaması gerekenleri unuttuğum için
    Ağlıyorum Rabbime hayırlı kul olamadığım için
    Ağlıyorum yaklaştıkça uzaklaştıklarıma
    Ağlıyorum tanıdıkça çirkinleşenlere
    Ağlıyorum kıymetini bilemediklerime
    Ağlıyorum sevsem de yüz bulamadıklarıma
    Ağlıyorum ziyan olan yıllarıma
    Ağlıyorum bir ömür ağlayamadıklarıma
    GÖZYAŞLARIM BU GECE BİTER Mİ?
    RUHUMDAKİ KİRLERİ YIKAMAYA YETER Mİ?
    KALBİME GÜN DOĞAR MI BU SABAH ACEP?
    YOKSA,BÖYLE GELMİŞ YİNE BÖYLE GİDER Mİ?
    DUYAR MISIN GÖZYAŞLARIMIN SESİNİ YA RAB?
    BU YAŞLAR GÜNAHLARIMIN DİYETİNİ ÖDER Mİ?
    HaKKım heLaL,Sewqim haRam oLsun

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.