Kvinslend universtitetinin professoru Metyu Bamblinqin apardığı təcrübələr göstərib ki, uzun müddət davam edən virtual sevgilər sonda uğursuzluğa düçar olur və real həyatda öz əksini tapmır.
Uzun müddət bir insanla yalniz virtual olaraq tanış olub onla münasibət quran zaman həmin insanı realda olduğu kimi deyil virtualda özünü təqdim etdiyi kimi tanıyırıq. Virtual aləmdə isə hər kəs özünü istədiyi kimi təqdim edə bilər. Yəni özünü dünya gözəli kimi təqdim edən qız sonda adam yeyənin biri çıxanda ona ayırdığın vaxta yazığın özünə isə gülməyin gəlir.
Aparılan təcrübələr göstərib ki, virtual sevgilərdə daha çox xanımların ümidləri puç olur. Hər şeyi şişirtməyi xoşlayan xanımlar qarşı tərəfi öz arzuladıqları kimi yaraşıqlı, göy göz, ağ atlı şəhzadə kimi təsəvvür edirlər sonda isə upps....
Bəli, virtual tanışlığın müsbət cəhətləri ilə yanaşı çoxsaylı mənfi cəhətlər də var dır ki, bunların əsası da tərəflərin olduğu kimi deyil, özünü təqdim etdiyi, mənfi cəhətlərin gizlədilmiş şəkildə tanınmasıdır.
Professor Bamblinq bu halların baş verməməsi üçün virtual tanışlıqlardan imtina edilməli olduğunu bildirmir. O göstərir ki, buna görə bu tip tanışlığı uzatmamaq, tezliklə realda tanış olub bir-birini olduğu kimi tanımaq lazimdır.


AZERİ.NET-də istər göz önündə, istərsə də kadr axrası çoxlu tanışlıqlar, sevgilər yaşanır. Gəlin siz də cavablandırın bu sualları.
Virtual sevginiz real həyatda öz əksini tapa bilirmi?
Sizcə virtual tanışlıq uzunmu davam etməlidir, yoxsa qısa?
Hec olubmu ki, virtualda tanidiğınız insan realda tam fərqli olub?