2 sonuçtan 1 ile 2 arası

Əgər mən deyə bir şey qaldisa geriyə…

  1. #1
    Junior Member
    Üyelik tarihi
    Dec 2009
    Mesajlar
    3

    Əgər mən deyə bir şey qaldisa geriyə…

    Yoxluğun ağır gəlir varlığıma. Sənsizliyə özümü öyrəşdirməyə çalışdıqca daha çox üsyan edir sənli tərəflərim. Nə də olsa bir gün gedəcəksən öyrəşməliyəm sənsizliyə deyə günləri aşırdıram pəncərəmdən. Artıq sorğulamıram sorğulanması lazım olan şeyləri belə.Gedilməsi lazım olarsa gediləcək əlbəttə.Qalması lazım olduğunda qalınacağını düşünürəm.

    Özümü yeyər,bitirərdim əvvəllər. Qəbul edə bilməzdim gedişləri. Məna verə bilməzdim səssiz,sədasız,hətta çoxu bir əlvidadan uzaq bu qaçışlara. Amma artıq böyüdüm və qəbul edirəm yəqin. Bəlkə də qəbul etməkdən başqa çarə olmadığından. Yalnız susuram anlaya bilmədiyim şeylərin ardından.Uzunca susuram.

    Öyrəşməli insan hər şeyə deyirəm öz özümə. Bəlkə alışa bilmədiyimdən bəlkə də alışmaq istəmədiyimdən çox qururam bu cümləni son günlərdə. Amma öyrəşməlisən deyirəm özümə. İçimdə pır pır edən bütün duyğuların söndürürəm sonra. Onları da özüm kimi boşluqlara buraxıram.

    Məsələn ürəyim daha az atsın istəyirəm. Və sonra daha az ona dair xəyallar kursun istəyirəm zehnim. Aldığım hər nəfəsi eqoistcə özüm üçün çəkim istəyirəm iliklərimə qədər. Bölməsin kimsə ahıyla nəfəslərimi. Sonra gözlərəm həmişə onu görməsin istəyirəm. Hər gördüyündə tökməsin gözyaşlarını. Onun xaricindəki gözəllikləri - varsa - görmək istəyirəm. Qulaqlarımda əks-sədalanmasın bundan sonra onun səsi. Onu da izah etməsin artıq mahnılar.

    Bəli bəli öyrəşməliyəm bu həyatı onsuz da yaşaya biləcəyimə. Onun adının keçmədiyi bir cümlə qura biləcəyimə, hətta tam səhifə bir yazı belə yaza biləcəyimə inandırmalıyam özümü.

    Bəli artıq gedə bilərsən mən bu işi həll etdim.Hətta qısa bir sınaq belə etdim indi.


    Gözlərimi sıx bağlasam yox bağlamaqla olmur gözlərimi yerlərindən çıxarda bilsəm, qulaqlarımı eşitməyəcək qədər kar edə bilsəm, ürəyimi söküb əlimə ala bilsəm, nəfəsimi sonsuza qədər kəsə bilsəm, bildiyim və dinlədiyim bütün mahnıları və sənə dair bütün görünüşləri zehinimlə birlikdə sonsuzluğa yola sala bilsəm, səni arzulayan bədənimi də bu bədəndən çıxardıb ata bilsəm səni də gedişini də unuda bilərəm mən.

    Əgər mən deyə bir şey qaldısa geriyə…

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Əgər mən deyə bir şey qaldisa geriyə…


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.